Məhkəmə qərarları › İş №e-2(125)-5296/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5296/2024

09.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5296/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh İri Şəhərlərin X4 Xidməti Publik Hüquqi X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İri Şəhərlərin X4 Xidməti Publik Hüquqi X9 İdarəsinə qarşı əmrin ləğvi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh İri Şəhərlərin X4 Xidməti Publik Hüquqi X9 İdarəsinə qarşı əmrin ləğvi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən İri Şəhərlərin X4 Xidməti Publik Hüquqi X9 İdarəsini iddia ərizəsində cavabdeh qismində qeyd edilsə də, həmin İdarənin hüquqi şəxs olması və İdarənin rəhbərinin işəgötürən səlahiyyətlərinin olması barədə hər hansı bir sübuta iş materiallarında rast gəlinmir. Məhkəmədə iştirak edən İddiaçı cavabdeh kimi İri Şəhərlərin X4 Xidməti X6 müəyyən edilməsinə etiraz etməmişdir. Yaranmış vəziyyətdə məhkəmə hesab edir ki, hazırki iddia tələbinə cavab verməli olan hüquqi şəxs kimi İri Şəhərlərin X4 Xidməti X8 müəyyən edilməlidir. Həmçinin Elektron Məhkəmə İnformasiya sistemindən aydın olmuşdur ki, "İri Şəhərlərin X4 Xidməti" X5 hüquqi ünvanı ünvan 1ı İddiaçı işin İri Şəhərlərin X4 Xidməti X6 hüquqi ünvan üzrə olduğu yerin məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmədə iştirak edən İri Şəhərlərin X4 Xidməti Publik Hüquqi X9 İdarəsinin nümayəndəsi X3 işin İri Şəhərlərin X4 Xidməti X6 hüquqi ünvan üzrə olduğu yerin məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh "İri Şəhərlərin X4 Xidməti" X5 hüquqi ünvanı ünvan 2akı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İri Şəhərlərin X4 Xidməti X6 Gəncə Sukanal İdarəsinə qarşı əmrin ləğvi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilərək, əsl cavabdeh kimi İri Şəhərlərin X4 Xidməti X2 müəyyən edilməklə, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar