Məhkəmə qərarları › İş №e-2(125)-4188/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4188/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4188/2023 24.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 418,62 manat məbləğində pulun və 30,4 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, 350730/20201124 nömrəli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilmiş və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.9-cu və 3.11-ci bəndlərini pоzmuşdur. Belə ki, kart vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 418,62 manat məbləğində müxtəlif əməliyyatlar aparılmışdır. Həmin ərəfələrdə ölkə ərazisində AzəriCard əməliyyat sistemində texniki xətalar olduğundan həmin tarixlərdə aparılan əməliyyatlar bankın sistemində 3-5 gün ərzində əks olunmuşdur. Məsələn: xx.xx.2021-ci il tarixdə aparılmış əməliyyat AzəriCard sistemində xx.xx.2021-ci il tarixdə, bankın sistemində isə xx.xx.2021ci il tarixdə əks olunmuşdur. Həmçinin, xəta nəticəsində online və terminal vasitəsi ilə edilən ödənişlərdə AzəriCard sistemi ilə əlaqə olmadığından balansda pul vəsaiti mövcud olmasa da, ödənişlər qəbul olunmuşdur. Odur ki, texniki xəta nəticəsində itmiş əlaqə yarananadək borclu tərəfindən müxtəlif əməliyyatlar aparılmışdır. Sonradan məlumatlar yenilənən günü kart hesabında kifayət qədər pul vəsaiti olmadığına görə borclu tərəfindən edilmiş əməliyyatların silinməsi bank hesabından aparılmış və bu səbəbdən də 418,62 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq hesaba mədaxil edilmiş məbləğdən artıq ödənişləri etmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, qeyd edilən məbləği Banka ödəməmişdir. 11 may 2023-cü il tarixinə cavabdehin xx.xx.2020-ci il tarixli, 350730/20201124 nömrəli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 418,62 manat məbləğində bоrcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarışlar işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Bank ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 350730/20201124 nömrəli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş saziş bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan cavabdehə açılmış AZ93AZEN******************** nömrəli plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri Banka ödənilməsini öhdəsinə götürür. Həmin müqavilədən görünür ki, bank cavabdehə cari hesab açmış və aparılması, ödəniş kartlarının təqdim edilməsi, əmanətlərin qəbul edilməsi, depozit seyfinin icarəyə verilməsi - qeyri-bank xidmətlərinin göstərilməsini təşkil etmişdir. Müqavilənin 3.9-cu bəndində göstərilmişdir ki, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən müştərinin hesabından akseptsiz qaydada silinir. Müqavilənin 3.11-ci bəndində isə nəzərdə tutulmuşdur ki, overdraft baş verdiyi və müştərinin hesabında və ya sığorta depizitində kifayət qədər vəsait olmadığı təqdirdə müştəri yaranmış borcu dərhal banka ödəməlidir. Odur ki, qeyri-bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin 7.4.1-ci və 7.4.5-ci maddələrinə əsasən bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatların uçotunu aparmaq, etdiyi əməliyyatları daim nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini müştəri öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 11 may 2023-cü il tarixə AZ93AZEN******************** saylı hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 418,62 manat borcu mövcuddur. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür (maddə 954.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı cavabdehə cari hesab açmış və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün qeyri-bank xidmətlərinin göstərilməsini təşkil etmişdir. Belə ki, kart vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 418,62 manat məbləğində müxtəlif əməliyyatlar aparılmışdır. Həmin ərəfələrdə AzəriCard əməliyyat sistemində texniki xətalar olduğundan həmin tarixlərdə aparılan əməliyyatlar bankın sistemində 3-5 gün ərzində əks olunmuşdur. Həmçinin, xəta nəticəsində online və terminal vasitəsi ilə edilən ödənişlərdə AzəriCard sistemi ilə əlaqə olmadığından balansda pul vəsaiti mövcud olmasa da, ödənişlər qəbul olunmuşdur. Odur ki, texniki xəta nəticəsində itmiş əlaqə yarananadək borclu tərəfindən müxtəlif əməliyyatlar aparılmışdır. Sonradan məlumatlar yenilənən günü kart hesabında kifayət qədər pul vəsaiti olmadığına görə borclu tərəfindən edilmiş əməliyyatların silinməsi bank hesabından aparılmış və bu səbəbdən də 418,62 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq hesaba mədaxil edilmiş məbləğdən artıq ödənişləri etmişdir. Beləliklə, cavabdehin 418,62 manat overdraft borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı haqlı olaraq müqavilə üzrə yaranmış overdraft borcunun tutulması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Ona görə də, 418,62 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,4 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 418,62 manat (dörd yüz on səkkiz manat altmış iki qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat (otuz manat qırx qəpik) pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar