Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5033/2025 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılma» tələbinə dair X18 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə1 və Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: I. İddia tələbi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə ona məxsus olan Gəncə şəhəri, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsindən (reyestr nömrəsi: **********82) və onun üzərində inşa edilmiş evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. İddia tələbinin mahiyyəti: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 8(043)-418/2021 saylı qərardadına əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 fevral 2020-ci il tarixli, 2(043)-402/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarış üzrə X10 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır. Bundan sonra hərracın keçirilməsi üçün sənədlər hərrac təşkilatı olan "xxxx" MMC-yə göndərilmişdir. 14 iyun 2022-ci il tarixində keçirilən hərracda o, qalib gələrək həmin torpaq sahəsini almış və bu barədə 14 iyun 2022-ci il tarixli, 84/22 saylı hərracın yekunları barədə protokol tərtib olunmuşdur. Hərracda qalib gəldikdən sonra həmin protokolu və qanunvericiliklə müəyyən edilmiş digər sənədləri cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə müraciət etsə də məlum oldu ki, həmin torpaq sahəsi Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 31 oktyabr 2014-cü il tarixli, 4Ə-3533 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən X14 tərəfindən X1. Ona görə də bu barədə məlumat aldıqdan sonra sözügedən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə prosesinin gedişi zamanı X7 ilə onun arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə tərəfindən ona 26000 manat pul ödənilmiş, o isə iddianı etiraf etmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2(125)-312/2025 saylı qətnaməsinə əsasən qeyd edilən alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən hərracın yekunları barədə protokolu və qanunvericiliklə müəyyən edilmiş digər sənədləri yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətinə imtina edilərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan inventarizasiya işlərinin aparılmasına şərait yaradılmadığı bildirilmişdir. Belə ki, hazırda Cavabdeh əsassız olaraq sözügedən torpaq sahəsində və onun üzərində yerləşən evdə inventarizasiya işlərinin aparılmasına maneçilik törətmişdir. Halbuki, məhz onun iştirakı və razılığı ilə torpaq sahəsi üzərində yerləşən evlə birlikdə 2 dəfə ayrı-ayrı şəxslərə satılmış, nəticədə Cavabdeh torpaq sahəsi və evlə bağlı hər hansı bir hüququ qalmamışdır. Ona görə də cavabdehin ona məxsus olan torpaq sahəsindən və onun üzərində inşa edilmiş evdən çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İİİ. Məhkəmə icraatı iştirakçıları: İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbində qeyd olunanlara uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(043)-402/2020 nömrəli qətnaməsinə əsasən X14 və Cavabdeh müştərək qaydada 99500 manat pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və icra sənədinin icrasının könüllü təmin olunması məqsədilə müddət verilsə də tələb könüllü icra edilməmişdir. Bundan sonra borclu X8 adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Ona görə də icra məmuru həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 8(043)-402/2020 nömrəli qərardadına əsasən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(043)-402/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarış üzrə X10 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır. Bundan sonra 14 iyun 2022-ci il tarixdə həmin torpaq sahəsinin satışına dair hərrac keçirilmiş və İddiaçı hərracın qalibi olmuşdur. Həmçinin qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzi notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-3533 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bundan sonra İddiaçı Gəncə şəhəri, Avtozavod yolu (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinə və orada yerləşən 574.40 kvadratmetrdən ibarət daşınmaz əmlaka hüquqlarını reyestrdə qeydə aldırmış və ona bu barədə çıxarış verilmişdir. Hesab edir ki, mübahisə ünvan iddiaçının mülkiyyətində olduğundan Cavabdeh həmin torpaq sahəsindən və evdən çıxarılmalıdır. Həmçinin qeyd edir ki, cavabdeh icra sənədi üzrə borcunu hal-hazıra kimi ödəyib qurtara bilməmişdir. Belə ki, mübahisəli ünvan hərracda satılsa da borcun ödənilməsini tam təmin etməmişdir. Qalıq borc cavabdehin pensiyasına yönəlmişdir. Hazırda bu iş üzrə icraatın dayandırılmasını istəmir və iddia tələbi tam əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(043)-402/2020 nömrəli qətnaməsinə əsasən mərhum əri X14 və ondan müştərək qaydada 99500 manat pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir. Həmin borcun ödənilməsinin təmin olunması məqsədilə mərhum əri Musa Hüseynovun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin üzərinə məhkəmənin qərardadına əsasən həbs qoyulmuş və əmlak hərraca çıxarılaraq iddiaçıya satılmışdır. Lakin hesab edir ki, hərrac keçirilən zaman qanunsuzluğa yol verilmişdir. Ona görə də hərracın nəticələrinin ləğvi tələbinə dair məhkəmədə oğlu və qızı iddiaçıya qarşı iddia qaldırmışdır. Lakin bu iş üzrə icraatın dayandırılmasını istəmir. O, hazırda da icra sənədi üzrə borcunu ödəməkdədir və qalıq borc onun pensiyasına yönəldilmişdir. İddiaçı onların əmlakını əsassız olaraq ələ keçirmişdir. Əlavə olaraq qeyd edir ki, əri Musa Hüseynovla 1990-cı ildə boşansa da onunla faktiki ər arvad münasibətində olmuş və Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən torpaq sahəsini 1992-ci ildə alaraq sonradan orada ev tikmişlər. Hazırda o, mübahisəli evdə yaşayır. Xəstə olmaqla yaşayış yeri olmadığına görə, həmçinin qətnamə üzrə borcunu ödəyəcəyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 cavabdehin göstərdiklərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı onlara məxsus torpaq və ev sahəsini saxta sənədlər əsasında əldə etmişdir. O, hazırda iddiaçının və bu işdə əli olan şəxslər barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. X13 2016-cı ildən əvvəl borcun hissə-hissə ödənilməsinə dair onlarla razılaşdığı halda əmlak qanunsuz olaraq hərraca çıxarılaraq satılmışdır. Hazırda o, hərracın etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin bu işin icraatının dayandırılmasını istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İV. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(043)- 402/2020 nömrəli qətnaməsindən görünür ki, X14 və Cavabdeh müştərək qaydada 99500 manat pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 8(043)- 418/2021 saylı qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 fevral 2020-ci il tarixli, 2(043)-402/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarış üzrə X10 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır. - Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 84/22 saylı protokoldan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-402/2020 saylı, 08 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2022-ci il tarixli, C.S 205941/21 saylı sifarişi ilə, X10 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı, 0.0450 ha torpaq sahəsi ilkin hərracda alış qiyməti 16.000 (on altı min) manata olmaqla, İddiaçı satılmışdır. - Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin 14 iyun 2022-ci il tarixli, 1040/22 nömrəli məktubundan görünür ki, həmin tarixdə keçirilmiş hərracın nəticələri üzrə məlumat və hərrac barədə tərtib olunmuş 84/22 saylı protokol iştirakçılara, o cümlədən X14 və Cavabdeh təqdim olunmuşdur. - Gəncə Şəhər Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzi notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-3533 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. - xx.xx.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, ümumi sahəsi 574.40 kvadratmetr olan AZ 2009, ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. V. Məhkəmə iclasında müəyyən edilən hallar: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(043)- 402/2020 nömrəli qətnaməsinə əsasən X14 və Cavabdeh müştərək qaydada 99500 manat pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və icra sənədinin icrasının könüllü təmin olunması məqsədilə müddət verilsə də tələb könüllü icra edilməmişdir. Bundan sonra borclu X8 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin olması müəyyən edilmiş və icra məmuru həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 8(043)-402/2020 nömrəli qərardadına əsasən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(043)-402/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarış üzrə X10 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.0450 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır. Daha sonra 14 iyun 2022ci il tarixdə həmin torpaq sahəsinin satışına dair hərrac keçirilmiş və İddiaçı hərracın qalibi olmuşdur. Eləcə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzi notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-3533 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı Gəncə şəhəri, Avtozavod yolu (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinə və orada yerləşən 574.40 kvadratmetrdən ibarət daşınmaz əmlaka hüquqlarını reyestrdə qeydə aldırmış və ona bu barədə çıxarış verilmişdir. Hazırda iddiaçı cavabdehin əşyaları ilə birlikdə ona məxsus torpaq sahəsindən və evdən çıxarılmasını istəyir. İddiaçı tərəf iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbini qəbul etməyərək ona etiraz etmişdir. Vİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin torpaq sahəsindən və evdən çıxarılmasına dair mübahisənin həlli zamanı mübahisəli yaşayış sahəsinə istifadə və torpağa hüququnun olubolmamasının araşdırılmasının və həmin mübahisəyə tətbiq edilməli hüquq normasının tapılmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsi iddiaçı X4 mülkiyyətinə əvəzli qaydada 14 iyun 2022-ci il tarixdə daxil olduğuna görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləlliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquq əməliyyatları sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Digər şəxslərin isə mənzildən istifadəsi üçün mülkiyyətçi mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə verməlidir. Yəni Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən olunmuş istifadə hüququ əmlak hüquqları təsnifatına aid edilmədiyindən əmlakın mülkiyyətçisinin dəyişməsi həmin hüququn izlənməsinə və qalıcı olmasına deyil, əksinə həmin hüququn aradan qalxmasına səbəb olur və yeni mülkiyyətçi ilə hüquq münasibətinin yaranması üçün mənzildən istifadəyə dair müqavilənin bağlanması tələb edilir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə X8 mülkiyyətində olmuş ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsi 14 iyun 2022-ci il tarixdə əvəzli qaydada İddiaçı adına özgəninkiləşdirildiyi, qeyd olunan evdən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İddiaçı və cavabdeh arasında hər hansı müqavilə bağlanmadığı, bununla da Cavabdeh ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evindən və onun altında olan 0.0450 ha torpaq sahəsindən istifadə hüququnun olmadığı müəyyən olunur. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda İddiaçı ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı evindən və torpaq sahəsindən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də İddiaçı mülkiyyətində olan torpaq sahəsi və evdən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində İddiaçı iradəsinə zidd olaraq Cavabdeh ona məxsus torpaq sahəsi və evdə yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin, hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5033/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5033/2025
25.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver