Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-519/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cu il tarixli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra - cavabdeh və ya borcalan) 84 ay müddətinə illik 30 faiz dərəcəsiylə 100000 manat kredit limiti ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizamin oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evin 2011-ci il 28 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/82841/71/29 nömrəli kredit sazişin əsasən, Bank borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsiylə 14999 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)- 3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, MK/82841/71/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 13381,88 manat əsas borc və 1330,21 manat faiz borcu olmaqla ümumilikdə 14712,09 manat borcun və məhkəmə xərci qismində 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan bir ay ərzində Cavabdeh həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit borcunun qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-ci il tarixli rəyə əsasən, ipoteka predmeti olan 0.05 ha torpaq sahəsinin likvid dəyəri 15000 manat, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri isə 68000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edərək belə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmasına baxmayaraq, borcalan öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən Bank borcun qaytarılmasının təminatı qismində ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə tutmanın yönəldilməsini tətləb etməkdə haqlıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ipoteka predmeti olan 0.05 ha torpaq sahəsinin likvid dəyəri 15000 manat və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri isə 68000 manat ilkin satış qiyməti müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən məhkəmə qətnaməsinə əsasən tutulması qət edilmiş kredit borcu ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan bir ay ərzində Cavabdeh həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaqla boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 manat (on beş min) və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilsin. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borc və 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra bir ay ərzində Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-519/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-519/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver