Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4890/2023 13.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçınınn nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Abbas qızı və Cavabdeh1a Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 14, mənzil 23 ünvanda yerləşən mənzilə olan istifadə hüququqlarına hər birinə 4000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi, həmin evdən cavabdehlərin çıxarılmaları,cavabdehlərə məxsus əşyaların çıxarılması və mənzilin boşaldılması, Cavabdeh3 ünvan 1, mənzil 23 ünvanda yerləşən mənzilə olan istifadə hüququqa kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İGddiaçı İddiaçı oğlu ilə Cavabdeh2 12 mart 2002ci il tarixdə nikahlarını Gəncə şəhəri Nikah Evində qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxx 2002-ci il tarixdə Nuranə, xx xxx 2005-ci il tarixdə Elvira və 10 yanvar 2010- cu il tarixdə Süleyman adlı övladları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli 2(043)-101/2018 saylı qətnaməsi ilə tərəNlər arasında 12 mart 2002-ci il tarixdə bağlanmış nikah pozulmuşdur, nikah pozulduqdan sonra xx xxxx 2002-ci il tarixdə doğulmuş Nuranə, xx xxx 2005-ci il tarixdə doğulmuş Elvira və 10 yanvar 2010-cu il tarixdə doğulmuş Süleyman analarının yanında saxlanılmışlar. Nikah pozulduqdan sonra tərəNlərin razılaşmasına görə 10 yanvar 2010-cu il tarixdə doğulmuş Süleyman iddiaçının himayəsində qaldı. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(1250-163/2023 saylı qətnaməsi ilə 10 yanvar 2010-cu il təvəllüdlüAbbasov Süleyman Elmir oğlunun iddiaçı (atası) İddiaçı himayəsində (yanında) saxlanılması qət edilmişdir. Beləliklə, iddiaçının xüsusi mülkiyyətində olan Gəncə Şəhəri Kəpəz rayonu, 3-cü mikrorayon, 14 saylı evin 23 saylı mənzilində iddiaçı ilə cavabdehlərin birgə yaşaması mümkün olmadığından iddiaçıcavabdehlər Cavabdeh2 və Cavabdeh1 müəyyən kompensasiya verilməklə istifadə hüququnun xitam verilməsini istəyir. İGddiaçının deməsinə görə cavabdehlər uzun müddətdir kommunal borclara görə həmin evdə yox, Gəncə şəhəri 4-cü mikrorayonda Cavabdeh2 anası evində qalırlar. İGddiaçı ilə cavabdehlər istifadə hüququnun əvəzinə müəyyən kompensasiya verilməsi barədə razılığa gələ bilmirlər. Bu səbəbdən də iddiaçı cavabdehlərə kompensasiya verilməklə onların istifadə hüququna xitam verilməsini, cavabdehlərə məxsus əşyaların iddiaçıya məxsus evdən çıxarılmasını və cavabdehlərin mənzildən çıxarılmalarını istəyir. Əlavə olaraq qeyd edirəm ki, iddiaçının mülliyyətində olan mənzil iki yaşayış otağından ibarətdir, mənzil təmirsizdir, mənzilin bazar dəyəri 30000 (otuz min) manat təşkil edir Məhkəmə iclasında iddiaçının təmsilçisi Cavabdeh3 qarşı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 yazılı qaydada hazırkı iş üzrə iddianı tam qəbul etdiyini bildirmişdir. Məhkəmə, iddiaçının təmsilçisini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4890/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış”ın surətindən görünür ki, ünvan 1, mənzil 23 yerləşən mənzil, İddiaçı adına xx.xx.2011-ci il tarixdən tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-101/2018 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında 12 mart 2002-ci il tarixdə Gəncə şəhəri Nikah evi tərəfindən 73 akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2010-cu il təvəllüdlü X1 anaları Cavabdeh2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 163/2023 saylı qətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müətxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin aylıq kirayə haqqı 180 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 21,08.1992-ci il tarixli, 1218 nömrəli Sərəncamına əsasən X3 adına qeydiyyata alınmış və ona xx.xx.1992-ci il tarixli, 7554 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2011 -ci il tarixli, 4Ə-4-554 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil İddiaçı bağışlanmış, ona xx.xx.2011 -ci il tarixli, **********38-05101-093041 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3 ünvanında yerləşən 23 saylı mənzil ümumi sahəsi 50.7 kv.m, yaşayış sahəsi 34.6 kv.m olan iki yaşayış otağından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırkı iş üzrə Cavabdeh3 yazılı qaydada iddianı qəbul etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 özünə qarşı yönələn hissədə etiraf edərək iddia tələbini qəbul etdiyindən və bu barədə məhkəməyə yazılı izahat verdiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın Cavabdeh3 tərəfindən etirafı qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 14, mənzil 23 ünvanda yerləşən mənzilə olan istifadə hüququqa kompensasiya ödənilmədən xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməklə həmin cavabdehlərə qarşı tələbə dair hissədə iş üzrə icraata xitam verildiyi üçün, iddia qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə olan istifadə hüququqa kompensasiya ödənilmədən xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4890/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4890/2023
13.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver