Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5424/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxslər 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “şəhadətnamə və müqavilənin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, fərdi yaşayış evinin tikintisi üçün 375.0 kvm torpaq sahəsi X28 ayrıldıqdan və layihə verildikdən sonra, ünvanı Kirovabad şəhəri, Kolxoz küçəsi, 3-cü döngə, 32 olan bu əmlakın yerləşdiyi 968 kvm torpaq sahəsinə dair xx.xx.1959-cu il tarixli torpaq qeydi verilmişdir. Hazırkı ünvanı ünvan 1vi (bundan sonra – mübahisəli ev) xx.xx.2018-ci il tarixdə X22 adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. X1 Qulu Nağı oğlunun arvadı, Abdullayeva Ulduz, İddiaçı, Məlikova Maya, Verdiyeva Ofelya və Quliyev Aydın isə onların birgə nikahından olan uşaqlarıdır. X37 xx.xx.1981-ci ildə ölmüşdür. X33 və X10 xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. X2 2008-ci ildə ölmüşdür. Aydın Quliyevin müraciəti əsasında miras əmlaka dair tək vərəsə kimi onun adına xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras kütləsinə daxil olan mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aparılaraq, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli, 2V-1349 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, X16 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 01.104 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş ümumi sahəsi 91.4 kv/m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan bərabər hissədə irs almalıdırlar. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 2V- 1349 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını Cavabdeh1 bağışlamışlar. ünvan 3 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrəsiylə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı qismində İddiaçı və X14 cavabdeh qismində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X6, X7, X13, X17, X15) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X5 miras qalmış evə hər bir vərəsənin miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-325/2022 nömrəli, 17 mart 2022ci il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, xx.xx.2018-ci il tarixli, 2V-1-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasa İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququnun tanınması, X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(104)-2134/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1836/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.sentyabr.2022-ci il tarixli 2(104)-2134/2022 saylı qətnaməsi “X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə payların müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırkı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı idida ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, onun əsasında ünvan 3 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Ali Məhkəmənin MK-nın müvafiq qərarından da görünür ki, miras əmlaka dair X23 verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və miras əmlaka İddiaçı vərəsəlik hüququnun tanınması barədə gəldiyi nəticə qanuni və əsaslıdır (qərarın 64-cü bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1836/2023 saylı qanuni qüvvəyə minmiş qərarının 61-ci bəndindən görünür ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyanın birinci növbə vərəsəsi olan İddiaçı miras qoyanın öldüyü vaxtdan halhazıradək mübahisəli evdə yaşayır. Belə olan halda, mirasın açıldığı vaxt (xx.xx.1981-ci il) qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin tələbləri baxımdan mirası faktiki qəbul etmiş sayılır. Həmin qərarın 66-cı bəndindən görünür ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X43 xx.xx.2021-ci il tarixdə ölmüş, birinci növbə vərəsələri olan arvadı Cavabdeh1, uşaqları Cavabdeh2 və Cavabdeh3 (iş üzrə cavabdehlər) ondan qalan miras əmlakı (mübahisəli evdəki payını) faktiki sahibliyi davam etdirməklə qəbul etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarından da göründüyü kimi X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras mülkü iddia ərizəsinin birinci abzasında sadalanan vərəsələrdən İddiaçı və X16 birinci növbə vərəsələri olan arvadı Cavabdeh1, uşaqları Cavabdeh2 və Cavabdeh3 qəbul etmişlər. Ona görə də hesab edir ki, əvvəlki iddia ərizəsində cavabdeh və üçüncü şəxslər qismində göstərilən şəxslər mirası qəbul etmədiklərinə görə həmin şəxslərin yenidən iddia ərizəsində tərəf kimi göstərilmələrinə zərurət yoxdur. İşin faktiki hallarından da görünür ki, hazırda X16 ölümündən sonra arvadı Cavabdeh1 müraciəti əsasında mübahisəli ev xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmış və buna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış mövcuddur. Bundan başqa, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış - Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən verilmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək, hazırda İddiaçı mübahisəli mənzilə köçməsinə etiraz etmədiyini, lakin miras payın verilməsinə razı olmadığını bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə Bağışlama etibarlıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 12.04. 2004-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Hazırkı iş üzrə iddiaçı cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və cavabdehlər arasında bağlanmış miras payın bağışlanılması müqaviləsinin etibarsız hesab edilməsini, onlar əsasında verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun miras kütləsinə daxil olaraq X3 üçün əsas olan vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin sənəd əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş və bu barədə məhkəmə qətnaməsi qüvvəyə minmişdir. Belə olan halda, miras qismində qəbul edilə bilməyən hüquqa dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz, həmin şəhadətnaməyə əsasən miras pay bağışlanıla bilməz, belə ki əmlaka dair yaranmamış sərəncam hüququ başqasına ötürülə bilməz və qeyd edilən əsaslarla daşınmaz əmlaka dair mülkiyyət hüququ yaranmadığından bu barədə dövlət reyestrindən çıxarış verilə bilməz. Bundan başqa, iddiaçı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda özünün 3/6 hissədə, cavabdehlərin hər birinin 1/6 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilmişdir ki, mübahisəli əmlakın məxsus olduğu X22 vəfat etdiyi və mirasın açıldığı xx.xx.1981-ci ilədək Kirovabad şəhəri, Kolxoz küçəsi, 3-cü döngə, 32 olan (hazırkı ünvanı ünvan 5a daxil olmuşdur. Miras qoyanın öldüyü məqamda sağ olmuş arvadı - X2, övladları - X14, İddiaçı, X34, X19 və X33 (cəmi 6 vərəsə) onun qanun üzrə birinci növbə vərəsələridir və araşdırma zamanı miras qoyanın vəsiyyətnamə qoyması halı müəyyən edilməmişdir. Həmçinin, qeyd olunan vərəsələrdən heç biri miras qoyanın ölümündən sonra mübahisəli miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməklə rəsmi qaydada qəbul etməmiş və öz adlarına rəsmiləşdirməmişlər. Qulu Quliyevin vəfatından sonra miras əmlakı faktiki olaraq arvadı X2, oğlu X33, qızları İddiaçı və X29 faktiki olaraq qəbul etmişdir. X33 15 sentyabr 1984-cü il tarixdə Cavabdeh1 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, Lakin bununla yanaşı, miras açılan məqamda onun vərəsələrindən X2, İddiaçı və X33 həmin evdə yaşayaraq, mirası faktiki qaydada qəbul edərək idarəçiliyi həyata keçirmişlər. X14 isə atası ölən məqamda həmin evdə yaşasa da, qısa müddət sonra ərə gedərək, evdən köçmüş və idarəçiliyi həyata keçirməmişdir Beləliklə, miras X4 (vəfat edənədək-xx.xx.2008-ci il tarixədək), İddiaçı, X33 (vəfat edənədək-xx.xx.2021-ci il tarixədək) tərəfindən qəbul edilərək həmin vaxtadək mübahisəsiz qaydada idarə olunmuşdur. X16 vəfat etməsindən sonra faktiki olaraq həmin miras əmlakın onun payına düşən hissəsini arvadı Cavabdeh1, uşaqları Cavabdeh2 və Cavabdeh3 qəbul edərək bu vaxtadək faktiki sahibliyi davam etdirmişdir. Məhkəmə hesab edir ki, miras qoyan X37 xx.xx.1981-ci il tarixdə vəfat etdiyindən və mübahisəli vərəsəlik hüquq münasibətləri həmin vaxt yarandığından 1964-cü ildə qəbul edilmiş, 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarının tətbiq olunmalıdır 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 527.1 Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 556.3. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə görə mübahisələndirilə bilməyən və yenidən sübut edilməli olmayan faktlara əsasən, X22 qanun üzrə birinci növbə vərəsələrindən Aydın Quliyev və İddiaçı atalarının sağlığında onunla birlikdə yaşamışlar, atalarının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələrdən Maya Məlikova və Ofelya Verdiyeva hələ atalarının sağlığında həmin evi tərk edib getmiş, atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. Ulduz Abdullayeva atasının vəfatından sonra bir müddət həmin evdə yaşasa da o, 1984-cü ildə ailə quraraq evi tərk etmiş, sonradan həmin evə sahiblik etdiyini, həmin evi idarə etdiyini təsdiq edən heç bir hərəkət etməmişdir, evdə müəyyən müddət yaşamasının isə sadəcə həmin mənzildən istifadə hüquqlarını həyata keçirməsi ilə bağlı olduğu görünür. Məhkəmə belə qənaətə gəlir ki, mərhum X22 mirasını onun vərəsələrindən yalnız Aydın Quliyev və İddiaçı mirası idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişlər. Bundan başqa, X37 vəfat etdikdən sonra miras əmlaka faktiki sahiblik etmiş vərəsələrdən biri X38 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, miras əmlakdan ona çatası pay olan ½ hissəyə faktiki sahibliyi onun birinci növbəli vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həyata keçirmişlər. Buna görə də onlara aid hissədə mübahisə X25 vəfat etdiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə həll edilməlidir. X16 ölümündən sonra onun vərəsələri olan vərəsələri onun arvadı Cavabdeh1, uşaqları Cavabdeh2 və Cavabdeh3 bu günədək həmin evdə yaşamaqla sahiblik və istifadə edirlər. Bütün bunlar miras əmlakın X16 payına düşən ½ hissəsinin onun birinci növbəli vərəsələrinin üçü tərəfindən də mirasa faktik sahiblik etmək yolu ilə qəbul edildiyini və bunun aşkar nümayiş etdirildiyini təsdiq edir. Məhkəmə qeyd edir ki, miras əmlak İddiaçı və Aydın Quliyev tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hər ikisi bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda bərabər, yəni ½ hissədə payları vardır. X27 ½ hissədə miras payı onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hər üçü bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda 1/6 hissədə payları, İddiaçı isə 3/6 hissədə payı vardır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, xx.xx.2021-ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi etibarsız hesab olunmalı; ünvan 3 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilməli; X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi etibarsız hesab olunsun. ünvan 3 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. X5 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5424/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5424/2023
19.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver