Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5451/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə İddiaçı MMC arasında 06 oktyabar 2023-cü il tarixində İbtidai (orta) Təhsilin Verilməsinə dair Müqavilə üzrə Mahmudov ƏliMusa Zaur oğlunun əsas təhsil haqqı üzrə məktəbdən çıxdığı məqama ödənilməmiş 2100 manat təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 41 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMCyə ödəbilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Hədəf Liseyi” MMC arasında 06 sentyabr 2023-cü il tarixində İbtidai (orta) Təhsilin Verilməsinə dair Müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdehin oğlu Mahmudov ƏliMusa Zaur oğlu İddiaçınə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 5000 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı Mahmudov ƏliMusa Zaur oğluna münasibətdə, Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil haqqı məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 4500 manat təşkil etmişdir. Qeyd olunan müqavilə bağlanan zaman, cavabdehə, pre-18 nömrəli Hesab faktura təqdim olunmuşdur. pre-18 nömrəli Hesab fakturaya əsasən Mahmudov ƏliMusa Zaur oğlunun təhsil haqqı olan 4500 manatın 4 hissəyə bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən Mahmudov ƏliMusa Zaur oğlunun təhsil haqqı üzrə xx.xx.2023-cü il tarixində cəmi 2400 manat ödəniş edilmişdir. İddiaçı MMC 06 sentyabr 2023-cü il tarixində İbtidai (orta) Təhsilin Verilməsinə dair Müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını pozmuşdur. Müqavilə öhdəliklərin yerinə yetirməyi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 06 oktyabar 2023-cü il tarixində İbtidai (orta) Təhsilin Verilməsinə dair Müqavilə üzrə Mahmudov ƏliMusa Zaur oğlunun əsas təhsil haqqı üzrə məktəbdən çıxdığı məqama ödənilməmiş 2100 manat təhsil haqqı borcu qalmışdır. Bu barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və öhdəliyin 5 (beş) iş günü müddətində yerinə yetirilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh xəbərdarlıq məktubuna da əməl etməyərək, bugünədək öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” Müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehin övladı Mahmudov ƏliMusa Zaur oğlu İddiaçınin təhsil pilləsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 5000 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı Mahmudov ƏliMusa Zaur oğluna münasibətdə, Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil haqqı məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 4500 manat təşkil etmişdir. İş materiallarında olan Pre-18 nömrəli hesab-fakturadan görünür ki, 06 oktyabar 2023-cü il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” müqaviləsinə əsasən (Mahmudov ƏliMusa Zaur oğlu) Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməli olan məbləğ 4500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfdən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilsə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilməmişdir, buna görə iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 41 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 2100 (iki min yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5451/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5451/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver