Məhkəmə qərarları › İş №e-2(125)-412/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-412/2025

19.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-412/2025 19.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair (Açar söz: istifadə hüququ) X17 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə müraciət edərək, cavabdehlər xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. İddia tələbinin əsaslandığı hallar: Cavabdehlər ögey bacısı və onun anasıdır. Cavabdehlərin 2004-cü ildən bu günədək mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə yaşamırlar. 1. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 1352 saylı arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 2004-cü il tarixdən bu günədək ünvan 1 ünvanında yaşamırlar. Bu gün cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan evdə pasport qeydiyyatında qalması mülkiyyət hüququnu pozmaqla yanaşı əlavə kommunal xərclər ödəməsinə səbəb olur. Mülkiyyətində olan mənzillə bağlı sərəncam vermək hüququ məhdudlaşır. Həmçinin, ona ünvanlanan poçt göndərişlərinin tərəfindən qəbul edilməsi səhhətinə mənfi təsir göstərir. Ona görə də, cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalır. İddia ərizəsinin təsviri hissəsində işin faktiki hallarını qeyd etməklə iddia tələbinin təmin olunması üçün zəruri olan məqamları diqqətə çatdırır. İndi isə işin faktiki hallarına istinad edərək iddia tələbini hüquqi cəhətdən əsaslandırmaq istəyir. İşin faktiki halından görünür ki, cavabdehlərin istifadə hüququ olub, ancaq onlar evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüququnu itirmişdir. Çünki, cavabdehlərin evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman - 2009-cu ilədək yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. Əvvəlki, Mənzil Məcəlləsinin 87-cimaddəsinə əsasən cavabdehlərin mübahisə edilən yaşayış sahəsinə istifadə hüququ itirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməlidir. Bu qayda qanunun analogiyasına əsasən xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə də tətbiq edilir. Göstərilən əsasla cavabdehlərin evdən istifadə hüququ xitam olunmuşdur. “Köçmə” istifadə hüququna xitam verən hüquqi faktdır, faktın baş verməsi ilə hüquqa xitam verilir. Hüquq xitam olduğuna görə artıq mövcud deyildir, hüquqa xitam verilməsi nəticəsində hüquq itirilmiş hesab olunur. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, lakin, etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə EMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil çıxışında bildirdi ki, cavabdehlərdən heç biri iddia tələbini qəbul etmir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1005/2009 nömrəli, 26 avqust 2009-cu il tarixli qətnaməsi ilə Müsahibə və Cavabdeh2lar mübahisəli ünvana köçürülmüşlər. İddiaçı cavabdehlərin ünvan 2 ünvanında yaşamalarına imkan vermir. Cavabdehlərin yaşamağa başqa yerləri yoxdur və onlar iddiaçıya məxsus evə köçüb yaşamaq istəsələr də iddiaçı buna imkan vermir. Bundan başqa cavabdehlərdən Cavabdeh2 həm lal, həm də kar olmaqla, onun qulluğa və başqa şəxsin köməyinə ehtiyacı var. Bu səbəbdən iddiaçı öz ögey bacısını və ona qulluq edən anasını kompensasiya vermədən mübahisəli ünvana olan istifadə hüququnun itirilməsini istəyir ki, bu da əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İV. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - 24 avqust 2024-cü il tarixli, ********** nömrəli, **********66-05101-093034 nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 1352 nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, 2004-cü ildən hal-hazıradək həmin ünvanda yaşamamışlar. - 18 oktyabr 2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X5, X10, X6, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1005/2009 nömrəli, 26 avqust 2009-cu il tarixli qətnaməsindən görünür ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, X1 Cavabdeh1 məxsus cehiz əşyaların ona məxsus evdən çıxarılmaqla, həm də özünün evdən qeydiyyatdan çıxarılması tələbi əsassız olduğundan rədd edilməsi və Cavabdeh1 və Cavabdeh2 X2 məxsus ünvan 2-ə köçürülməklə orada onlara yaşayış hüququnun verilməsi qət edilmişdir. - 12 avqust 2024-cü il tarixli, 2V-845 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş – X1 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan nəvəsi – İddiaçı İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş **********6-05101-093034 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,2 kvadratmetr, yaşayış sahəsi 48,4 kvadratmetr, yardımçı sahəsi 15,8 kvadratmetr olan 3 otaqlı mənzilin miras qoyan – X2 məxsus ¼ hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********KQ33108 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrdən verilmiş 23 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2006-cı il tarixli məlumatından görünür ki, Cavabdeh2 kəskin debillik dərəcəsində olan ağıl zəifliyi, anadangəlmə lal-karlıq diaqnozu ilə ikinci dərəcəli əlildir. - 30.10.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, 3-13-57/2-17-33990/2024 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-118744/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. V. Məhkəmə iclasında müəyyən edilən hallar: 24 avqust 2024-cü il tarixli, ********** nömrəli, **********66-05101-093034 nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış əsasında ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının ögey anası, Cavabdeh2 isə ögey bacısıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1005/2009 nömrəli, 26 avqust 2009-cu il tarixli qətnaməsi ilə, X1 Cavabdeh1 məxsus cehiz əşyaların ona məxsus evdən çıxarılmaqla, həm də özünün evdən qeydiyyatdan çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 X2 məxsus ünvan 2-ə köçürülməklə orada onlara yaşayış hüququ verilmişdir. Hal-hazırda iddiaçı tərəf cavabdehlərin mübahisəli ünvanda yaşamadıqlarını əsas gətirərək, cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəf cavabdehlərin mübahisəli mənzilə olan ehtiyaclarının aradan qalxmasına dair mötəbər və əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməsə də, nümayəndə vasitəsi ilə təmsil olunaraq nümayəndəsi ərizə göndərərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş, cavabdehlərdən Cavabdeh2 vəkili iddianın rədd edilməsini xahiş etmişdir. Vİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin vəkilini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1005/2009 nömrəli, 26 avqust 2009-cu il tarixli qətnaməsi ilə, X1 Cavabdeh1 məxsus cehiz əşyaların ona məxsus evdən çıxarılmaqla, həm də özünün evdən qeydiyyatdan çıxarılması tələbinin əsassız olduğundan rədd edilməsi və Cavabdeh1 və Cavabdeh2 X2 məxsus ünvan 2-ə köçürülməklə orada onlara yaşayış hüququnun verilməsi qət edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli mənzilə köçürülməsi üçün əsas 2009-cu ilin 01 oktyabrınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi olmuşdur. Həmin normanın tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri üzvrləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla brlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54-cü maddəsinin 1-ci hissəsinə görə isə icarədar ailə üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə, tərəflər arasında olan hazırki mübahisə ilə bağlı Mülki Məcəllənin aşağıdakı maddi hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini qeyd etməyi də lazım bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə həmçinin cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olmalarını, habelə cavabdehlərin həmin mənzili özlərinin daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və əlavə olaraq qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmamış və iddiaçı da bu halı təkzib edəcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 1352 nömrəli arayış təqdim edilərək həmin arayışda da xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, 2004-cü ildən hal-hazıradək həmin ünvanda yaşamadıqları qeyd edilsə də, cavabdehlərin müəyyən müddətə mənzildən çıxmaları, onların mübahisəli mənzilə olan hüquqlarının itirilməsi üçün əsas ola bilməz. Məhkəmədə onu da qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 kəskin debillik dərəcəsində olan ağıl zəifliyi, anadangəlmə lal-karlıq diaqnozu ilə ikinci dərəcəli əlildir. Ona anası Cavabdeh1 qulluq edir. Bundan başqa cavabdehlər hələ mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ tanınmazdan öncə köçürülmüş və iddiaçı cavabdehlərin həmin mənzilə köçürülməsindən, yəni həmin mənzilə köçürülməsinə əsas olmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1005/2009 nömrəli, 26 avqust 2009-cu il tarixli qətnaməsindən məlumatı olmuş, yəni həmin mənzil iddiaçı (mülkiyyətçi) tərəfindən mülkiyyət hüququnu əldə edərkən həmin mənzili şəxsi servitutla (məhdud əşya hüququ ilə) yüklü edilmiş vəziyyətdə qəbul etmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsində isə cavabdehlərin mübahisəli mənzilə köçürülməsi hər hansı şərtlə və yaxud müddətlə müəyyən edilməmişdir. İddiaçı isə cavabdehlərin mübahisəli mənzilə olan hüquqlarının itirilməsi üçün kompensasiya vermir. Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X11” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Vİİ. Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Vİİİ. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar