Məhkəmə qərarları › İş №e-2(125)-4727/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4727/2024

09.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4727/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı məcburi mənzildən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məcburi mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (əşyaları ilə birgə) mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında olan fərdi ev xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Onun himayəsində iki oğlu var. Bu il Rüstəm ali məktəbə hazırlaşır, buna görə də, o, müxtəlif fənlərdən hazırlıqlara gedir və onun təhsil xərcləri artıb. Bu səbəbdən o, övladlarının gələcəyi və təhsili üçün qeyd etdiyi daşınmaz əmlakı satmaq istəyir. Lakin, hal-hazırda həmin evdə bibisi Cavabdeh yaşayır, o, onun evinin satılmasına razılıq vermir və mülkiyyət hüququnu məhdudlaşdırır. Bibisi Cavabdeh qeyd etdiyi evdə yaşamaq üçün bir neçə il əvvəl hələ atası sağkən X6 müvəqqəti icazə almışdır, ancaq bibisi Aybəniz aldığı müvəqqəti icazədən sui-istifadə edərək evdən çıxmamışdır. Dəfələrlə bibisi Aybənizlə görüşərək mümkün qədər tez şəkildə evdən çıxmasını, əşyalarını götürməsini xahiş etmişdir. Evin satışından əldə ediləcək vəsaiti övladlarının təhsil xərclərinə sərf edəcəyini bildirmişdir. Hətta onun da övladları olduğundan onu bibisi kimi başa düşəcəyini düşündüyündən evdən çıxmasına nə qədər vaxt lazım olduğunu soruşmuşdur. Ancaq o onun xahişlərinə məhəl qoymamışdır. Əlavə olaraq bildirmişdir ki, bibisi Aybənizin həmin evdən istifadə hüququ yoxdur, o həmin evdə qeydiyyatda da deyil, bu fakt iddia ərizəsinə əlavə etdiyi 04 iyun 2024-cü il tarixli AR DİN-in BPQMİ-nin MAPS şöbəsindən əldə edilmiş arayışla təsdiq edilir. Cavabdeh adına ev də var, həmçinin onun yetkinlik yaşına çatmış övladları vardır, bu səbəbdən o məhkəmə qaydasında evdən çıxarıldığı zaman evsiz qalmayacaqdır. Əlavə olaraq bildirmişdir ki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan ev nənəsi X2 məxsus olmuş, notarial qaydada təsdiq edilmiş 22 may 2014-cü il tarixli “Bəxşeyiş müqaviləsi” əsasında evi nənəsi X4na bağışlamışdır. Bu müqavilə Gəncə şəhər “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş və 4Ə-06-1558 nömrəli reyestrdə qeydiyyata alınmışdır. Bu bağışlama müqaviləsinin bağlanmasına Cavabdeh və digər övladlar etiraz etməmişlər. X4 həmin müqavilə əsasında evə dair çıxarış almış, evin mülkiyyətçisi kimi qeydə alınmışdır. Lakin uzunmüddətli xəstəlikdən sonra xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mülkiyyətində olan daşınmaz əmlak onun birinci dərəcəli olan vərəsələrinə, yəni övladları olan ona, bacısı X9 və həyat yoldaşı olan anası X3 miras qalmışdır. İddia ərizəsinə əlavə etdiyi 06 mart 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras əmlak hesab edilən evə tam hissədə pay almışdır, ailə üzvləri evin onun mülkiyyətinə keçməsinə etiraz etməmişlər. Beləliklə, o, həmin miras əmlakdan tam hissədə pay almışdır. Həmçinin, qeyd etmək istəyir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli Arayışa əsasən ünvan 1 ünvanında heç bir şəxs qeydiyyatda deyil. Hal-hazırda bibisi Cavabdeh könüllü surətdə evdən çıxmadığından, onu mübahisəli evdən (əşyaları ilə birgə) çıxması üçün məhkəməyə müraciət etməkdən başqa qanun vəsait və üsulu yoxdur, onun bunun üçün hüquqi əsasları da vardır. İşin hallarından görünür ki, Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün yuxarıda göstərilən şərtlərin heç birinə əməl etməmişdir. Mübahisəli daşınmaz əmlak xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Bibisi Cavabdeh istifadə hüququ olmamasına baxmayaraq evdən çıxmaması onun mülkiyyət hüququnu pozur. Cavabdeh bu şərtlərin heç birinə əməl etmədiyindən onun evdən istifadə hüququ da yoxdur. Həmçinin bibisi Cavabdeh qohumluq münasibətləri baxımından “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Bu 06 mart 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə də öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, ona X4ndan qanun üzrə vərəsəliklə keçmiş daşınmaz əmlak isə vaxtı ikən atasının mülkiyyətinə anası X1 həmin evi ona bağışlaması ilə keçmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişi üzrə icraata xitam verilməsinin nəticəsinin onlara aydın olmasını qeyd edərək barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə görə, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evindən 2024-cü ilin noyabr ayına qədər çıxmağı öhdəsinə götürür v tərəflər razılığa gəldikləri üçün iddiaçı cavabdehə qarşı irəli sürdüyü Gəncə Şəhər Məhkəməsinin icraatında baxılan “məcburi mənzildən çıxarma" tələbinə dair iddia ərizəsindən imtina edir. Bu Saziş üzrə öhdəliklər yerinə yetirildikdən sonra cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evinə dair heç bir iddiasının, tələbinin, yaxud pretenziyasının olmadığını, bundan sonra da olmayacağını bildirirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir və hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdən sonra iş üzrə icraata xitam verməlidir. Barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı məcburi mənzildən çıxarma tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 268, 269-cu maddlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı məcburi mənzildən çıxarma tələbinə dair iddiası üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evindən 2024-cü ilin noyabr ayına qədər çıxmağı öhdəsinə götürür. Tərəflər razılığa gəldikləri üçün iddiaçı cavabdehə qarşı irəli sürdüyü Gəncə Şəhər Məhkəməsinin icraatında baxılan “məcburi mənzildən çıxarma" tələbinə dair iddia ərizəsindən imtina edir. Bu Saziş üzrə öhdəliklər yerinə yetirildikdən sonra cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evinə dair heç bir iddiasının, tələbinin, yaxud pretenziyasının olmadığını, bundan sonra da olmayacağını bildirirlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı məcburi mənzildən çıxarma tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar