Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5049/2025 16.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 3, mənzil 61-dən (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3, mənzil 61 (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin ev məhkəmə qətnaməsinə əsasən təşkil edilmiş hərracdan əldə edilmişdir. Cavabdeh anlaşılmayan səbəbdən mülkiyyətçiyə məxsus evdən çıxmayaraq, hələ də orada yaşamağa davam etməkdədir. Cavabdehin qeydiyyatı Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 7, mənzil 9-da olmaqla həmin mənzildə pay hüququ mövcuddur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçı Bərdə şəhərindəki evini sataraq, hazırki sözügedən evi açıq hərracdan əldə etmişdir, lakin həmin evdə yaşaya bilmir. Evin pulu depozit hesabında saxlanılmışdır, cavabdeh məbləğin az olduğunu əsas gətirərək, pulu götürməmiş və evdən çıxmamışdır, baxmayaraq ki cavabdehin yaşamaq üçün başqa evi də vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, icra idarəsində pulu ödəyəcəyini, evini satmaq istəmədiyini deməsinə baxmayaraq, onun xəbəri olmadan evinin satıldığını və evindən çıxmayacağını göstərmişdir. Mülki işin materiallarında olan:- xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-05101-093005 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, ev ½, mənzil 61 Yeni qaydalarla: AZ 2024, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-2522/2023 nömrəli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, ½ ünvanında yerləşən evin 61 nömrəli mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri X5 (1/2 hissədə pay) və Cavabdeh (1/2 hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-8837/2025 nömrəli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-101/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-101/2022 saylı qətnaməsinin mərhum X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina ½, 61 nömrəli mənzilinin ½ hissəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə X2 payının müəyyən edilməsi qət edilmişdir. Qətnamə əsasında X2 (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına xx.xx.2022-ci il tarixli, **********56-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına xx.xx.2023-cü il tarixli, **********56-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Əmlak Hərrac Mərkəzi MMC tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, **********11303168 nömrəli hərracın nəticələrinə dair protokola əsasən İddiaçı xx.xx.2025-ci il tarixli, **********56-05***-******* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı iddia etmişdir ki, həmin mənzili açıq hərracdan əldə etmiş, lakin cavabdehin evdən çıxmamasına görə evində yaşaya bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, evin onun xəbəri olmadan satıldığını və evdən çıxmayacağını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 61 nömrəli mənzildən (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən 61 nömrəli mənzildən (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5049/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5049/2025
16.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver