Məhkəmə qərarları › İş №e-2(125)-4893/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4893/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4893/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44500 manat pulun, 224 manat dövlət rüsumu, cəmi 44724 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X16 və İddiaçı cavabdehlər X17, X5, X6, X13, Göygöl rayon notariat kontoru, Gəncə şəhəri 5 saylı notariat kontoru, Gəncə “Asan xidmət” mərkəzində notariat kontoru, müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olmuş 1,10 ha. torpaq sahəsinə dair onun adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda xx.xx.2011-ci ildə bağlanmış AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin və 0,08 ha torpaq sahəsinə dair İddiaçı adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda xx.xx.2011-ci ildə bağlanmış AN-1 ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən X3 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 1,10 ha torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0,08 ha torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışların ləğv olunması, X5 ilə X13 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin X13 tərəfindən X4 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olmuş Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha torpaq sahəsinə dair onun adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair İddiaçı adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı ona vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair cavabdehlər X17 və X3 qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehlər X17 və X1 tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin vaxtlarda İddiaçı, həmçinin Gəncə Şəhər Məhkəməsində cavabdeh X9 qarşı pul tələbi ilə bağlı iddia qaldırmışdır. Bundan sonra İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti verildikdən sonra hazırki iş üzrə Cavabdeh və X2 Əhlidil Dəmir qızı ilə razılığa gəlmək ücün görüşmüşlər və mediasiya şurasına müraciət etmişdirlər. Mediasiya şurasında iddiaçı ilə X17 barışıq sazişi bağlamış və Əliyeva X8 Elşən Əhəd oğluna qarşı pul tələbi ilə bağlı qaldırdığı iddianı geri götürmüşdür. Eyni vaxtda, yəni xx.xx.2025-ci il tarixdə mediatorun iştirakı ilə hazırki iş üzrə Cavabdeh qəbz yazaraq İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətini götürməsi müqabilində, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2122/2024 saylı iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin üzərində olan məhkəmə tərəfindən qoyulan məhdudiyyətlərin götürülməsindən sonra 30 gün müddətində iddiaçıya 44500 manat pul ödəyəcəyini öz üzərinə götürmüşdür. Həmin qəbzə Cavabdeh, mediatorlar X10, Səmədova Afət, Məmmədova Rübabə imza atmışdırlar. Bundan sonra İddiaçı apellyasiya məhkəməsinə ərizə yazaraq, kassasiya şikayətini geri götürmüş, hənçinin məhkəmə tərəfindən torpaq üzərində qoyulan məhdudiyyətlərin götürülməsinə dair ərizə vermişdir. Lakin qeyd edilən məhkəmə aktları çıxandan sonra cavabdeh verdiyi sözə əməl etməmiş, iddiaçıya pul verməmişdir. Buna görə də məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, tərəflər arasında mediasiya prosesində mediatorların iştirakı ilə razılıq olmuş, həmin razılığa əsasən İddiaçı kassasiya şikayətindən imtina etməyi, həmçinin torpaq sahəsinin üzərindən həbsin götürülməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyi öz üzərinə götürmüş, bundan sonra qarşı tərəf Cavabdeh isə həmin torpaq sahəsini 1 ay ərzində satıb İddiaçı pulunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin tərəflər arasındakı razılıq baş tutmamış, İddiaçı öz öhdəliklərini yerinə yetirsə də, Cavabdeh onu aldadaraq 1 qəpik də pul verməmişdir. İddiaçı həmin kassasiya şikayətinin tərtib edilməsi üçün 300 manatdan çox xərc çəkməsinə baxmayaraq, razılığa əməl edərək, şikayətindən imtina etmişdir. Bundan başqa tərəflər arasında keçirilən məhkəmə prosesi zamanı razılıq olmuş, cavabdeh iddiaçıya 50000 manat pul vermiş, iddiaçı da qəbul etmiş, elə zənn etmişdir ki, geri qalan pulu da ödəyəcəkdir. Cavabdeh başqa ödəniş etmədiyinə görə yenidən münasibətləri pozulmuş, iddiaçının oğlu həmin 50000 manat pulu xərclədiyinə görə iddiaçı məcbur olub 110000 manata aldığı evi 80000 manata satıb, cavabdehin verdiyi 50000 manat pulu məhkəmə zalında cavabdehə geri qaytarmış, bundan sonra məhkəmə baxışı davam etdirilərək, qətnamə çıxarılmışdır. Lakin sonradan cavabdehin yenə də iddiaçını aldatdığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X16 və İddiaçı cavabdehlər X17, X5, X6, X13, Cavabdeh, Göygöl rayon notariat kontoru, Gəncə şəhəri 5 saylı notariat kontoru, Gəncə şəhəri 6 saylı notariat kontoru, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olmuş, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha. torpaq sahəsinə dair onun adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha. torpaq sahəsinə dair İddiaçı adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və İddiaçı ona vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair cavabdehlər X17 və X3 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun izah olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 2122/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən, həmçinin cavabdehlər X17 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə mediasiyada təsdiqlənmiş razılaşmadan görünür ki, Cavabdeh İddiaçı məhkəmə qətnaməsi çıxarılandan sonra 30 gün müddətində 44500 manat pul verməyi öz üzərinə götürmüş, həmin razılaşmanı İddiaçı, X11, X18, X7 və Cavabdeh imzalayaraq təsdiq etmişdirlər. İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, tərəflər barışıq əldə etdiyinə görə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2122/2024 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdirlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 2122/2024 nömrəli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2122/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə verdiyi kassasiya şikayətindən imtina etdiyi üçün kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçılar X16 və İddiaçı cavabdehlər X17, X5, X6, X13, Cavabdeh, Göygöl rayon notariat kontoru, Gəncə şəhəri 5 saylı notariat kontoru, Gəncə şəhəri 6 saylı notariat kontoru, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olmuş, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha. torpaq sahəsinə dair onun adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha. torpaq sahəsinə dair İddiaçı adından X17 ilə X5 arasında Göygöl rayon notariat kontorunda xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə yəni Cavabdeh münasibətdə təmin edilməmişdir. İddiaçı tərəfindən və eyni zamanda cavabdehlər X17 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2122/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2122/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin geri götürməsi və mübahisə predmeti olan torpaq sahəsinin üzərində olan məhdudiyyətin götürülməsi barədə onun tərəfindən ərizə verilməsi üçün cavabdehlə aralarında yazılı saziş bağlanaraq cavabdeh ona 45000 manat ödəməyi öhdəsinə götürmüş, onun tərəfindən sazişə əməl olunduqdan sonra cavabdeh pulu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı razılaşma olmuş, cavabdeh razılaşmaya əsasən 45000 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda iddiaçı cavabdehdən həmin məbləğdə bulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 44500 (qırx dörd min beş yüz) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 224 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 44500 (qırx dörd min beş yüz) manat pul və dövlət rüsumunun əvəzi 224 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar