Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4200/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdeh Xəlilova (Əhmədova) Xanım Əsəd qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair ilk iddiasına və Cavabdeh İddiaçı qarşı “cehiz əşyaları” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili və cavabdeh tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xəlilova (Əhmədova) Xanım Əsəd qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəlilova (Əhmədova) Xanım Əsəd qızına məxsus adları siyahıda qeyd edilən cehiz əşyalarının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək İddiaçı qarşılıqlı iddia ərizəsində göstərilən cehiz əşyalarının naturada özlərinin, bu mümkün olmadıqda isə onların dəyərinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 170 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili yazılı vəsatət təqdim edərək mülki işə baxılmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, əlavə etdi ki, tərəflər arasında mübahisə həll olunub, sözügedən cehiz əşyaları mənzildən çıxarılıb. Bundan başqa, cavabdehin qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə vəsatətinin təmin edilməsinə də etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Həmçinin, ilk iddia üzrə iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatətinin təmin edilməsinə etirazının olmadığını, hazırda ilk iddia üzrə iddiaçı ilə qarşılıqlı razılığa gəldiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş edərək tərəflər arasında qarşılıqlı razılaşma əldə olunduğunu bildirdi. Məhkəmə, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehi və onun nümayəndəsi və vəkilini dinləyib, tərəflərin ərizələrini (vəsatətlərini) nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatətlər təmin olunmalı, ilk və qarşılıqlı iddia ərizələri və onlara əlavə edilmiş sənədlər tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Bundan başqa, MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı və cavabdeh tərəfindən ödənilmiş müvafiq olaraq 100 manat (ödənilmə tarixi: xx.xx.2024, qəbz nömrəsi: **********) və 169 manat (tarix: xx.xx.2024; əməliyyat İD:542687106; qəbzin nömrəsi:14748; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət rüsumu dövlət büdcəsindən ilk iddia üzrə İddiaçı və Cavabdeh qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlk iddia üzrə İddiaçı cavabdeh Xəlilova (Əhmədova) Xanım Əsəd qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “cehiz əşyaları” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müvafiq olaraq tərəflərə geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat (ödənilmə tarixi: xx.xx.2024, qəbz nömrəsi: **********) və 169 (bir yüz altmış doqquz) manat (tarix: xx.xx.2024; əməliyyat İD:542687106; qəbzin nömrəsi:14748; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət rüsumu dövlət büdcəsindən müvafiq olaraq ilk iddia üzrə İddiaçı və Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-4200/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4200/2024
15.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver