Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4153/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu Bələdiyyəsinə qarşı “müqavilədən irəli gələn vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Goranboy rayonu Xoylu Bələdiyyəsinə qarşı “müqavilədən irəli gələn vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayonu Xoylu kənd bələdiyyəsindən icarə müqaviləsi əsasında istifadəsində olunmuş 4 ha torpaq sahəsindən çəkdiyi xərclər nəticəsində onun xərclədiyi 415843,50 manat həcmində olan maddi zərərin ona ödənilməsinə dair və ya çəkdiyi xərcin əvəzlənməsi məqsədi ilə torpaq sahəsinin daha 3 il müddətinə onun istifadəsinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan həmin işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Hətta iddia ərizəsinə əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(045)-1200/2024 nömrəli qərardadından görünür ki, iddiaçı qeyd edilən tələblə əvvəlcə Goranboy Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən iddia ərizəsi kommersiya mübahisəsi olması səbəbindən geri qaytarılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğuna görə həmin işin aidiyyəti Kommersiya Məhkəməsinə aiddir və buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı işə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu Bələdiyyəsinə qarşı “müqavilədən irəli gələn vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə İddiaçı geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Goranboy rayonu Xoylu Bələdiyyəsinə qarşı “müqavilədən irəli gələn vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş bütün sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(125)-4153/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4153/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver