Məhkəmə qərarları › İş №e-2(125)-4101/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4101/2023

18.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4101/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X18 iştirakı ilə, iddiaçı X6 Cavabdehnə qarşı Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, K-049/23 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, son haqqhesabın ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X15 Cavabdeh MMC-nə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması - iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, K-049/23 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, son haqq-hesabın - istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı (rəsmi 550 manat, nağd qaydada 1500 manat olmaqla, cəmi 2050 manat) və digər ödəmələr nəzərə alınmaqla düzgün hesablanaraq cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq cavabdeh MMC tərəfindən ödənilməsi, cavabdeh MMC tərəfindən hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, cavabdeh MMC-dən iddiaçının xeyrinə 5.000 manat məbləğində maddi ziyanın və 10.000 manat məbləğində mənəvi ziyanın tutulması, iddiaçının istifadəsində olan MMC-yə məxsus 1 ədəd HP markalı notebookun, 1 ədəd notebook çantasının, 1 ədəd siçanın, 1 ədəd adapterin və “051 207- 65-08” telefon nömrəsinin təhvil-təslim aktı əsasında təhvil alma öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması, həmçinin 55 manat məbləğində mediasiya xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdeh MMC-nə qarşı iddia tələbinin “iddiaçının istifadəsində olan MMC-yə məxsus 1 ədəd HP markalı notebookun, 1 ədəd notebook çantasının, 1 ədəd siçanın, 1 ədəd adapterin və “051 207-65-08” telefon nömrəsinin təhvil-təslim aktı əsasında təhvil alma öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsində iddiaçının iddiasından imtinası qəbul edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Cavabdeh MMCdə Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, Şirkətin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bütün bu göstərilənlər Cavabdeh MMC tərəfindən verilmiş xasiyyətnamədə də öz əksini tapmışdır. Cavabdeh MMC ilə iddiaçı arasında olan əmək müqaviləsi 1 il müddətində, yəni xx.xx.2023-cü ilədək bağlanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı, Cavabdeh MMC-yə bir neçə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə olan əmək müqaviləsinin xx.xx.2023-cü il tarixində müddətinin bitməsi ilə əlaqədar olaraq müddətin uzadılmamasını, əmək müqaviləsinə xitam verilməklə, son haqq-hesabının və əmək kitabçasının ona təhvil verilməsini, həmçinin ƏMAS (Əmək və Məşğulluq Altsistemi) portalından adının çıxarılmasını xahiş etmişdir. Həmin ərizələr həm poçt vasitəsilə göndərilmiş və eyni zamanda, Xəyal Məhərrəmov tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Cavabdeh MMC-nin K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmri ilə Cavabdeh MMC-nin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan iddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı tərəfindən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsi tələb olunmasına və əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmr qəbul edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlar işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməmişdir. Bununla da, işçi olaraq iddiaçının əmək hüquqları pozulmuşdur. Göründüyü kimi, iddiaçı işlədiyi Cavabdeh MMC tərəfindən haqsızlıqla üzləşmiş və hüquqlarının bərpa olunmasını dəfələrlə tələb etmişdir. İşçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə (ƏMAS) daxil edilməməsi və əmək kitabçasının olmaması səbəbindən iş təkliflərini dəyərləndirməmək məcburiyyətində qalmış və yeni işə girib əmək haqqı almaq hüququndan məhrum olmuşdur. Göstərilən fakt "xxxx" MMC-nin iş təklifi məktubunda və xx.xx.2023-cü il tarixli məktubunda öz təsdiqini tapmışdır. Belə ki, iş təklifində göstərilir ki, “"xxxx" MMC tərəfindən elan olunmuş Satınalma Müdiri vakansiyası üzrə müsabiqənin nəticələrinə əsasən uğur qazanmısınız və Sizə aşağıdakı şərtlərlə iş təklif olunur: Satınalma müdiri vəzifəsi - əmək haqqı 2000 AZN (Vergilər çıxıldıqdan sonra), Əlavə imtiyazlar – Korporativ nömrə, nahar ödənişi, servis. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, “”OBA MARKET” MMC tərəfindən elan olunmuş Satınalınma müdiri vakansiyası üzrə iş təklifinə müsbət geri dönüş etdiyiniz üçün təşəkkür edirik. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, işə başlamaq üçün qeyd etdiyiniz tarixdə (xx.xx.2023) aktiv əmək müqaviləniz olduğundan dolayı Sizi işə qəbul edə bilmirik. Qeyd olunan vakansiya üzrə yalnız müqavilə qüvvədən düşdüyü təqdirdə işə qəbul oluna bilərsiniz”. Bununla belə, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunaraq, iddiaçı tərəfindən qanunvericiliyə müvafiq olaraq, əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsinin tələb edilməsini və əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin qəbul edilməsini nəzərə alaraq, dərhal əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi; iddiaçıya məxsus əmək kitabçasının 3 gün müddətində ona poçt vasitəsi ilə (Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi,ev 43D ünvanına) geri qaytarılması; son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərə alınmaqla) aparılması, eyni zamanda 2023-cü ilin fevral ayı üzrə əmək haqqının (rəsmi 550 manat, nağd qaydada 1500 manat olmaqla, cəmi 2050 manat) ödənilməsi; əmək kitabçasının geri qaytarılan günədək işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqının hesablanaraq ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə, X13 və hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin hazırkı dövrədək pretenziya məktubuna heç bir cavab verilməmişdir. İddiaçı tərəfindən bütün bu qanun pozuntuları ilə bağlı hüquqmühafizə orqanlarına, bütün dövlət orqanlarına, o cümlədən X17 Xidmətinə şikayətlər göndərilmişdir. X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-H-12901/7/202 saylı cavab məktubunda qeyd edilir ki, “müraciətinizin Cavabdeh MMC-nin rəhbərliyinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli məktubla iddiaçı tərəfindən rəsmi müraciət edilmiş və məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatmışdır. Müəssisə rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq hal-hazırki dövrədək cəmiyyət tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə AR ƏM-nin 49-cu və 83.2-ci maddələrinə əsasən Sizin əmək müqavilənizə xitam verilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin 5 gün müddətində təmin edilməsi və nəticəsi barədə DƏMX-nın Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Yuxarıda göstərilən tələblər işəgötürən tərəfindən yerinə yetirilmədiyi təqdirdə İXM-nin 539.1.1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin rəhbərliyi barəsində inzibati icraata başlanacaqdır”. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən edilmiş bütün qanun pozuntuları X17 Xidməti tərəfindən işə baxılarkən öz təsdiqini tapmışdır. Məhz elə X17 Xidmətinin məktubunun tarixi günü – xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən tələsik əmr qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat elektron informasiya sisteminə (ƏMAS) daxil edilmişdir. Bütün bunlar işdən çıxdıqdan sonra MMC tərəfindən iddiaçıya təqdim edilmiş borc öhdəliyinə və tam maddi məsuliyyət müqaviləsinə imza etmədiyinə görə ona qarşı qərəzli şəkildə edilmişdir. Cavabdeh MMC tərəfindən birtərəfli qaydada tərtib edilmiş və ona təqdim edilməmiş bütün sənədlərdən məlumatsızdır. Barəsində işlədiyi müddətdə heç bir intizam tənbehi tətbiq edilməmiş, xəbərdarlıq edilməmişdir. Bu zaman da Cavabdeh MMC tərəfindən AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş işçinin bütün hüquqları pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, K-049/23 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrə əsasən, ““Biznesin İnkişafı Departamenti” Bölməsində “Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində işləyən iddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı əvvəla onu qeyd edir ki, Cavabdeh MMC-nin K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmrinin (həmin Əmrlə Cavabdeh MMC-nin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan iddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi xitam verilmişdir) sonrakı taleyi barədə, ləğv edilib-edilməməsi, qüvvədə olub-olmaması ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verilməsinə dair K041/23 saylı, xx.xx.2023-cü il tarixli əmr mövcud olduğu halda, yenidən ƏM-nin digər əsası ilə (AR ƏM-nin 70 “ç” maddəsi ilə) ikinci bir əmrin qəbul edilməsi əmək qanunvericiliyi tarixində görünməmiş haldır və bu pozuntuya da məhz hazırki iş üzrə cavabdeh yol vermişdir. Bununla belə, Əmrdə əmək müqaviləsinə xitam verilməsi tarixi kimi xx.xx.2023-cü il göstərilsə də, əmək müqaviləsinin tarixi 1 ay 14 gün sonraya – xx.xx.2023-cü il tarixə təsadüf edir. Əmək müqaviləsinin 1 il müddətinə bağlandığı nəzərə alınsa, artıq sonuncu iş günü - xx.xx.2023-cü il tarixdə əmr verilməli idi. İddiaçı tərəfindən teleqramla CavabdehMMC-yə müraciət olunaraq, əmək kitabçasının, son haqq-hesabın və digər sənədlərin poçtla göndərilməsi xahiş edilmişdir. Lakin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən hazıradək əmək kitabçası ona təhvil verilməmiş, son haqq-hesab aparılmamış, 2023-cü ilin fevral ayı üzrə əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən işçinin hüquqları pozularaq dəfələrlə müraciət olunmasına baxmayaraq əmək kitabçası ona təhvil verilməmiş, müxtəlif bəhanələrlə bundan boyun qaçırılmışdır. Bununla da iddiaçı əmək kitabçası üzrə hesablanan əmək stajından məhrum olmuş, bu isə bilavasitə olaraq onun konstitusion hüququ olan əmək hüququ və pensiya hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh MMC tərəfindən hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddia tələbinə görə əmək kitabçasının geri qaytarılacaq günədək (hazıradək qaytarılmamışdır) iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq Cavabdeh MMC tərəfindən ödənilməlidir. Həmçinin, "xxxx" MMC tərəfindən real iş təklifinin olduğunu və əmək haqqının 2000 manat göstərildiyini nəzərə alaraq, iddiaçının işə düzələ bilmədiyi müddət üçün əmək haqqının məbləği hər ay 2000 manat olmaqla hesablanmalıdır. Belə ki, Cavabdeh MMC tərəfindən əmək kitabçası işçiyə geri qaytarılmadığına görə və o, işə qəbul olmaq hüququndan məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğuna görə, maddi vəziyyəti kəskin surətdə aşağı düşmüşdür. İddiaçı ailəlidir və 2 azyaşlı övladı var, onların saxlanması və həyat şəraitinin qorunması üçün borc almağa məcbur qalmışdır. Belə ki, 17 aprel 2023-cü il tarixli Borc müqaviləsinə görə, “Borc verən” X8 5.000 manat məbləğində pul vəsaitini “Borc alan” İddiaçı vermiş, “Borc alan” İddiaçı isə 5.000 manat məbləğində borc pulu götürərək müqavilənin şərtlərinə uyğun olaraq “Borc verən” X5 31 may 2023-cü ilədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı hazırkı vaxtadək də həmin borcu qaytara bilməmişdir. Bu cür maddi baxımdan ağır vəziyyətə məhz cavabdehin ucbatından düşdüyündən həmin 5.000 manat məbləğində maddi ziyan da Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı əmək kitabçasının olmaması səbəbindən işləyə bilmədiyi müddət ərzində ailəsini dolandırmaq üçün müxtəlif vaxtlarla və müxtəlif şəxslərdən borc pul almaq məcburiyyətində qalmış, cavabdehdən hüquqlarının bərpa olunmasını tələb etdikdə isə edilən müraciətlərin cavabsız qalması ilə əsəb və sarsıntı keçirmişdir. İddiaçı, işəgötürən tərəfindən haqsızlıqlara məruz qalmış, bununla da, mənəvi əzab çəkmiş, əsəb sarsıntısı keçirmişdir. Hər dəfə hüquqlarının bərpa olunması üçün müxtəlif dövlət orqanlarına şikayətlər etmiş, dəfələrlə izahat verməsi üçün dəvət olunmuş, hər dəfə məsələni müzakirə edərkən əsəbləşmiş, mənəvi əzab keçirmişdir. Həmçinin, iddiaçının himayəsində 2 azyaşlı övladı, həyat yoldaşı, ahıl yaşda olan atası və anası olmaqla 5 nəfərdən ibarət ailə üzvü vardır. Övladları ödənişli əsaslarla təhsil almış, lakin maddi vəziyyəti aşağı düşdüyünə görə məcbur qalıb uşaqları ödənişli təhsil müəssisəsindən uzaqlaşdırmışdır. Bu isə bir ata kimi iddiaçını çox sarsıtmış, övladlarını keyfiyyətli təhsillə təmin edə bilmədiyi üçün mənəvi iztirablar keçirmişdir. İddiaçının keçirdiyi mənəvi ziyanın məbləği yüz minlərlədir. Lakin məhkəmə praktikasını nəzərə alaraq, iddiaçı mənəvi ziyanını 10.000 manat müəyyənləşdirir. Bununla belə, hazırki iş üzrə cavabdeh tərəfindən əmək müqaviləsinin işəgötürən tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitamı zamanı saysız pozuntulara yol verilmişdir. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğvi üçün müstəqil əsasdır. Hazırki iş üzrə əmrin qeydiyyatının aparılmasına dair sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Güman ki, əmrin qeydiyyatı aparılmamışdır. Qeydiyyatı aparılsaydı bir işçi barəsində əmək müqaviləsinə xitam verilməsinə dair 2 (iki) əmr qəbul edilməzdi. Hazırda iddiaçı öz pozulmuş hüquqlarının bərpa olunması məqsədilə müvafiq orqanlara müraciət etdiyindən Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən ona hədə-qorxu və təhdidlər olunur, sonradan tərtib olunmuş maddi məsuliyyət haqqında müqaviləyə imza etdirməyə məcbur edilir və əsassız olaraq ondan izahatlar alınır. Hətta şikayətinin geri götürülməyəcəyi halda ona pis olacağı barədə xəbərdarlıqlar da edilmişdir. Odur ki, hüquqlarının bərpa edilməsi məqsədi ilə sonuncu ümid olaraq məhkəməyə müraciət edir. Cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci tarixli ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək onun Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, K-019/22 nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən o, Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövr ərzində ona işində yol verdiyi nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamışdır. Bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkətdaxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. O, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmaqdan yayınmışdır. O, xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, xx.xx.2023-cü il tarixdə isə günün 1-ci yarısı işə gəlməmişdir. O, dəfələrlə işə dəvət edilsə də, buna məhəl qoymamış və üzrlü səbəb göstərmədən işə gəlməməkdə davam etmişdir. Bundan sonra isə ona xx.xx.2023-cü il tarixli rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır. Göründüyü kimi, işçinin bu hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan haldır. Buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmişdir və bu barədə bildiriş Əmək və X20 daxil edilmişdir. İddiaçı X17 Xidmətinin Abşeron-Xızı şöbəsinə şikayət edərək əlində Cavabdeh MMC-nin əmrinin olduğunu və həmin əmrə əsasən işdən azad olunmalı olduğunu bildirmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının şikayətində istinad etdiyi əmr qanunsuz yolla hazırlanmışdır və qeydiyyata alınmamışdır. Belə ki, şirkətin Əmrlərin qeydiyyatı kitabında qeydiyyata alınan əmrlər sırasında iddiaçı ilə bağlı əmr olmamışdır. Sözügedən əmr dostluq münasibətlərinə əsasən şirkətin direktor müavini Xəyal Məhərrəmov tərəfindən imzalanmış, bu barədə yuxarı rəhbərik məlumatlandırılmamış və heç bir qeydiyyat aparılmamışdır. Artıq bununla bağlı Xəyal Məhərrəmova sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Sözügedən əmrin gizli və qanunsuz hazırlanmasını təsdiq edən daha bir fakt göstərmək olar. Belə ki, Cavabdeh MMC-də işçi X1 xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli K-040/23 nömrəli əmr verilmişdir. Həmin əmr xx.xx.2023-cü il tarixdə icra edilmiş və bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə Əmək və X20 daxil edilmişdir. İddiaçı istinad etdiyi əmr isə xx.xx.2023-cü il tarixli K-041/23 nömrəlidir. Necə ola bilər ki, ayın 2-də verilən əmr 40 nömrəli, ayın 1-də verilən əmr isə 41 nömrəli olur? Bu fakt bir daha təsdiq edir ki, iddiaçının istinad etdiyi əmr saxtadır və qanunsuz hazırlanmışdır. Həmin əmrin saxta olması əmri hazırlayan və möhürün onda olmasından istifadə edən direktor müavini X2 etirafedici ifadələri ilə də təsdiq edilmişdir. Bundan əlavə, K-041/23 nömrəli əmr X9 işə qəbul əmridir və əmrlərin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. Həmçinin, işçinin ərizə ilə müraciət etməsi barədə işəgötürəndə heç bir məlumat yoxdur. Belə ki, sözügedən ərizədə də Xəyal Məhərrəmovun qəbul edib qol çəkdiyi görünür. Halbuki, sənədlər MMC-nin qəbul şöbəsinə təqdim edilir, orada qeydiyyata alınır və dərkanar üçün rəhbərliyə təqdim edilir. Həmin ərizədə iddiaçı öz xahişi işə işdən çıxmaq istədiyini yazıb. Lakin daha sonra əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı da ərizə verib. Bir işçi niyə eyni zamanda həm öz xahişi ilə işdən çıxmaq üçün ərizə versin, həm də əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı ərizə yazsın? Hansı ki, hər iki ərizə cavabdehdə yox idi, iddiaçının şikayət ərizələrinin qoşmasında cavabdehə göndərilmişdir. Fərz edək ki, işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməyib. Onda işəgötürən olaraq işçinin hansı ərizəsi əsasında onun işinə xitam verilməli idi? Əmək məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (öz xahişi ilə) yoxsa Əmək məcəlləsinin 73-cü maddəsinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi)? kimi, işçinin istinad etdiyi ərizələrdə də ziddiyyətlər mövcuddur. Bundan başqa, sözügedən əmr heç bir rəsmiyyətə alınmamış, Əmək və X20 daxil edilməmişdir. Cavabdeh qeyd edir ki, “işçinin qeydiyyatda olmayan, gizli yolla hazırlanan həmin əmr əsasında işdən çıxarılması öhdəliyi hansı qanunvericilik norması ilə işəgötürənin üzərinə qoyulur? Həmin əmr qanunverici, icra və ya məhkəmə hakimiyyəti orqanları tərəfindən qəbul edilən icrası məcburi sənəddir ki, cavabdeh tərəfindən mütləq icra edilməli idi?”. İddiaçının istinad etdiyi qərar o halda əsaslı olardı ki, işəgötürən tərəfindən sözügedən əmr Əmək və X20 daxil edilərdi, qeydiyyata alınardı, lakin sonradan Əmək Məcəlləsinin başqa maddəsi ilə işçinin əmək müqaviləsinə xitam verilərdi. İddiaçının əmək kitabçasının təhvil verilməsi ilə bağlı tələbinə gəldikdə isə o işə çıxmadığına görə ona rəsmi müraciət edilərək əmək kitabçasını təhvil götürməsi bildirilmiş, ona əmək kitabçası və s. tipli vacib sənədlərin poçt vasitəsi ilə göndərilməməsi izah edilmişdir. Bundan başqa, hazırda şəxsin əmək fəaliyyəti ilə bağlı məlumatlar (onun iş yerləri və tutduğu vəzifələr və s.) müvafiq icra hakimiyyəti orqanının elektron resurslarında əks olunmuşdur. İddiaçının əmək kitabçasına görə işə girə bilməməsi və s hallar əsassızdır, iddiaçı özü bilərəkdən əmək kitabçasını götürməmişdir ki, hazırda bu cür iddia ilə çıxış etsin. Qeyd edilir ki, iddiaçı ilə son haqq-hesab aparılıb. Ona görə də son haqq-hesabın aparılmasına dair iddiası da tam əsassızdır. Bundan başqa, iddiaçı iddia edir ki, 5000 manat borc alıb. Bu da onun özünün uydurduğu uydurma bir borc müqaviləsidir ki, cavabdehdən tələb etmək üçün saxta əsas olsun. AZRİB MMC-ə məxsus olan kompyuter dəstinin və telefon nömrəsinin təhvil veriləcəyi təqdirdə hər an qəbul etməyə hazırdırlar. Ona görə də iddiaçının iddia tələbi tamamilə əsasız olduğundan etirazda qeyd edilən hallar nəzərə alınmaqla təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə gedişi ərəfəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, etirazda göstərilənlər tamamilə yalandır. Belə ki, İddiaçı barəsində intizam tənbehi tətbiq olunmamış, heç bir şifahi xəbərdarlıq edilməmişdir. Ümumiyyətlə, işlədiyi dövr ərzində iddiaçı haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bütün bu göstərilənlər Cavabdeh MMC tərəfindən verilmiş xasiyyətnamədə də öz əksini tapmışdır. Həmçinin, elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş email yazışmalarından və vvhatsapp yazışmalarından görünür ki, xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə İddiaçı işdə olmuş, işləmiş və işə dair müzakirələr aparmışdır. xx.xx.2023-cü il tarixli rəsmi məktubla İddiaçı işə dəvət olunması tamamilə absurddur. Belə ki, işçi barəsində xx.xx.2023-cü ildə tarixli əmr qəbul edilmiş və işdən azad edilmişdir. Həmin müddətdən sonra işçinin işə gəlməsinə dair heç bir vəzifəsi mövcud deyildir. Bundan başqa, 01 mart 2023-cü il tarixli, K-041/23 nömrəli əmr Cavabdeh MMC-nin möhürü ilə möhürlənmiş və səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. Belə ki, 001-21 nömrəli, 01 iyul 2021-ci il tarixli etibarnamə ilə istənilən növ müqavilələrin, protokolların və digər sənədlərin tərtib olunması, imzalanması, lakin bunlarla məhdudlaşmayaraq Cavabdeh MMC-nin nizamnaməsi və daxili sənədləri ilə direktorun üzərinə qoyulmuş səlahiyyətləri həyata keçirmək direktor müavini X3 01 iyul 2023-cü ilədək etibar edilmişdir. Həmin etibarnamə əsasında işçilərin işə qəbulu və işdən çıxarılması səlahiyyətli şəxs olan X.Məhərrəmov tərəfindən həyata keçirilmişdir. Hazırda cavabdeh MMC-nin həmin əmrin qanunsuz olmasına dair istinadı MMC-nin özünün vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verdiyini sübut edir. Bundan istifadə edərək işçinin hüquqlarını pozmaq və ya bunu işçiyə qarşı dəlil kimi qiymətləndirmək tamamilə qanunsuz və əsassızdır. X.Məhərrəmovun adından izahatın alınaraq guya dostluq münasibətlərinə görə əmrin verilməsi isə absurddur ona görə ki, əvvəla əgər MMC-nin dediyi kimi, tərəflər arasında dostluq münasibəti var idisə və buna görə də xx.xx.2023-cü il tarixli əmr verilmişdisə, nəyə görə bundan 1-2 gün öncə - xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı guya işdə olmamasına dair tərtib olunmuş aktlarda X.Məhərrəmov birinci imza etmişdir?! Bu onu göstərir ki, tərəflər arasında heç bir dostluq münasibəti yoxdur və xx.xx.2023 – xx.xx.2023-cü il tarixli aktlar sonradan arxa tarixlə tərtib olunmuş saxta aktlardır. Əmrin nömrələnməsinə gəlincə isə, bu işəgötürənin vəzifəsidir. Əmrin qeydiyyata alınmamasına dair, əmrə nömrənin düzgün və ya səhv verilməsinə dair məsuliyyəti işəgötürən daşıyır və burada işçinin heç bir məsuliyyəti mövcud deyildir. Həmçinin, əmək müqaviləsinin ləğvi zamanı Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli əmrin tərtib edilməsində və məzmununda da pozuntulara yol verilmişdir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Ümumiyyətlə, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasında heç bir əsas mövcud deyildir və olmamışdır. Cavabdeh MMC-nin yuxarıda göstərilən xasiyyətnaməsi də bunu təsdiq edir. Bundan əlavə, etirazda əmrlərin qeydiyyatı kitabından çıxarış qoşmada göstərilsə də, iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən dəfələrlə poçt vasitəsilə və imza etdirməklə ərizələr təqdim edilmişdir. İşəgötürəndə ərizə ilə bağlı məlumatın olmaması da absurddur. Həmçinin, iddiaçı tərəfindən teleqramla Cavabdeh MMC-yə müraciət olunaraq, əmək kitabçasının, son haqq-hesabın və digər sənədlərin poçtla göndərilməsi xahiş edilmişdir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, DƏMX-nin xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh MMC-yə müraciət olunaraq əmək kitabçasının İddiaçı poçtla təqdim edilməsi tələb olunsa da, buna da məhəl qoyulmamışdır. Məhkəmənin əvvəlki baxış iclaslarında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 Daşqın oğlu iddia tələbini qəbul etmədiklərini bildirmiş və əlavə etmişdir ki, hazırda Göygöl Rayon Məhkəməsində hazırki iddia ilə əlaqədar inzibati işə baxılır, iddiaçının "xxxx" yazışmaları onun həmin tarixlərdə işdə olduğunu sübut etmir, həmin günlər iddiaçı davamiyyət cədvəlinə qol çəkməyib. Xəyal Məhərrəmovun direktor müavini kimi işçini işə götürmək və ya əmək müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır, buna görə də onun barəsində intizam tənbehi tətbiq edilmişdir. Şirkətin direktoru həmin dövrdə məzuniyyətdə olub, onu isə Xəyal Məhərrəmov əvəz edib, lakin bu da həmin əmrin hüquqi cəhətdən əsaslı sayılmasına dəlalət etmir. Xəyal Məhərrəmova etibarnamə 3 gün müddətinə daxili məsələlərlə bağlı verilib. İddiaçı işə daxil olarkən əmək kitabçası olmayıb, sıfırdan ona əmək kitabçası açılıb, dəfələrlə ona əmək kitabçasını götürməsi barədə xəbərdarlıq olunsa da, gəlib kitabçasını götürməmişdir. İddiaçı ilə son haqq-hesab aparılaraq ödəniş olunmuşdur. Sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq, həmin iclasa gəlməyən cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdeh MMC-nin nümayəndəsinin izahat verdiyini nəzərə alaraq işin təxirə salınmasına zərurət olmadığı qənaətinə gəlmiş, işə cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi izahatında iddia tələbini əsaslı hesab etdiyindən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, Xidmət tərəfindən araşdırma aparılıb, mübahisələndirilən əmr qanunsuz və əsassızdır. Həmçinin, cavabdeh MMC-yə işçinin işdən çıxarılması ilə əlaqədar son haqq-hesabın ödənilməli olduğu bildirilsə də, cavabdeh MMC bu tələbə əməl etməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə işdə olmaması barədə heç bir mötəbər sübut təqdim edilməyibdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də üçüncü şəxsin nümayəndsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh MMC-də Biznesin İnkişafı və Departament Direktoru vəzifəsində çalışan İddiaçı Cavabdeh MMC-nin baş direktoru X10 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, Cavabdeh MMC ilə olan əmək müqaviləsinin xx.xx.2023-cü il tarixində vaxtının bitməsi ilə əlaqədar olaraq vaxtının uzadılmamasını xahiş etmiş, əmək müqaviləsinə xitam verilməklə son haqq-hesabının və əmək kitabçasının ona təhvil verilməsinin təmin edilməsini, həmçinin ƏMAS portalından adının çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh MMC-də Biznesin İnkişafı və Departament Direktoru vəzifəsində çalışan İddiaçı Cavabdeh MMC-nin direktor müavini Xəyal Məhərrəmova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, “Sizdən xahiş edirəm ki, əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən öz təşəbbüsüm ilə ləğv edilməsi üçün tədbir görəsiniz”. Həmin ərizə xx.xx.2023-cü il tarixdə Xəyal Məhərrəmovun şəxsi imzası ilə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin direktor müavini Xəyal Məhərrəmov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, şirkətimizin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. İş materiallarında olan, Cavabdeh MMC-nin direktor müavini X.F.Məhərrəmov tərəfindən imzalanmış K-041/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə işçinin ərizəsinə əsasən Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, iş materiallarında olan, Cavabdeh MMC-nin icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023cü il tarixli K-049/23 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, “Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsində çalışan İddiaçı işlədiyi dövr ərzində ona işində yol verdiyi nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamışdır. Bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkət daxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. O, cari ilin fevral ayı ərzində bir neçə dəfə işə gəlməmiş və bu barədə işəgötürənə heç bir məlumat verməmişdir. Sonuncu bu hallar isə aktlaşdırılmışdır. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Onun fəaliyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxdığına görə o, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, 28.02.203-cü il tarixdə isə günün birinci yarısı işə gəlməmişdir. İşçinin işə çıxmaması aktlaşdırılmışdır. Bundan sonra isə ona rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin yenə də heç bir. nəticə əldə olunmamışdır. Göründüyü kimi, işçinin bu hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin- “a” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan haldır. Yuxarıda göstərilənləri rəhbər tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, xx.xx.2023-cü il tarixədək olan dövr üzrə işçi ilə son haqq-hesabın aparılması, son haqq-hesabın aparılmasının maliyyə şöbəsinə tapşırılması və işçinin əmək kitabçasında müvafiq qeydlər aparılmaqla özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh MMC-nin direktor müavini X4 tərəfindən cavabdeh MMC-nin icraçı direktoruna ünvanlanmış izahatda X.Məhərrəmov qeyd etmişdir ki, AZRİB Məhdud Məsuliyyətli Cəmiyyətinin Biznesin İnkişafı Departamentinin müdiri İddiaçı işdən çıxarılması ilə bağlı ona verilən suallara cavab olaraq bildirir ki, o X26 əvvəlki iş yerindən tanışdır. Onun təklifi əsasında İlkin Hüseyinli işə qəbul olunmuşdur. MMC-də daxili yoxlamalar aparılır. Həmin yoxlamalar nəticəsində İlkin Hüseyinlinin də nöqsanları olacağı ehtimalı vardır. Ona görə də o çalışırdı ki, bu yoxlamalardan yayınsın. X.Məhərrəmova bildirdi ki, o işdən çıxmaq istəyir. O da İlkinə bildirdi ki, rəhbərliyə deməmiş heç bir addım ata bilməz. O bildirdi ki, OBA marketdən yüksək əmək haqqılı iş təklifi alıb ona görə ora göstərmək üçün burdan işdən çıxmağımı təsdiq edən sənəd lazımdır. X.Məhərrəmov da həmin sənədi hazırlayıb imzalayıb ona şəklini təqdim etmişdir. İlkin isə onun sənədlərinin arasında qarışığa salaraq həmin sənədləri də gizlin şəkildə götürüb. O, bunu X26 dostluq münasibətinə görə etmişdir. Unamazdı ki, İlkin Hüseyinli qeydiyyata alınmamış hər hansı bir sənədi ona və MMC-ə qarşı istifadə edər. Ona görə arxayın olub vermişdir. Bildirir ki, işçilərin işə qəbulu və çıxarılması ilə bağlı X.Məhərrəmovun heç bir səlahiyyəti yoxdur. Bu MMC-nin icraçı direktorunun müstəsna səlahiyyətidir. Bu hərəkəti icraçı direktordan xəbərsiz etmişdir, ona görə də sənədi qeydiyyata almamışdır. Əlavə olaraq qeyd etmişdir ki, icraçı direktorun yazılı və şifahi razılığı əsasında müəyyən əmrlərə (İddiaçı aid olmayan) imza etdiyi olubdur. Səhvini etiraf edərək, nəzərə alınmağını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh MMC-nin icraçı direktoru Araz Atakişiyev tərəfindən imzalanmış “daxili araşdırma” əsaslı xx.xx.2023-cü il tarixli “İntizam tənbeh tədbiri barədə” K-047/23 nömrəli əmrdə qeyd edilmişdir ki, “AZRİB Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X4 MMC-nin yuxarı rəhbərliyini məlumatlandırmadan və hər hansı bir qeydiyyat aparmadan MMC-nin möhürünün ona etibar edilməsindən istifadə edərək Biznesin İnkişafı Departamentinin müdiri İddiaçı barəsində əmr imzalayaraq möhür vurmuş və əmri İddiaçı təqdim etmişdir. Bununla bağlı X2 izahatı alınmış və o izahatında səhvini etiraf edərək bildirmişdir ki, İlkin Hüseynovla əvvəlki iş yerindən dostluq münasibətində olduğuna görə o bu addımı atmışdır. Onun bu addımından icraçı direktorun xəbəri olmamışdır. Yuxarıda qeyd edilənlərdən görsənir ki, X4 ona etibar edilmiş möhürdən öz şəxsi məqsədləri üçün sui-istifadə etməklə əmək intizamını ciddi şəkildə pozmuşdur. Qeyd edilənlər rəhbər tutularaq AZRİB MMC-nin direktor müavini X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmiş, işçinin nəzərinə çatdırılmışdır ki, növbəti 6 (altı) ay ərzində əmək və icra intizamının pozulması hallarına təkrar yol verərsə barəsində daha ciddi intizam tədbirləri görüləcək. İş materiallarında olan cavabdeh MMC tərəfindən tərtib olunmuş, direktor müavinləri və təftiş şöbə müdiri tərəfindən imzalanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “işçinin üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlara görə Biznesin İnkişafı Departamentinin müdiri İddiaçı xx.xx.2023-cü il tarixdə işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində, xx.xx.2023-cü il tarixdə saat 13:00-dək işə gəlməmişdir. İş materiallarında olan Cavabdeh MMC-də işçilərinin xx.xx.2023-xx.xx.2023-cü il dövrünü əhatə edən davamiyyət cədvəlinə görə İddiaçı xx.xx.2023-cü il tarixdə ümumiyyətlə, xx.xx.2023-cü il tarixdə isə günün birinci yarısı (yalnız “getdi” hissəsinə qol çəkməklə) işdə olmamışdır. İş materiallarına iddiaçının 27-28 fevral 2023-cü il tarixlərdə həqiqətən işdə olduğunu təsdiq edən, onun iş yoldaşları ilə apardığı 27-28 fevral 2023-cü il tarixli “Whatsapp” və "xxxx" yazışmaları əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş, cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Siz bir neçə gün işə gəlməmisiniz və bu barədə işəgötürənə heç bir məlumat verməmisiniz. Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır və bu işəgötürənə əsas verir ki, sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən ləğv etsin. Bundan əlavə, məlumunuz olduğu kimi, hazırda sizin əmək fəaliyyətiniz yoxlanılır. Sizə təklif edirik ki, normal iş rejiminizə uyğun olaraq işə çıxasınız. Əks halda aparılan araşdırmada iştirak etməyiniz üçün xx.xx.2023-cü il tarixdə saat 10:00-da Cavabdeh MMC-nin Abşeron rayon Məmmədli kəndində yerləşən inzibati binasına dəvət olunursunuz.” İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-nin direktor müavini Xəyal Məhərrəmov tərəfindən İddiaçı göndərilmiş teleqramda qeyd edilmişdir ki, “Sizin əmək müqaviləsinizə xitam verilmişdir. Əmək kitabçanızı şirkətə yaxınlaşaraq götürə bilərsiniz”. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X10 göndərilmiş teleqramda qeyd edilmişdir ki, “Bu teleqrama cavab olaraq bildirirəm ki, əmək kitabçası, əmək haqqı, son haqq-hesab, əşya və sənədlərimi göndərin, zəhmət olmazsa”. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli, 108/23 nömrəli ödəniş tapşırığından və kart hesablarına pul vəsaitinin köçürülməsinə dair siyahıdan görünür ki, ödəyici Cavabdeh MMC “son haqq hesab məzuniyyət (komp) və SHH əmək haqqı ödəniş edilir. İddiaçı” təyinatı ilə 990,50 manat məbləğində pul vəsaitini köçürmə etmiş, həmin məbləğ xx.xx.2023-cü il tarixdə İddiaçı “FPRAZN**********6001” nömrəli kart hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, Əmək və Məşğulluq Altsistemi portalına xx.xx.2023-cü il tarixdə daxil edilmiş "xxxx"ndən görünür ki, K-049/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə işəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ç maddəsi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, Əmək və Məşğulluq Altsistemi portalına xx.xx.2023-cü il tarixdə daxil edilmiş "xxxx"nə görə cavabdeh MMC-nin K-040/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə başqa bir işçinin X1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçının qızı X12 “Sfera 2021 MMC” tərəfindən təqdim edilmiş arayışdan görünür ki, o, həqiqətən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan Kidsphere uşaq bağçasında 10 iyun 2022-ci ildən, 10 mart 2023-cü ilədək təhsil və təlim almışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli iş təklifindən görünür ki, İddiaçı satınalma müdiri vakansiya üzrə müsabiqənin nəticələrinə əsasən uğur qazanmışdır, işə başlaya biləcəyi tarix xx.xx.2023cü il tarixdir. Lakin işə başlamaq üçün qeyd etdikləri tarixdə (xx.xx.2023) aktiv əmək müqaviləsi olduğundan dolayı İddiaçı işə qəbul edilə bilmədiyi və qeyd olunan vakansiya üzrə yalnız müqavilə qüvvədən düşdüyü təqdirdə işə qəbul oluna biləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, 17 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən X8 5000 manat məbləğində pul vəsaitini borcalan İddiaçı vermiş, borcalan isə həmin borc pulu götürərək, müqavilənin şərtlərinə uyğun olaraq borcverənə 31 may 2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Abşeron Rayon Prokurorluğunun 18 aprel 2023-cü il tarixli, 426-Ş-23 nömrəli iddiaçıya cavab məktubunda bildirilmişdir ki, iddiaçının əvvəl işlədiyi Cavabdeh MMC-nin onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi, lakin bu barədə elektron portala məlumat ötürülməməsi ilə bağlı müraciətinə baxılmış, lakin müraciət mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olduğundan ona qanunla müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-1290/7/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçının Abşeron rayon, Məmmədli kəndində yerləşən Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirlik yanında X17 Xidmətinə ünvanladığınız müraciətlərinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətin Cavabdeh MMC-nin rəhbərliyinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17- 5/2-6324/2023 saylı məktubla (SS815214242AZ) rəsmi müraciət edilmiş və məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatmışdır. Müəssisə rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq hal-hazırkı dövrədək cəmiyyət tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən Cavabdeh MMC-nin rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu və 83.2-ci maddələrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq altsisteminə daxil edilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin 5 (beş) gün müddətində təmin edilməsi və nəticəsi barədə X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 3-17-5/2- 11070/2023 saylı göstəriş xarakterli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunan tələblər işəgötürən tərəfindən yerinə yetirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin rəhbərliyi barəsində inzibati icraata başlanılacaqdır. Eyni zamanda bildirilmişdir ki, “Sahibkarlıq subyektində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikedilməsi barədə 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli qanunun və 2015-ci il 20 oktyabr tarixliyoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında Fərmanına əsasən yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-dək uzadıldığından iddiaçınn müraciətinin Cavabdeh MMC-də araşdırılması mümkün deyildir. Həmçinin qeyd edilmişdir ki, müraciətlə bağlı müəssisə tərəfindən sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaq, iddiaçıya müraciətində qeyd etdiyi məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-17494/15/20 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçının Abşeron rayon, Məmmədli kəndində yerləşən "xxxx" MMC-də əmək hüquqlarınının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və digər qurumlara ünvanladığı müraciətlərinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətilə bağlı “Azrib" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktuba və təsdiqedici sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Cəmiyyətin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının əvvəlki şikayət ərizələrinə əsasən müəssisəyə yazılı formada Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli K-041/23 nömrəli xitam əmri ilə bağlı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin 5 (beş) gün müddətində Əmək və Məşğulluq altsisteminə daxil edilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı icrası məcburi olan xx.xx.2023-cü il tarixli 3-17-5/2-11070/2023 saylı göstəriş məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunan tələblər işəgötürən tərəfindən yerinə yetirilməmiş və xx.xx.2023-cü il tarixli K-048/23 nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Buna əsas olaraq isə müəssisənin rəhbərliyi cavab məktubunda xx.xx.2023-cü il tarixində bütün iş günü, xx.xx.2025-cü il tarixində isə günün brinci yarısı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən iddiaçının işə gəlməməyi ilə bağlı tərtib olunmuş akt göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixində verilmiş əmrin xx.xx.2023-cü il tarixli K-0271723 nömrəli Əmr ilə uyğunsuzluğu müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin ( Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddiaçının son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) işdən çıxdığı sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixində cəmi 990.50 manat məbləğində iddiaçının əmək haqqı kartına köçürülmüşdür. Müəssisə tərəfindən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinin, həmçinin 83-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən cəmiyyətin işəgötürəni tərəfindən İnzibati Xətalar Məcəlləsinin —192.4-cü (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə), 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) və 539.1-1 (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətləri iştirakçıları tərəfindən icra edilməməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü, 192.6-cı və 539.1-1-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında Protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-H- 144xx/xx/2023 nömrəli məktubunda Cavabdeh MMC-nin rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Qeyd olunan müddət ərzində törədilmiş hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. İddiaçıya müraciətdə qeyd olunan məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan, X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-27029/201 saylı cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının Abşeron rayon, Məmmədli kəndində yerləşən Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı təkrar eyniməzmunlu müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron- Zızı regional şöbəsində tərəfimizdən baxılmış, iddiaçının müraciətində müəssisə rəhbərliyi tərəfindən əmək müqaviləsinə xitam verildiyi gündən əmək kitabçasının ona təqdim edilmədiyini qeyd etmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) vətəndaşın əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi sonuncu iş günü işçiyə təqdim olunmalıdır. Bu səbəbdən iddiaçının əmək kitabçasının ona təqdim edilməsi və ya poçt vasitəsilə ünvanına (ünvan 7sini təmin etməyi cavabdehdən tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş, DƏMX-in Abşeron-Xızı Regional şöbəsi tərəfindən Cavabdeh MMC-nin baş direktoru X16 barəsində tərtib edilmiş MN ******* nömrəli, 19 aprel 2023-cü il tarixli “inzibati xəta haqqında” protokola görə Cavabdeh MMC-nin baş direktoru B.Ələsgərov tərəfindən Əmək Məcəlləsinin 76, 83.2, 172.4-cü maddələrinin tələbi pozularaq İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, həmçinin son haqq-hesab vaxtında ödənilməmiş və Əmək Müfəttişliyinin göstəriş məktubu vaxtında yerinə yetirilməmişdir. Bununla da, B.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü, 192.6-cı və 539.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş, MN ******* nömrəli, 27 aprel 2023-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərara görə DƏMX-in Abşeron-Xızı Regional şöbəsinin rəisi X21 tərəfindən Cavabdeh MMC-nin baş direktoru X16 barəsində tərtib edilmiş MN ******* nömrəli, 19 aprel 2023-cü il tarixli protokola baxılaraq işəgötürən X16 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi, nəticədə X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edildiyi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət verildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş, elektron qaydada təqdim edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-357/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 tərəfindən verilmiş şikayət təmin edilmiş, X17 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanılmaqla Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmiş iddiaçı ilə əmək müqaviləsinə cavabdeh MMC-nin iki ayrı əmri ilə xitam verilmişdir. Belə ki, Cavabdeh MMC-nin direktor müavini X.F.Məhərrəmov tərəfindən imzalanmış K-041/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı (ərizəsinə əsasən) xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, Cavabdeh MMC-nin icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı sonrakı əmri, yəni xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmri mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məcəllənin 9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-nin 70-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki dispozitiv şərti nəzərdə tutulmuşdur: 1) işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) Məcəllənin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrindən birinin kobud şəkildə pozulması. Qeyd edilən müddəalardan da göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmas; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Konkret mübahisəyə gəldikdə, cavabdeh etirazının dəlili kimi bildirir ki, iddiaçı işlədiyi dövr ərzində ona işində yol verdiyi nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamış, bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkət daxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. O, cari ilin fevral ayı ərzində bir neçə dəfə işə gəlməmiş və bu barədə işəgötürənə heç bir məlumat verməmişdir. Sonuncu bu hallar isə aktlaşdırılmışdır. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Onun fəaliyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxdığına görə o, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, xx.xx.2023-cü il tarixdə isə günün birinci yarısı işə gəlməmişdir. İddiaçı bu halları inkar edir və bildirir ki, işlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, Şirkətin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bütün bu göstərilənlər Cavabdeh MMC tərəfindən verilmiş xasiyyətnamədə də öz əksini tapmışdır. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə bütün iş günü işdə olmuşdur. Göründüyü kimi, iddiaçının qeyd edilən tarixlərdə iş yerində olmaması sübut olunmur, bununla belə qeyd edilən halların mövcudluğu müəyyən olunarsa, bu iddiaçının əmək funksiyasını pozması faktı kimi qəbul oluna bilər. Lakin yuxarıda şərh edilən müddəalara əsasən bu fakt hələ iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş verməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixli əmrində bu nəticələrin baş verməsi barədə hər hansı əsas göstərməmiş, ümumiyyətlə məhkəmə gedişində bununla bağlı hər hansı dəlillə istinad etməmiş, iddiaçının qeyd edilən vaxtlarda işə çıxmaması nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrində iddiaçının ƏM-nin ç) bəndi ilə işdən çıxarılmasının konkret əsaslarını göstərilməmiş, yalnız maddi hüquq normasına istinad edərək ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, ƏM-nin 71-ci maddəsinin 3-cü bəndi işəgötürənin üzərinə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq vəzifəsini qoymuşdur. Bu əsaslandırma əmrə, yaxud hər hansı bir sənədə qanunun maddi hüquq normasının olduğu kimi köçürülməsini deyil, işçinin işdən azad edilməsinə səbəb olan konkret halların nədən ibarət olmasının ətraflı şərh edilməsini nəzərdə tutur. Şərh edilənlərdən də göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır. Digər bir tərəfdən, işin faktiki hallarını, xüsusən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitməsini, habelə iddiaçının əmək müqaviləsinin müddətini uzatmaq istəməməsinin cavabdehə məlum olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının yalnız xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi ilə müşayət olunan əmək vəzifəsini pozması müəyyən edilmiş olsa idi belə, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermədiyi üçün) ləğv edilməsinə mütənasib deyil. Bu halda, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyi işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir. İşin hallarından göründüyü kimi, mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmr verilərkən artıq işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə başqa bir əmri- xx.xx.2023-cü il tarixli əmri olmuşdur. Cavabdeh həmin əmri verən şəxsin buna səlahiyyətinin olmaması, həmin şəxs barəsində tənbeh tədbirinin görülməsi, əmrin nömrəsinin MMC-nin digər sənədləri ilə uyğun olmaması barədə müvafiq sübutlar təqdim etməklə əmrin qanuni olmadığını əsaslandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli əmr mübahisələndirilməmiş, ləğv edilməmişdir və qanuni qüvvədədir. Belə olan halda, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə yenidən xitam verilməsi barədə əmr verilə bilməzdi. Ona görə ki, Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Qeyd olunmalıdır ki, qanunvericilik əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla xitam verilməsini birbaşa qadağan etmişdir. Həmin qayda əslində işçinin hüquqlarının daha səmərəli təmin olunması vasitələrindən biri kimi çıxış etməklə, bir tərəfdən işəgötürənin üzərinə işçini işdən azad etməklə bağlı mövqeyini birmənalı və ziddiyyətsiz əsaslandırmaq vəzifəsi qoyur, digər tərəfdən isə işçiyə hansı əsasla işdən azad edildiyi barədə məlumatlı olmaq imkanı təqdim edir. Bundan başqa, Əmək Məcəlləsinin 45-ci maddəsinin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 1 (bir) il müddətinə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, hər hansı birinin təşəbbüsü ilə uzadılmamışdır. Başqa sözlə, mübahisələndirilən əmr verilərkən, yəni xx.xx.2023-cü il tarixdə tərəflər əmək münasibətlərində olmamışlar. Bununla belə, iddiaçının həmkarlar ittifaqının üzvü olması barədə iş materiallarında hər hansı məlumat olmadığından bu barədə əmək qanunvericiliyinin tələbi üzrə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, eləcə də iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə mütənasib olmadığından, habelə yuxarıda qeyd edilən digər əsaslara görə cavabdehin xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmri ləğv edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də qeyd etməyi zəruri hesab edir ki, X17 Xidmətinin yuxarıda adıçəkilən qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətli olmadığından onun məhkəmə qərarı əsasında ləğv edilməsinə qiymət verilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, əmək kitabçasının qaytarılması tələbi istisna olmaqla, iddiaçının digər tələbləri - son haqq-hesabın - istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı (rəsmi 550 manat, nağd qaydada 1500 manat olmaqla, cəmi 2050 manat) və digər ödəmələr nəzərə alınmaqla düzgün hesablanaraq cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq cavabdeh MMC tərəfindən ödənilməsi, cavabdeh MMC tərəfindən hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, cavabdeh MMC-dən iddiaçının xeyrinə 5.000 manat məbləğində maddi ziyanın və 10.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məcəllənin 87-ci maddəsinin 3-cü bəndinə görə işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək kitabçası işəgötürəndə qalmışdır. Belə ki, işəgötürən əmək kitabçasını məhkəmə iclasında iddiaçıya təqdim etsə də iddiaçı tərəf təqdim edilən əmək kitabçasının sonradan tərtib edildiyini bildirərək onu qəbul etməmiş, iddiaçıya məxsus olan və başqa işəgötürənlərin də qeydi olan əmək kitabçasını tələb etmiş, lakin istinad etdiyi həmin əmək kitabçasının işəgötürəndə olmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, iş materiallarında olan ödəniş tapşırığından və kart hesablarına pul vəsaitinin köçürülməsinə dair siyahıdan görünür ki, ödəyici Cavabdeh MMC “son haqq hesab məzuniyyət (komp) və SHH əmək haqqı ödəniş edilir. İddiaçı” təyinatı ilə 990,50 manat məbləğində pul vəsaitini köçürmə etmiş, həmin məbləğ İddiaçı “FPRAZN**********6001” nömrəli kart hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ümumiyyətlə işəgötürənin təqsiri ucbatından əmək kitabçasını əldə edə bilmədiyini, ona əmək haqqı və ya son-haqq hesabın ödənilmədiyini, əmək haqqısının gecikdirildiyini, nəticədə ona məhz işəgötürənin hərəkəti və ya hərəkətsizliyi səbəbindən maddi və mənəvi ziyan dəydiyini sübuta yetirə bilməmiş, bu dəlillərini təsdiq edən hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsi barədə Cavabdeh icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmr ləğv edilməli və iddiaçıya məxsus əmək kitabçası Cavabdeh MMC-dən alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsi barədə Cavabdeh icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmr ləğv edilsin və iddiaçıya məxsus əmək kitabçası Cavabdeh MMC-dən alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar