Məhkəmə qərarları › İş №e-2(125)-475/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-475/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-475/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” barədə ilk, Cavabdehnın İddiaçı qarşı “miras əmlaka payın müəyyən edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Babayev (Hüseynsoy) Ramin Fazil oğlundan miras qalmış Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsinə miras payının müəyyən edilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsi məhrum atası Babayev (Hüseynsoy) Ramin Fazil oğlunun adınadır. Sözügedən torpaq sahəsinin üzərində fərdi yaşayış evi olsa da, daşınmaz əmlakın dövlət reyestrində yalnız torpaq sahəsi qeydə alınmışdır. Atasının soyadı əvvəllər Hüseynov, torpağı alan vaxt Hüseynsoy olsa da, sonradan Babayev soyadına dəyişdirilmişdir. Atası 16 aprel 2023-cü il tarixində vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak onun tərəfindən idarə edilməklə faktiki qəbul edilmişdir. Belə ki, atasının sağlığından bu günə kimi sözügedən mirası o, idarə etmişdir. Lakin mirasın bölgüsü ilə atasının əvvəlki nikahından anadan olmuş ögey qardaşı, iş üzrə Cavabdeh (Qanuni nümayəndə) ilə razılığa gələ bilməməyi səbəbindən notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Bu səbəbdən də atasından qalmış miras əmlaka payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək mərhum atası Babayev (Hüseynov) Ramin Fazil oğlundan miras qalmış Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsinə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsi məhrum atası Babayev (Hüseynov) Ramin Fazil oğlunun adınadır. Atası 16 aprel 2023-cü il tarixində vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üşün o, 2 saylı Gəncə Reqional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət etsə də, digər vərəsələrlə aralarında mübahisə olması səbəbi ilə ona imtina edilmişdir. Ona görə də, atasından qalmış miras əmlaka payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ilk və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi ilk və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin təmsilçilərini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfdən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsini qəbul edir və Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh miras payının müəyyən edilməsinə etiraz etmirlər. İş materiallarında olan cavabdeh tərəfdən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsini qəbul edir və Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı miras payının müəyyən edilməsinə etiraz etmirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuşdur. X1, anası X3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş-X7 adına 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəsələrdən ünvan 1 ünvanında qeydiyyatda olan oğlu- Cavabdeh və ünvan 2 ünvanında qeydiyyatda olan qızı-İddiaçı vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X4 məxsusdur. İş materiallarında olan 2 sayli Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X5 doğum haqqında xx.xx.1977-ci ildə Gəncə şəhər Qeydiyyat şöbəsində tərtib olunmuş 3191 nömrəli akt qeydində onun soyadının “ev” sonluğu AR Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 nömrəli qərarına əsasən “Hüseynsoy” ifadə forması ilə əvəz olunması ilə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2006-cı ildə Gəncə şəhərində doğulmuşdur. X1, anası Qanuni nümayəndədır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “arayışın verilməsi barədə” məktubunun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0187 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2021 -ci il tarixli, **********35 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X5 adınadır. Hüseynov (Bayramov) Ramin Fazil oğlunun adına yuxarıda qeyd edilən daşınmaz əmlakdan başqa daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışının surətindən görünür ki, X8 ilə X2 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra ərə Babayev soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdən X7 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. X11 xx.xx.2023-ci il tarixdə ölmüş və miras qoyanın ölümü nəticəsində mirasın açılması nəticəsində onun öldüyü məqamda sağ olmuş birinci növbə vərəsələri olan iddiaçının və cavabdehin vərəsəlik hüququ yaranmışdır. Hazırkı iş üzrə tərəflər miras qalmış mübahisəli mənzilə paylarının müəyyən olunmasını xahiş etmiş, ilk və qarşılıqlı iddiaları etiraf edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflərin iddianı etirafı qəbul edilməli, ilk və qarşılıqlı iddia təmin edilərək, iddiaçının və cavabdehin hər birinin Babayev (Hüseynsoy) Ramin Fazil oğlundan miras qalmış Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsinə 1/2 hissədə payının olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk və qarşılıqlı iddia təmin edilsin. xx.xx.2023-cü ildə ölmüş X6 miras qalmış Gəncə şəhəri, Ağabacı Rzayeva küçəsində yerləşən 0.0187 ha torpaq sahəsində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar