Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-400/2024 05.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhər 1 saylı notariat ofisinə və Cavabdeh3 qarşı «vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbuluna dair müddətin bərpa edilməsi və miras əmlaka dair payların müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhər 1 saylı notariat ofisinə və Cavabdeh3 qarşı Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 2V- 253 reyestrlə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnaməsinin etibarsız hesab edilməsinə, mirasın qəbuluna dair üzürlü səbəbdən ötürülmüş müddətin bərpasına, miras əmlak hesab edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən 319.20 manat məbləğində vəsaitin, onun və bacısı Cavabdeh3 mirasın qəbul edilməsi faktının və miras vəsaiti üzrə paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 2V-253 reyestrlə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnamənin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın, Azərbaycan Respublikası Konstitusiyasının, digər qanunvericiliyin tələblərinə, hüquq normalarına zidd tərtib edildiyi üçün etibarsız hesab edilməsinə, mirasın qəbuluna dair üzrlü səbəbdən ötürülmüş müddətin bərpasına, miras əmlak hesab edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən 319 manat 20 qəpik məbləğində vəsaitin, onun və Cavabdeh3 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi faktının və miras vəsait üzrə payların müəyyən olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin sabiq xüsusi notariusu X35 xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açarkən, araşdırma aparmadan xüsusi notariusun vəzifə səlahiyyətlərinə aid olan vəzifə borcunu yerinə yetirmədən, vəsiyyətnamə qüvvəyə minən zaman vəfat edən şəxsin adına əmlakın olmamasını araşdırmadan, vəsaiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi tərtib etmiş və mərhumun yalnız bir övladının – Cavabdeh3 adına şəhadətnamə vermişdir. Eyni zamanda, notarius vahid mərkəzləşdirilmiş informasiya sistemindən mərhumun digər övladının olmasını, mərhumun vəsaiyyətnamədə göstərdiyi əmlakın, vəfat edərkən şəxsi mülkiyyətinin olub-olmamasını araşdırmamışdır. Vərəsəlik açılması üçün müraciət edən şəxs anasını ondan gizlədən, özünün fəaliyyət qabiliyyəti olmadığı halda, fəaliyyət qabiliyyəti olmayan anası X17 ondan gizlədən, özü həm ortopedik xəstə, həm də hepsatit olan, lakin özünü fəaliyyət qabiliyyəti olmayan anası X4 yolla qəyyum təyin etdirən, qəyyumluğu müddətində anasını pis rəftara, isgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan pis rəftara məruz qoyan, anasının çanağının qırılmasına, ayaqlarına yetirilən xəsarətlərdən yaranan yaralara məruz qoyan Cavabdeh3dır. X13 şübhəli ölümündə, ölməmişdən əvvəl X18 işgəncə verilməkdə, çanağının qırılması faktının ortaya çıxmaması üçün X18 tibbi xidmət göstərilməsini təmin etməməkdə şübhəli bilinən şəxslərlə bərabər Cavabdeh3, şübhəli ölümü, işgəncə faktını və s. prokurorluq orqanında izahat verərkən, X13 çanağının qırılmasını, çanağın qırılması faktınn ortaya çıxmaması üçün X18 heç bir tibbi yardım, təcili yardım çağırmamalarını və tibbi xidmət göstərməmələrini etiraf etmişlər. Həmçinin Cavabdeh3 və digər şəxslərin prokurorluğa verdikləri izahatlarında etiraf etdikləri, anasının çanağının qırıldığı gün və ondan sonrakı tarixlərdə anasına tibbi xidmət, təcili tibbi yardım çağırmamalarını, tibb müəssisələrinə aparmamalarını təsdiq edən TƏBİB-in cavab məktubu da var. Özünün fəaliyyət qabiliyyəti məhdud olduğu halda, saxta yollarla özünü X18 qəyyum təyin eddirib, onu anası X10 uzaqda saxlamağa çalışan Cavabdeh3 Ş.M.Nəcəfovaya və ona qarşı göstərdiyi hörmətsizliyi bununla bitmir. Belə ki, Ş.M.Nəcəfova şübhəli şəkildə vəfat edəndə də 2 gün cənazəni evdə saxlamış, nə anasının sağ olarkən çanağı qırılanda, nə anası vəfat edəndə, nə sağlıq vəziyyəti pisləşəndə, heç bir zaman ona deməmiş, Ş.M.Nəcəfovanı ondan gizlətmişdir. O, hesab edir ki, Cavabdeh3 əvvəllər adam öldürmə cinayətində məhkum olunmuş kürəkəninin və oğlunun təsiri altında qalaraq bu hərəkətləri etmişdir. O anası Ş.M.Nəcəfovanı prokurorluq orqanlarının köməkliyi ilə onların müdaxiləsi ilə görmüşdür. Bu barədə prokurorluğun və polis orqanlarının qərarları vardır. Gəncə şəhəri 1 saylı notariat ofisinin sabiq xüsusi notariusu Elşən Əliyevin vərəsə tanıdığı, fəaliyyət qabiliyyəti olmadığı halda özünü fəaliyyət qabiliyyəti olmayan X4 yollarla qəyyum təyin etdirən, Ş.M.Nəcəfovanın «saxta qəyyumu» Cavabdeh3 və ətrafındakı digər şəxslərin şübhəli ölümlə bağlı prokurorluğa verdiyi izahatlarında qeyd etdikləri, həmçinin Ş.M.Nəcəfovanın çanağının qırıldığı 2021-ci ilin yanvar ayının 21-də və ondan sonrakı tarixlərdə, aylarda Ş.M.Nəcəfovaya nə kimi tibbi xidmət göstərilməsi barədə onun TƏBİB-ə müraciəti mövcuddur. TƏBİB-dən verilən cavab məktubları ilə müəyyən olunmuşdur ki, hadisə olan gün və ondan sonrakı tarixlərdə həmin mənzilə, anasının qəyyumu, Cavabdeh3 X18 nə təcili tibbi yardım çağrılmış, nə də hansısa tibb müəssisəsinə müraciət edilməmişdir. Şübhəli ölümlə bağlı prokurorluğa izahat verən Cavabdeh3 kürəkəni və qızı həmin mənzildə olduqlarını etiraf etmiş, onlar da Ş.M.Nəcəfovanın çanağı qırılan gün və ondan sonrakı tarixlərdə də təcili tibbi yardım çağırmamışlar. Bu barədə bütün hüquqi və tibbi sənədləri o, iddia ərizəsinə əlavə etmişdir. O, şübhələnir ki, X6 və onun yanında olan şəxslər güclü yuxu dərmanları ilə Ş.M.Nəcəfovaya özbaşına müdaxilə etmişlər. X14 ölümündən bir neçə gün sonra Ş.M.Nəcəfovanın öülm xəbərini zəng edib, bildirərkən, Cavabdeh3 Ş.M.Nəcəfovaya meyitin iylənməməsi üçün iynə vurduğunu farmalin adlı iynə vurdurduğunu, Qəzənfərlə birlikdə dəfn üçün Ş.M.Nəcəfova ilə birlikdə Gəncə şəhərinə dəfn etdirmək üçün apardıqlarını demişdir. Halbuki, Ş.M.Nəcəfovanın ölüm fatkı təsdiq olunmadan özbaşına kimyəvi maddələrlə cənazəyə müdaxilə edilməsi, ölüm faktı təsdiq olunmadan və ölüm sənədini almadan dəfn edilməsinə və s.-ə görə prokurorluq araşdırma aparmışdır. Ş.M.Nəcəfovanın ölümündən əvvəl çanağının qırılması, ona tibbi xidmət göstərilməməsi, şübhəli ölümü və s. onu göstərir ki, Ş.M.Nəcəfovanın ölümü həyata keçirilməli idi ki, Cavabdeh3, həmin şəxsin oğlu, kürəkəni, qızı və s. hüquqi işləri həyata keçirə bilsinlər. Bununla da, Ş.M.Nəcəfovanın çanağının qırılması və sonra da şübhəli ölümünün araşdırılması barədə prokurorluq, məhkəmə orqanlarına, barələrində araşdırma aparılan Cavabdeh3 və digərlərinin təsiri altına düşən Gəncə şəhəri 1 saylı notariat ofisinin sabiq xüsusi notariusu Elşən Əliyev, Əmək Nazirliyinin məktubu ilə müəyyən olunan miras əmlaka olan vərəsəlik hüququndan onu məjrum etmiş, qanunla müəyyən olunan və qorunan hüquqlarını pozmuş, qanunvericiliyin tələblərini, Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarını pozmuşdur. Sabiq xüsusi notarius Elşən Əliyev vərəsəlik şəhadətnaməsini, qanunvericiliyin tələblərinə uyğun, doğru-düzgün araşdırma aparmadan tərtib etmişdir. Vəsiyyətnamə üzrə vəfat edən şəxs X13 adına əmlakın olmamasını araşdırmalı, bunun üçün elektron hökumət portalına daxil olmalı olduğu, vəsiyyətnamədə göstərilən əmlakın mərhum X13 adına olub-olmadığını yoxlamalı olduğu halda bunları etməmişdir. Notariat fəaliyyətini tənzimləyən hüquqi qaydalara əsasən, xüsusi notariusların səlahiyyətinə daxildir ki, vəsiyyətnamə üzrə vərəsəlik işi açarkən, vəsiyyətnamədə göstərilən əmlakla bağlı vahid hökumət portalından araşdırma aparsın, əgər vəsiyyətnamədə qeyd olunan əmlak həbsdə, hər hansısa bir qadağadadırsa və s. bu zaman vəsiyyətnamə üzrə deyil, qanun üzrə vərəsəlik işi açmalı, digər vərəsə kimi mərhumun digər övladını prosesə cəlb etməlidir. X24 şübhəli şəkildə vəfat edəndən sonra adına vərəsəlik şəhadətnaməsi açılmış Cavabdeh3 Ş.M.Nəcəfova sağ olarkən, fəaliyyət qabiliyyəti olmayan, 2-ci dərəcəli əlil olduğunu, hepatit xəstəliyinin olmasını icra hakimiyyəti orqanından gizlədərək, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunan Ş.M.Nəcəfovaya özünü qəyyum təyin etdirmiş və ona qarşı şəxsi mülkiyyətində olan əmlakla bağlı iddia qaldırmışdır. Uşaqlıqdan əlil, sağlamlıq imkanları məhdud olan şəxslər qəyyum təyin olunmur, qəyyum təyin olunan şəxslər sağlamlıq haqqında tibbi sənədi əldə edib, aidiyyəti orqana təqdim edir. Cavabdeh3 sağlamlığı barədə saxta sənəd əldə edib, özünü Ş.M.Nəcəfovaya qəyyum təyin etdirmiş, sonra da guya Ş.M.Nəcəfovanın nümayəndəsi kimi ona qarşı şəxsi mülkiyyətində olan əmlakı ələ keçirtmək üçün məhkəmə mübahisəsi amışdır. Həmin əmlakı 19 il əvvəl Ş.M.Nəcəfova o, anasının adına almış, sonra da Ş.M.Nəcəfova ona notariat qaydasında həmin əmlakı əvəzsiz şəkildə ona bağışlamışdır. Cavabdeh3, oğlu Qəzənfər Məmmədovun, kürəkəni Murad Əliyevin və s. məqsədləri saxta yolla qəyyumluq statusu əldə edib, şəxsi mülkiyyətində olan əmlak ələ keçirtmək idi. Məhkəmə isə «faəliyyət qabiliyyəti olmayan əlil adam fəaliyyət qabiliyyəti olmayan adama qəyyum təyin oluna bilməz?» səbəbi ilə bu işə baxmamışdır. Buna görə də o, Ş.M.Nəcəfova sağ olarkən qəyyumluğun etibarsız hesab olunmasına dair məhkəmədə iddia qaldırmış, Cavabdeh3 əlil olduğu üçün Ş.M.Nəcəfovaya baxa bilmədiyindən Ş.M.Nəcəfova özü-özünə baxmaq üçün mübarizə aparmışdır. Bu barədə məhkəmə qərarları vardır. Əvvəla Cavabdeh3 2019-cu ildə özünün fəaliyyət qabiliyyətinin olmamasını gizlədərək, özünü fəaliyyət qabiliyyəti olmayan anasına qəyyum təyin etdirdikdən sonra ona qarşı məhkəmə mübahisəsi açmamışdan əvvəl, Cavabdeh3 kürəkəni və qızı, danışan və yeriyən X11 danışmaq qabiliyyətinin və yeriməsinin qarşısını almaq üçün çanağını qırıb, danışmaq qabiliyyətini itirmiş hala gətizdirib, əlil arabasına zorla otuzdurub, məhkəmədə hakim qarşısına çıxartmaqda şübhəli şəxslərdir. Çünki danışan və fikrini ifadə etməyi bacaran, orta məktəbi və pedaqoji universtiteti fərqlənmə və nümunəvi qaydada bitirən, uzun müddət pedaqoq işləmiş, savadlı X13 məhkəmə zalında ona Cavabdeh3, onun qızından, kürəkənindən həkimə aparmamalarına, yaxşı baxmamalarına görə şikayət edəcək, onun yanına gəlmək arzusunu deyəcəkdi. Bunun qarşısını almaq üçün Ş.M.Nəcəfovaya əzab-əziyyət verib, məhkəmə qarşısına bu şəkildə çıxartmağa nail oldular. Buna da Ş.M.Nəcəfovanın qəyyumu Cavabdeh3 şərait yaratmışdır. Cavabdeh3 Ş.M.Nəcəfovaya qarşı pis rəftara, şərəf və ləyaqətinin alçaldılmasına şərait yaratmış, bütün bu əməlləri törətməkdə şübhəli bilinən isə Cavabdeh3 kürəkəni, özünün deməsinə görə əvvəllər adamöldürmə cinayətində məhkum olunmuş Murad Əliyevdir. Çünki Cavabdeh3 saxta qəyyumluq alaraq, ona qarşı Ş.M.Nəcəfovanın adından açdığı məhkəmə iclasında kürəkəni Murad Əliyevin, onun özünün və Muradın Əliyevin avadı, qızı Leyla Məmmədovanın, gəlini Günelin Ş.M.Nəcəfovaya baxdıqları görüntüsü yaratmışlar. Cavabdeh3 ona bağıraraq, «əlil adamam götür bax da anana» deyə qışqırarkən, o, «sən əlil və fəaliyyət qabiliyyəti olmayan adamsan, necə olub, səni fəaliyyət qabiliyyəti olmayan anama qəyyum təyin ediblər?» demiş və məhkəmə iclas zalında Ş.M.Nəcəfovanı götürüb, evinə gətirmək istəmiş, amma onun bacısı Cavabdeh3 oğlu Qəzənfər Məmmədov anasını özü ilə aparmağa imkan verməmişdir. Əlil, fəaliyyət qabiliyyəti olmayan bacısı fəaliyyət qabiliyyəti olmayan Cavabdeh3 qəyyum təyin edən, saxta sərəncama imza atan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının qanunsuz hərəkətləri Baş Prokurorluqda araşdırılır. Abşero rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, bina 2, mənzil 12-də vəfat edən X1 Sevinc İsmayıl qızı haqqında Cavabdeh3 ona Ş.M.Nəcəfovanın ölümünü xx.xx.2022-ci il tarixdə zəng edib, demişdir. Cavabdeh3 X18 farmalin adlı meyitin iynə iylənməməsi üçün iynə vurdurub, Qəzənfərlə birlikdə dəfn olunması üçün Ş.M.Nəcəfovanı Gəncə şəhərinə aparmalarını deməsi özbaşına kimyəvi maddələrlə cənazəyə müdaxilə etməsi, ölüm faktı təsdiq olunmadan, ölüm faktına dair sənəd almadan dəfn etməsi və s. görə o, Baş Prokurorluğun Qaynar xəttinə, DİN-nin 102 zəng mərkəzinə təcili zəng edib, ölüm barədə məlumat vermişdir. Təcili və X21 Stansiyasının Xəbərdarlıq vərəqəsinə və TƏBİN-in xx.xx.2022-ci il tarixli PHŞ/11-2-2022-1428 nömrəli məktubuna əsasən xx.xx.2022-ci ildə həkim getmiş və X24 barəsində «həkiməqədər ölüm» faktını təsdiq etmişdir. Bu da onu göstərir ki, X2 vəziyyəti pisləşəndə, 2 gün əvvəl vəfat edəndə nə ona, nə də X41 məlumat verilməmişdir. Cavabdeh3 özünün əlil olduğunu, sağlıq vəziyyətinin məhdud olduğunu gizlədərək, dövlət orqanını aldadaraq, Ş.M.Nəcəfovaya özünü qəyyum təyin etdirdiyi müddətdə Ş.M.Nəcəfova sağ olarkən xx.xx.2021-ci il tarixdə Ş.M.Nəcəfovanın çanağını qırmaqda, ayaqlarına ağır xəsarətlər yetirməklə ağır yaralara məruz qoymaqda, anasını çanağı qırılanda xəstəxanaya aparmamaqla əməlini gizlətməklə şübhəli bilinən, anası Ş.M.Nəcəfovanın pensiyalarını əlindən alıb, xərlməsində və s. qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən kürəkəni Murad Əliyevin hərəkətlərinə göz yummuşdur. Bu həmin Murad Əliyevdir ki, özünün deməsinə görə əvvəllər adamöldürmə cinayəti ilə haqqında hökm çıxarılan zaman özünün vəhabi, radikal dindar olduğunu ifadə edən, vaxtilə Cavabdeh3ı qızını və nəvələrini Suriyaya İŞİD terror qruplaşmasına aparmaqda şübhələndiyi üçün Cavabdeh3 özü Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. Cavabdeh3 şikayəti əsasında DTX-nin Radikal Dindarlarla iş üzrə şöbəsinə aparılan Murad Əliyev Cavabdeh3 əmlak vermədiyi halda qızını boşayacağını deyərək, Cavabdeh3 saxta yollarla qəyyumluq, saxta yollarla vərəsəlik şəhadətnaməsi almağa məcbur etmişdir. Cavabdeh3 Dövlət Təhlükəsizliyi Xidmətinə yazdığı şikayətində qeyd etmişdir ki, qızı Leylanın birinci nikahdan olan 2 azyaşlı qızlarını kürəkəni X39, İŞİD terror qruplaşmasına aparıb, satmaq niyyətindədir. Buna görə də DTX-nin Radikal Dindarlarla iş üzrə şöbəsinin əməkdaşlarının köməkliyi ilə Cavabdeh3 2 körpə uşağın ölkədən çıxarılmasına məhdudiyyət qoydurmuşdur. X13 şübhəli ölümündə şübhəli bilinən şəxslər Cavabdeh3 adına 3.600 ABŞ dolları pul çəkdirib, mənimsəmə faktında da şübhəlidirlər. Fəaliyyət qabiliyyəti olmayan, əlil Cavabdeh3 fəaliyyəti qabiliyyəti olmayan X18 özünü qəyyum təyin etdirəndən sonra X15 və Cavabdeh3 yaşadığı mənzildən uzaqlaşdıran, özü həmin mənzildə yaşayan, lakin X13 şübhəli ölümü bağlı prokurorluqda izah verdiyi üçün hazırda həmin mənzildən guya çıxan, X12 şübhəli ölümü bağlı izahat verəndən sonra hamıya guya Cavabdeh3 boşandığını deyən Cavabdeh3 kürəkəni və qızıdır. Cavabdeh3 özünü X16 qəyyum təyin etdirərək, Ş.M.Nəcəfovaya qarşı məhkəmə mübahisəsi açarkən məhkəmənin «əlil adam qəyyum təyin oluna bilməz» səbəbi üzündən icraatı dayandırdığına görə ona qarşı açılan məhkəmə mübahisəsindən bir şey çıxmadığını görən X11 çanağını qırmaqla ölümünü tezləşdirməsinə, X13 şübhəli şəkildə ölməsinə şərait yaradan Cavabdeh3dır. Bütün bu hallar Cavabdeh3 və digər şübhəli şəxslərin əməlləri prokurorluqda araşdırılır. X24 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi məhkəmə qərarı ilə tanınsa da, Ş.M.Nəcəfova danışan, yeriyən, ünsiyyət quran adam olsa da, Cavabdeh3 anadangəlmə əlil olduğu üçün Ş.M.Nəcəfova yaşlı olsa da Cavabdeh3 baxmış, ona qulluq etmişdir. Bu cür qıvraq, qoçaq Ş.M.Nəcəfovanın çanağının qırılması, ayağında yaralar açılmaqla Ş.M.Nəcəfovaya əzablar verilməsi, nevroloji baxımdan Ş.M.Nəcəfovaya iztirablar çəkdirilməsi, Ş.M.Nəcəfovanın danışıq qabiliyyətinin itirilməsinə səbəb olmuş, həmçinin ortopedik arabaya otuzdurulmuş vəziyyətdə gətirilməsinə səbəb olmuşdur. X13 ayaqlarına xəsarət yetirilməsinə, xəsarətlərdən yaralar yaranmasına dair, həmçinin çanağının qırılıb əlil arabasına qoyulmasına dair fotoşəkillər iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh3 qəyyum olaraq, Ş.M.Nəcəfovanı ağrılardan, əzablardan danışıq qabiliyyətini itirmiş formada, ortopedik arabada otuzdurulmuş vəziyyətdə 2021-ci ilin may aylarında məhkəmə qarşısına çıxartmaqla, onun adına olan əmlakını ələ keçirtmək niyyətindədir. Cavabdeh3 qızının boşanması ilə hədələyən kürəkəni Murad Əliyevin maraqlarına uyğun ona qarşı məhkəmələrdə iddialar qaldırır. Prokurorluq orqanında izahat verən Cavabdeh3 müraciəti əsasında Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusu vərəsə kimi onun iştirakı olmadan, qanunun tələbini pozmaqla vərəsəlik işi açmış, bununla da vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirməmişdir. O, elektron sistem vasitəsi ilə araşdırma aparmış, məlum olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu qanunun tələbini pozaraq, onun xəbəri olmadan vəfat edən Ş.M.Nəcəfovanın adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açmışdır. Həmin vərəsəlik işinin məhkəmədə mübahisələndirdiyi üçün həmin notariusa ərizə yazıb göndərsə də, ona açdığı vərəsəlik şəhadətnaməsini göndərməmişdir. Buna görə xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə şikayət ərizəsi yazıb bildirmişdir ki, dəfələrlə Gəncə şəhəri 1 saylı notariat ofisinə göndərdiyi ərizəyə cavab verilmir. Həmçinin o, şəhadətnamənin surətinin ona verilməsi və notarius barəsində intizam tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Onun ərizəsi əsasında Ədliyyə Nazirliyinin Xidmətlər Baş İdarəsinin Notariat Baş İdarəsinin əməkdaşı Vidadi Mayıl, Gəncə şəhəri 1 saylı notariat ofisində aparılan notariat əməliyyatının nəticəsi barədə sənədi xx.xx.2023-cü il tarixdə ona göndərilməsini təmin etmişdir. Eyni zamanda Ədliyyə Nazirliyinin Xidmətlər Baş İdarəsi Notariat İdarəsinin rəisi – baş idarə rəisinin müavini vəzifəsini icra edən Mirağa Abbasov 3-16-5/2-A-120/3-6/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla ona cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, notariat əməliyyatını icra edən xüsusi notariusun şəhadətnaməsinə xitam verildiyi üçün hazırda işləmir, yəni baş idarədə notarius haqqında tədbir görülməsi mümkün olmamışdır. Ədliyyə Nazirliyinin Xidmətlər Baş İdarəsinə müraciət edəndən sonra həmin idarənin köməkliyi ilə Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin ona verilməsi mümkün olmuşdur. Gəncə şhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamədən onun xəbəri olmamışdır. Cavabdeh3 Ş.M.Nəcəfovanı «mən dediyimi eləməsən üzümü bir daha görməyəcəksən», «mən dediyimi eləməsən özümə xəsarət yetirəcəm» hədələri ilə vəsiyyətnaməni imzalamağa məcbur etmişdir. Cavabdeh3 Ş.M.Nəcəfovaya, onun atasına çox əzab, əziyyət, iztirab vermişdir. Ş.M.Nəcəfovanın bu əməllərini təsdiq edən istintaq materialları vardır, hansı ki həmin cinayət işi üzrə hökm çıxarılmışdır. Belə ki, 2009-cu ildə Cavabdeh3 14 yaşlı qızı ilə cinsi əlaqədə olan şəxs Musa Musayevin barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə aparılan məhkəmə araşdırması zamanı Ş.M.Nəcəfovaya məlum olmuşdur ki, 2008-ci ildə Cavabdeh3 onun atası İsmayıl Allahverdiyevin 4.000 ABŞ dolları kəfən pulunu əlindən alıb, sələm adı ilə 14 yaşlı qızı ilə cinsi əlaqədə olan şəxsin anasına – Taliyə adlı qadının anasına vermişdir. Cavabdeh3 atası İsmayıl Allahverdiyevdən pulun alınmasına mane yaradacğını bildiyi üçün Ş.M.Nəcəfovanı müvəqqəti olaraq yaşamaq üçün Bakı şəhərində onun yanında yaşamaq üçün göndərmişdir. Ş.M.Nəcəfova onun da şahidi olmuşdur ki, İsmayıl Allahverdiyev öz pulunu Cavabdeh3, onun 14 yaşlı qızı ilə cinsi əlaqədə olan şəxsin anasından ala bilməmiş, əzabiztirab çəkmiş və ürəyi qəflətən dayanıb, vəfat etmişdir. İsmayıl Allahverdiyevin ölüm səbəbi kimi qəfləti ölüm yazılmışdır. Cavabdeh3 14 yaşlı qızına qarşı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət əməli törətmiş şəxsin cinayət işinin istintaqı zamanı o, müstəntiqdən vəfat edən atasının 1.600 ABŞ dolları pulunu qarşı tərəfdən alıb, Ş.M.Nəcəfovaya verməsini xahiş etmişdir. Həmin istintaq tərkibində Ş.M.Nəcəfovanın bu barədə ərizəsi var ki, həmin məbləği qəbul etdi. Müstəntiqin Ş.M.Nəcəfovaya verdiyi həmin pulu da Cavabdeh3 Ş.M.Nəcəfovanın əlindən almış, Ş.M.Nəcəfovanın həmin vəsaiti öz dişlərinin müalicəsinə sərf etməyə imkan verməmişdir. Ş.M.Nəcəfova onun da şahid oldu ki, Cavabdeh3 sonuncunun oğlu Qəzənfər Məmmədov döyür, qızı Leyla Məmmədova istintaq zamanı anasına qarşı izahat verir və s.. Həmçinin Ş.M.Nəcəfova onun da şahidi oldi ki, Cavabdeh3 Ş.M.Nəcəfovanı hədələyir ki, dediyini eləməsə, bir də onu görməyəcək. Ş.M.Nəcəfova Cavabdeh3 qorxurdu. Buna baxmayaraq, Cavabdeh3 əlil olduğu üçün Cavabdeh3 əlillər evinə qoymamışdır. Ş.M.Nəcəfovanın vəsiyyətnamə verməsi üçün Cavabdeh3 Ş.M.Nəcəfovanı hədələmiş, onun da vəsiyyətnamədən xəbəri olmamış, vəsiyyətnamə üzrə vərəsəlik işi açılarkən da bu barədə xüsusi notarius ona xəbər verməmişdir. Ədliyyə Nazirliyinin müdaxiləsi ilə Gəncə şəhəri 1` saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnaməni alandan sonra həmin şəhadətnamənin tərkibində qeyd edilən Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin olduğundan məlumatı olmuş və bundan sonra hazırki iddianı qaldırmışdır. Buna görə də vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq, uzadılması təmin edilməli, miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmalıdır. Onun öhdəsində «Ehlers Danlos» sindromundan əziyyət çəkən, genetik, nadir xəstəliklərdən əziyyət çəkən, dünyada heç bir müalicəsi və müayinəsi aparılmayan əlil övladı vardır. Buna baxmayaraq, o, Ş.M.Nəcəfovanı Bakı şəhərində öz mənzilində qeydiyyata saldırıb, öz yaşadığı poliklinikalar üzrə göndəriş götürüb, daha da ixtisaslaşmış tibb müəssisələrində müalicəyə aparmışdır. O, Ş.M.Nəcəfovanı öz evində saxlamış, Ş.M.Nəcəfova onun yaşadığı mənzildə yaşamış, Cavabdeh3 əlil olduğu üçün Ş.M.Nəcəfovanın müalicəsini o, özü təmin etmişdir. Cavabdeh3 övladları baxmadığı hətta o, Cavabdeh3 da xəstəxanaya, müalicəyə aparmışdır. Lakin fiziki qüsurlu Cavabdeh3 özünün birinci ərdən 2 uşaqla boşanmış qızı X33 Əliyev adlı radikal, dindar, əvvəllər adamöldürmə cinayətində məhkum olunmuş şəxsə ərə verəndən sonra Muradın təsiri altına düşüb, Ş.M.Nəcəfovanı ondan almış, onun Ş.M.Nəcəfova ilə ünsiyyətinə məhdudiyyət qoymuşdur. Murad Əliyev Cavabdeh3 «Sevil müşrükdü, bizim islamdan deyil, biz vəhabiyik. Sevil kafirdi, onu mənzilə qoyma gəlsin» bu kimi dini duyğulardan istifadə edərək, Ş.M.Nəcəfovanın aldığı pensiyalar mənsimsəmiş, Ş.M.Nəcəfova ilə ünsiyyətinə Cavabdeh3 vasitəsi ilə mane olmuşdur. Qohumlarının, polis orqanlarının, prokurorluğun köməkliyi ilə o, Ş.M.Nəcəfovanı görə, öz əli ilə həkimə aparmışdır. Onun öhdəsində atasız böyütdüyü, sağlamlıq imkanları məhdud, dünyaya gələn gündən anadangəlmə xəstə olan, dünyada müayinə və müalicəsi aparılmayan «Ehlers Danlos» sindromundan əziyyət çəkən əlil övladı vardır, həmin uşağa kənar xidmət, xüsusi qulluq tələb olunur. O, sosial müdafiəyə ehtiyacı olan, həm maddi, həm də mənəvi çətinliklərlə tək-tənha mübarizə aparan tək anadır. Eyni zamanda onun təqdim etdiyi sənədlərdən də görünür ki, Cavabdeh3 öz qızını «vəhabi» təriqətindən olan şəxsə ərə verəndən sonra həmin kürəkənin Cavabdeh3 «Sevil müşrükdü, bizim islamdan deyil, onu qapıya buraxma, anası ilə görüşdürmə, əks halda sənin 1-ci ərindən 2 uşaqla boşanan qızını mən də boşayaram» hədəsi ilə məhdudiyyət qoyduğu gündən o, anasını görmək, Ş.M.Nəcəfovanı görmək, Ş.M.Nəcəfovanı müalicələrə aparmaq üçün həm Cavabdeh3 ilə, həm sonuncunun kürəkəni ilə, həm də Cavabdeh3 ailə üzvləri ilə mübarizə aparmışdır. Cavabdeh3 Ş.M.Nəcəfovanı qaçırdıb gizlətdiyi üçün o, öhdəsində olan əlil uşaqla Bakı şəhərinin küçələrində, mikrorayonlarında günlərlə, aylarla Ş.M.Nəcəfovanı hansı mənzilə aparıb, onu axtarmaqla məşğul olmuşdur. Onun bütün yaşayışı Cavabdeh3 Ş.M.Nəcəfovanı ondan uzaqlaşdırması ilə mübarizələrdə, mübahisələrdə keçdiyi üçün onun günləri, ayları, polis-prokurorluq orqanlarına şikayətlər etməkdə keçdiyi üçün bu üzrlü səbəb olaraq görülməli, iddia qaldırma müddəti və s. prosessual müddətlərin ötürülməsini üzrlü səbəb olaraq, görüb, üzrlü hesab edilməsini xahiş edir. Hazırda onun özü fiziki olaraq sağlıq vəziyyətini qismən itirmişdir və yeri bilmir, yataq şəraitində müalicə alır, ağır xəsarət almışdır, bu-çanaq nahiyyəsində əzələ qopmasından əziyyət çəkir, uzun müddətdir ki, bu vəziyyətdədir, sağlıq vəziyyətinin fəsadlaşmasını nəzərə alan Ədliyyə Nazirliyi elə buna görə də vəsiyyətnamə və vərəsəlik şəhadətnaməsinin ona göndərilməsini təmin etmişdir. Cavabdeh3 Ş.M.Nəcəfovanın qəyyumu olsa da onu məhkəməyə verərkən Ş.M.Nəcəfovanı müalicəyə aparmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Lakin o, Ş.M.Nəcəfovanı daim müalicəyə aparmışdır. Ş.M.Nəcəfovanın «ağciyərlərində patalogiya aşkar edilmədi» yazılan X45 Ciyər institutunun sənədləri, Z.Əliyeva adına Respublika Göz İnstitutu X26, qanda şəkər olmaması barədə tibbi sənədləri, digər ixtisaslaşmıştibb müəssisələrində Ş.M.Nəcəfovanın qanında şəkərin norma daxilində olması barədə aparılan laborator müəyyinələrinin nəticələrinə dair tibbi sənədləri ərizəsinə əlavə etmişdir. Ş.M.Nəcəfova sağ olarkən ayağına yetirilən xəsarətlərdən yaranan yarasının şəkər xəstəliyindən olmamasını təsdiq edən tibbi sənədlər də vardır. Həmin tibbi sənədlərə əsasən Ş.M.Nəcəfovanın heç bir zaman şəkəri (diabeti) olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək, iddianı müdafiə etdi və izahatında əlavə olaraq göstərdi ki, o, Ş.M.Nəcəfova tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş vəsaiyyətnaməni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə almışdır. Həmin vəsiyyətnamə məhz Cavabdeh3 özünü öldürəcəyi ilə hədələməsinə və bir daha X13 onu görməyəcəyinə dair hədələr etdiyinə görə X24 tərəfindən imzalanmışdır. Buna görə də həmin vəsiyyətnamə etibarsızdır. Sonda İddiaçı iddianın təmin olunmasına, Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V-1- 185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 2V-253 reyestrlə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnaməsinin etibarsız hesab edilməsinə, mirasın qəbuluna dair üzürlü səbəbdən ötürülmüş müddətin bərpasına, miras əmlak hesab edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən 319.20 manat məbləğində vəsaitin, onun və bacısı Cavabdeh3 mirasın qəbul edilməsi faktının və miras vəsaiti üzrə paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhər 1 saylı notariat ofisi və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X24 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı, eləcə də gələcəkdə ona məxsus olacaq bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh3 vəsiyyət etmişdir. İşdə olan AZ-İİ seriyalı 224963 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2022-ci ildə «durğunluq ürək çatmamazlığı» səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, mərhum X13 ödənilməmiş qalıq məbləği 319 manat 20 qəpikdir. İşdə olan xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən X10 miras qalmış 319 manat 20 qəpik məbləğində vəsait üzərində Cavabdeh3 tam payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/2-A-120/3-6/2023 nömrəli məktubunun, ona əlavə edilmiş zərfin və poçt xəbərnaməsinin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı notariat ofisinin sabit notariusu Elşən Əliyev tərəfindən İddiaçı məlumatı olmadan X13 barəsində vərəsəlik işi açılmasına dair müraciətə baxılmış, aparılmış notariat əməliyyatları barədə İddiaçı məlumat verilmiışdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 962/2019 nömrəli qətnamədən görünür ki, X24 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 45/2023 nömrəli qətnaməsindən görünür ki, X13 qanuni nümayəndəsi (vərəsəsi) Cavabdeh3 X27, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(012)-58/2023 nömrəli qərarından görünür ki, Abşeron rayon prokurorunun köməkçisi Ramin Almazov tərəfindən 37-C-22 saylı material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, İddiaçı şikayəti üzrə qərar iş materialları ilə birlikdə araşdırma aparılması üçün Abşeron rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh3 anası X16 qəyyum təyin edilmişdir. İşdə olan 195248 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh3 uşaqlıqdan 2-ci dərəcəli əlildir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixli laboratoriya nəticələrinin surətindən görünür ki, X24 həmin tarixlərdə laboratoriya müayinələrindən keçmişdir. İşdə olan X34 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, X24 xx.xx.2014-cü il tarixdə X34 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçmişdir. İş materiallarında olan X45 X9 ambulator müayinəyə dair xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, X13 ağ ciyərlərində patalogiya aşkar edilməmişdir. İşdə olan İcbari Tibbi Sığorta üzrə X38 Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, X24 haqqında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 7962 nömrəli TTY vərəqəsində çağırışın qəbul saatının 12:38, verilmə saatının 13:34, çağırışa getmə saatının 13:34, çağırışdan qayıtma saatının 14:06 olduğu müəyyənləşdirilmişdir. Əlavə olaraq, çağırışı yerinə yetirən TTTYS-nin həkimi X29 «xəbərdarlıq vərəqəsi»nin tərtibində yol verdiyi nöqsana görə müəssisə rəhbərliyi tərəfindən ciddi xəbərdarlıq almışdır. İş materiallarında olan «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə RMX-nin Təcili və X21 stansiyasına müraciət daxil olmadığı aşkarlanmamışdır. X3 xx.xx.2021-ci il tarixdə RMX-nin poliklinika şöbəsinə müraciət etmiş və nevropatoloq, kordioloq, travmatoloq, cərrahın müayinəsində olmuşdur. X18 «serebral ateroskleroz və stenokardiyanın digər növləri» diaqnozları qoyulmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X24 xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı, eləcə də gələcəkdə ona məxsus olacaq bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh3 vəsiyyət etmişdir. Ş.M.Nəcəfova xx.xx.2022-ci ildə ölmüş, 319 manat 20 qəpik məbləğində pul vəsaiti miras qalmış, həmçinin Ş.M.Nəcəfovanın Cavabdeh3 və İddiaçı ibarət 2 vərəsəsi olmuşdur. xx.xx.2022ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən X10 miras qalmış 319 manat 20 qəpik məbləğində vəsait üzərində Cavabdeh3 tam payı müəyyən edilmişdir. Lakin həmin şəhadətnamənin tərtibi zamanı X13 vərəsələrinin dairəsi tam müəyyənləşdirilməmiş və bununla da İddiaçı miras əmlakdan hər hansı hissədə pay verilməmişdir. İddiaçı qeyd olunan xüsusatlardan məlumatsız olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciətindən sonra xx.xx.2024-cü il tarixdə X28 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamənin və xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti ona təqdim edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq edilən, reyestrdə 2V-1-185 nömrəsi ilə qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 2V- 253 reyestrlə qeydə alınmış vərəsəlik işi üzrə şəhadətnaməsinin etibarsız hesab edilməsinə, mirasın qəbuluna dair üzürlü səbəbdən ötürülmüş müddətin bərpasına, miras əmlak hesab edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən 319.20 manat məbləğində vəsaitin, onun və bacısı Cavabdeh3 mirasın qəbul edilməsi faktının və miras vəsaiti üzrə paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (mias əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxilidir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakın və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. «N.Əbilovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır ««HTM Holding»in şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında «jura novit curia» («məhkəmə qanunu bilir») prinsipi dayanır. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsində qeyd edilən «iddianın əsası» ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı X7 xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamənin məhz Cavabdeh3 özünü öldürəcəyi ilə hədələməsinə və bir daha X13 onu görməyəcəyinə dair hədələr etdiyinə görə X24 tərəfindən imzalanması ilə əlaqədar etibarsız hesab edilməli olduğunu göstərmiş, iddianın faktiki əsasını həmin halla əlaqələndirmişdir. Lakin İddiaçı iddianın faktiki əsası kimi göstərilən həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərə dair nəzərdə tutulmuş ümumi müddəaların, istərsə də vərəsəliyə dair xüsusi müddəaların tələbi baxımından yanaşıldıqda iddiaçının mübahisələndirdiyi vəsiyyətnamənin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun verilməsi zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və iradənin zədələnmədiyi öz təsdiqini tapır. Həmçinin iddiaçı vəsiyyətnamə verilərkən qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında verilmiş vəsiyyətnamədə ifadə olunan iradənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir. Bununla da məhkəmə tədqiqi zamanı X28 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-1-185 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab olunmasına dəlalət edən hər hansı hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2V-253 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən X10 miras qalmış 319 manat 20 qəpik məbləğində vəsait üzərində Cavabdeh3 tam payı müəyyən edilmişdir. Lakin həmin şəhadətnamənin tərtibi zamanı X13 vərəsələrinin dairəsi tam müəyyənləşdirilməmiş və bununla da İddiaçı miras əmlakdan hər hansı hissədə pay verilməmişdir. Qeyd olunan səbəbdən İddiaçı xx.xx.2023-cü il tarixdə «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbuluna dair müddətin bərpa edilməsi və miras əmlaka dair payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul olunarkən həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatında olduğundan tərəflər arasında vərəsəlik münasibətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olararaq, mirasın qəbuluna dair üzürlü səbəbdən ötürülmüş müddətin bərpasına və miras əmlak hesab edilən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən 319.20 manat məbləğində vəsaitin, onun və bacısı Cavabdeh3 mirasın qəbul edilməsi faktının müəyyənləşdirilməsinə zərurət yoxdur. Qeyd edilən səbəbdən iddia həmin tələbə dair hissədə təmin olunmamalıdır. Lakin Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 2V-253 reyestr nömrəli «vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə» qismən etibarsız hesab edilməli, X10 miras qalmış 319 manat 20 qəpik məbləğində pul vəsaitinin qanun üzrə vərəsəlik zamanı çatası payın yarısı həddində, yəni ¼ hissəsi üzərində İddiaçı, qalan ¾ hissəsi üzərində isə Cavabdeh3 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193.1-ci maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay onun qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 2V-253 reyestr nömrəli «vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə» qismən etibarsız hesab olunmalı, X10 miras qalmış 319 manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin ¼ hissəsi üzərində İddiaçı, ¾ hissəsi üzərində Cavabdeh3 payı müəyyən edilməli, İddiaçı iddiası qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 2V- 253 reyestr nömrəli «vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə» qismən etibarsız hesab edilsin. X10 miras qalmış 319 (üç yüz on doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin ¼ hissəsi üzərində İddiaçı, ¾ hissəsi üzərində Cavabdeh3 payı müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-400/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-400/2024
05.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver