Məhkəmə qərarları › İş №e-2(125)-4530/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4530/2023

25.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4530/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçının Cavabdeh1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ilə Cavabdeh1 arasında 18.*9.2*12-ci il tarixdə, Cavabdeh2ndə 576 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək iddiaçı ilə X8 arasında 28.*4.1994-cü il tarixində nikahın pozulmasının və X8 ilə Cavabdeh1 arasında 18.*9.2*12-ci il tarixdə, Cavabdeh2ndə 576 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-453*/2*23 nömrəli, 25.*9.2*23-cü il tarixli qərardadı ilə hazırkı mülki işin icraatına İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “nikahın pozulmasının etibarsızlığı” tələbinə dair hissəsində xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X8 ilə xx.xx.1988-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur, birgə nikahdan *7.*9.1991-ci il tarixdə X3 doğulmuşdur. İlqar Əliməmmədov ondan xəbərsiz 28.*4.1994-cü il tarixdə nikahlarını birtərəfli qaydada pozdurmuşdur. Belə ki, Cavabdeh2 17.*5.2*23-cü il tarixli, 3-16-5/8-16-268/2*23 nömrəli məktubunda göstərilir ki, iddiaçı ilə X8 arasında xx.xx.1988-ci il tarixdə Cavabdeh2ndə qeydə alınmış nikah 28.*4.1994-cü il tarixdə tərəflərin razılığına əsasən pozulmuşdur. Həmin nikahın Qeydiyyat şöbəsində pozulması qanunsuz və əsassızdır. Birincisi, tərəflər arasında nikah pozularkən onların yetkinlik yaşına çatmayan sağlamlıq imkanları məhdud olan uşağı olmuşdur. İkincisi, nikah pozularkən iddiaçı orada iştirak etməmiş və nikahın pozulması ilə əlaqədar onun hər hansı razılığı olmamışdır. Sadaladıqları hallar birmənalı şəkildə təsdiq edir ki, nikahın pozulması Nikah və Ailə Məcəlləsinin tələblərinin kobud pozulması ilə baş verdiyindən iddiaçı ilə X8 arasında olan nikah etibarlıdır və həmin nikahın etibarlı olması maraqlı bir məqamı ortaya çıxarır. Həmin məqam isə ondan ibarətdir ki, X8 ilə cavabdeh arasında 18.*9.2*12-ci il tarixdə bağlanmış nikah etibarsızdır. Bu günkü vaxt cavabdeh iddiaçının birinci qrup əlil övladının haqqına giribdir. Belə ki, X8 3*.*3.2*15-ci il tarixdə vəfat etdikdən 7 il sonra mülkiyyət hüququ ilə mərhuma məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Mirzağa Əliyev küçəsi, 1-ci döngə, 1 nömrəli evlə bağlı cavabdeh və onun övladı X7 2*22-ci ilin aprel ayında qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq hər birinə 1/2 hissədə pay alıblar. Dəfələrlə cavabdehə iddiaçı özü və digər şəxslər vasitəsilə bildirmişdir ki, “gəl Süleymanın haqqına girmə, İlqarın sənəd üzrə övladı vardır. Əmlak övladlar arasında bərabər bölünsün”. O, isə iddiaçını və ona müraciət edən şəxsləri aldatmış və telefon zənglərini qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək izahatında bildirdi ki, 1994-cü ildə yetkinlik yaşına çatmayan uşaqları – 1991-ci il təvəllüdlü X3 olmasına baxmayaraq iddiaçının iştirakı olmadan sözügedən nikaha birtərəfli qaydada xitam verilibdir. İlqar Əliməmmədov 2*15-ci ildə ölüb, iddiaçı, İlqar Əliməmmədovun cavabdehlə faktiki ər-arvad münasibətlərinin olduğunu bilsə də, nikahlarının rəsmi qeydə alındığından xəbəri olmayıbdır. Həmçinin, İlqar Əliməmmədovun iddiaçı ilə nikahından olan iki övladı İlqar Əliməmmədovun vərəsəsi olmasına baxmayaraq onlar vərəsəlik zamanı gizlədilibdir. Uşaqların birinə atalıq verilməyib, ancaq onun DNK analizi var. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələblərinə etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, iddia tələbini qəbul etmir, 1994-cü ildə olan boşanmanın ona aidiyyəti yoxdur, İlqar Əliməmmədovla rəsmi nikaha daxil olan zaman o, evli olmamışdır. Onun bildiyinə görə iddiaçı ilə İlqarın nikahı pozulmuşdur və İlqarın nikahın pozulması haqqında şəhadətnaməsi olmuşdur. O, İlqarla 2*11-ci ildə evlənmişlər və nikahlarını 2*12-ci ildə rəsmiləşdirmişlər. Onun bildiyinə görə iddiaçı başqa şəxslə Moskvada rəsmi nikaha daxil olmuşdur, sonra isə İlqar Əliməmmədovla nikah bağlamış, 2*1*-cu ildə yenidən ayrılmışlar. İddiaçının qızı isə ailə qurduğu rus vətəndaşının soyadını daşıyır. Hesab edir ki, özünün İlqarla olan nikahı qanunidir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İş materiallarında olan 3-16-5/8-15-Ə-2122-/2*23 nömrəli, 18 may 2*23-cü il tarixli arayışa görə X8 və X1 arasında 13 noyabr 1988-ci il tarixdə nikah haqqında 66* nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əliməmmədov, arvada Əliməmmədova soyadı verilmişdir. Qeyd edilən şəxslərin nikahı 28.*4.1994-cü il tarixdə 82 saylı akt qeydi ilə Cavabdeh2ndə pozulmuşdur. 3-16-5/8-7*-Ə-2123/2*23 nömrəli, 18 may 2*23-cü il tarixli arayışa görə X8 və İddiaçının arasında olan nikahın pozulması haqqında 28.*4.1994-cü il tarixdə 82 saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra ərə Əliməmmədov, arvada Əliməmmədova soyadı verilmişdir. 3-16-5/7-7*-B-2166/2*23 nömrəli, 23 may 2*23-cü il tarixli arayışa görə X8 və Cavabdeh1 arasında nikah haqqında 18 sentyabr 2*12-ci il tarixdə 576 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əliməmmədov, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnaməsindən məlum olur ki, *7.*9.1994-cü il təvəllüdlü X2 atası X8, anası İddiaçıdır. Cavabdeh2 *5/*9İS/114393-23 nömrəli, 24.*5.2*23-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 dair yoxlama 24.*5.2*23-cü ilədək aparılmış, arvadı kimi Cavabdeh1, oğlu kimi X3 və X7 aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlili nikahın etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 1*-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 1*-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.7-ci maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmamışdır. Digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *2.11.2*1*-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, mərhum X8 ilə cavabdeh əvvəlcə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını 18.*9.2*12-ci il tarixdə, Cavabdeh2ndə 576 nömrə ilə qeydə alınmış akt qeydi ilə rəsmiləşdirmişlər. İddiaçı isə həmin nikahın qeydə alındığı vaxtdan 1* il 8 ay müddət keçdikdən sonra özü ilə mərhum X4 nikahının qanunla müəyyən edilmiş qaydada pozulmamasına əsaslanaraq cavabdehin nikahının etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, mərhum X8 ilə cavabdeh arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır və bu halın mövcudluğu iddiaçı tərəfindən də inkar edilməmişdir. İşin şərh edilən faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, nikaha daxil olarkən mərhum X4 və cavabdehin ailə qurmaq niyyətləri olmuş, onlar ailə qurmaq niyyətlərini 18.*9.2*12-ci il tarixdə rəsmi nikaha daxil olmaqla bildirmiş, bu zaman mərhum X8 başqa hər hansı şəxslə nikahda olmamışdır. İşin müəyyən edilmiş digər halı ondan ibarətdir ki, iddiaçı ilə mərhum X8 arasında olan nikah 28.*4.1994-cü il tarixində pozulmuşdur. İddiaçı yeganə dəlil kimi həmin nikah pozularkən qanunvericiliyin tələblərinin pozulmasına istinad etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, dövlət reyestrində qeydə alınmış sözügedən nikahın pozulması qeydi hər hansı orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 357, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçının Cavabdeh1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar