Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-441/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, 29-K nömrəli əmrin ləğv olunmasını, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 30 ildən çoxdur Cavabdehndə tibb bacısı işləmişdir. xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-658/2023 saylı məktubu ilə sertifikasiyadan keçməsini nəzərə alaraq tibb bacısı işində işləməsinin 1 (bir) il müddətinə uzadılmasına etiraz edilməmişdir. Həmin məktub əsasında xx.xx.2023-cü il tarixindən 1 (bir) il müddətinə onunla əmək müqaviləsi bağlamışlar. Müəssisə bağlı olduğundan işə getməmişdirlər. xx.xx.2023-cü il tarixdə əmək haqqı kartını salaraq pul çəkmək istədikdə kartında pul olmadığını görmüşdür. Düşünmüşdür ki, yəqin gecikmə olub. xx.xx.2023-cü il tarixdə bilmişdir ki, onu işdən çıxarmışdırlar. xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması göstərilmşdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona 5 il müddətində Azərbaycan Respublikasının ərazisində tibb bacısı fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmişdir. Sertifikasiyadan keçərkən 65 yaşının içərisində olmuşdur. xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş və onunla 1 (bir) il müddətinə yenidən əmək müqaviləsi bağlanılmışdır. Onunla bağlanılmış əmək müqaviləsinin 1 (bir) il müddətinə uzadılmasının hüquqi əsası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-658/2023 saylı məktubu olmuşdur. Həmin məktubda göstərilir ki, tibb bacısı İddiaçı sertifikasiyadan keçməsini nəzərə alaraq çalışma müddətinin 1 (bir) il müddətinə uzadılmasına etiraz edilmir. Onun əmək müqaviləsinin 1 (bir) il müddətinə uzadılması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məktubu cavabdeh orqan ünvanlamışdır. Çox təəssüflər olsun ki, əmək müqaviləsinin bitməsinə 6 (altı) ay qalmış, bir tərəfli qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu günədək onun əmək kitabçasını verməmişdirlər. Deyə bilərlər ki, işçi özü əmək kitabçasını götürmür. Bu zaman onun poçt ünvanına əmək kitabçasının göndərilməsi işəgötürənin borcudur. Qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesindən keçmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya zamanı mediator cavabdeh orqanın nümayəndəsindən əmək müqaviləsini istəmişdir. O, isə əmək müqaviləsi mediatora verməkdən imtina etmişdir. Hal-hazırda araşdırılası məsələ onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin tədqiq edilməsidir. Çünki, həmin müqavilə ilə hər şey açıq-aşkar olacaqdır. İşdən çıxarılması qanunsuz və əsassızdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun çıxış edərək göstərmişdir ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu olmuşdur. Həmin məktubda İddiaçı sertifikasiyadan keçməsi nəzərə alınaraq çalışma müddətinin 1 (bir) il müddətinə uzadılmasına etiraz edilmədiyi halda cavabdeh çalışma müddətini 6 ay müddətinə uzatmış, bununla yanaşı hər hansı bir müqavilə bağlanmamış və əmrin surəti iddiaçıya verilməmişdir. İddiaçı işlədiyi həmin 6 ay müddətində əmək haqqını almışdır.Eyni zamanda əmr 10 gün tez verilmiş, Əmək Məcəlləsinin «e» bəndi ilə deyil «a» bəndi ilə verilməli idi. Ona görə hesab edirlər ki əmr qanunsuz verildiyi üçün ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 65 yaşı tamam olduqdan sonra sertifikasiyadan keçdiyinə görə əmək müqaviləsinin müddəti 6 ay uzadılmış, xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. Həmin 6 ay müddətində isə əmək haqqı almışdır. Həmçinin iddiaçı hüquqlarının pozulmasını xx.xx.2023-cü il tarixində bildiyini göstərsə də, məhkəməyə 1 ay keçdikdən sonra müraciət etmişdir. Hesab edir ki, iş üzrə iddia tələbi iddia müddəti ötürülməklə irəli sürülmüşdür. İddia tələbinin əsassız olduğunu qeyd edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Əmək kitabçasının 7-ci səhifəsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Körpələr evinə 1.0 ştat vahidi ilə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. AT 076278 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, istehsalat zərurəti və sertifikasiyadan keçdiyi nəzərə alınaraq tibb bacısı İddiaçı çalışma müddətinin 1 il uzadılmasına etiraz edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2-K nömrəli əmrindən görünür ki, İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən 6 ay xx.xx.2023-cü ilədək uzadılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 28-K nömrəli əmrdən görünür ki, Gəncə Şəhər Körpələr X1 tibb bacısı İddiaçı ilə bağlanmış xxxxxxx00030 nömrəli əmək müqaviləsinə İddiaçı ərizəsi və son yaş həddinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən 6 ay xx.xx.2023-cü ilədək uzadılmış və xx.xx.2023-cü il tarixdə çalışmanın yaş həddinə çatdığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia etmişdir ki, əmək müqaviləsinin müddəti 1 il müddətinə uzadılmalı olduğu halda 6 ay müddətinə uzadılmış cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin normaları düzgün tətbiq edilməyərək əsassız olaraq birtərəfli qaydada işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış içşisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsinə işçinin çalışmanın yaş həddinə çatması ilə bağlı qanunamüvafiq qaydada xitam verilmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən çalışma müddətinin 1 il müddətinə uzadılmasını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-441/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-441/2024
16.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver