Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-546/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər HüseynX25nun və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər HüseynX25na, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər HüseynX25na, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaları və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər kücəsi, 106 ünvanında yerləşən ev mülkiyyət hüququ ilə ona və X2na məxsusdur. X2 1-ci qrup əllildir və onun qəyyumu təyin edilmişdir. Cavabdehlər onun rəhmətə gedən əri Hüseynzadə Fazilin qohumlarıdır. Onlar yaxın müddətdə evi boşaldacaqlarını vəd etsələr də, bunu etməmiş və bununla da onun mülkiyyət hüququnu pozmuşdurlar. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlər iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş hazırda məhkəmənin icraatındadır. Sözügedən ev iddiaçının adına rəsmi reyestrdə qeydiyyata alınmış, çıxarış əldə edilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh HüseynX25 iddia tələbinə qarşı məhkəməyə yazılı etirazlarını da təqdim etdiyini bildirərək göstərdi ki, mübahisəli ev onun anasına məxsus olmuş və həmin evdə yaşamışlar. Uşaqları da həmin evdə böyümüşlər. Əvvəllər ev təmirsiz olmuş onun maddi imkanı yaxşı olduğu üçün evi təmir etdirmişdir. Anası evi qardaşı Fazilə bağışlayarkən etiraz etməmişdirlər. Lakin qardaşı Fazil rəhmətə gedəndən sonra yoldaşı onların evdən çıxarılmasını tələb etmişdir. İddianın əsassız olduğunu göstərərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı tələbini qəbul etməyib məhkəməyə yazılı etirazlarını da təqdim etdiklərini bildirərək, həmin evə gəlin köçdüyünü və indiyədək orada yaşadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər HüseynX25, Cavabdeh4 və Cavabdeh3 yazılı etirazlarını onunla əsaslandırmışdır ki, boşaldılması tələb edilən fərdi yaşayış evi HüseynX25nun valideynləri tərəfindən 1971-ci ildə tikilmişdir. Cavabdeh2 ev tikiləndən indiyədək daima həmin evdə yaşamış, Cavabdeh4 1981-ci ildə həmin evə gəlin köçmüş, Günay və Oktay Hüseynzadələr isə həmin evdə dünyaya göz açaraq daima orada yaşamışlar. İddiaçı isə Cavabdeh2 qardaşı Fazil Hüseynzadə ilə 1986-cı ildə ailə həyatı qurduqdan sonra həmin mənzilə gəlin köçmüşdür. Fərdi yaşayış evi əvvəllər Cavabdeh2 anası Kimya Hüseynovanın mülkiyyətində olmuş, daha sonra həmin evdə qeydiyyatda olan şəxslərin razılığı ilə Fazil Hüseynzadənin adına rəsmiləşdirilmişdir. Fazil Hüseynzadə və Cavabdeh2 arasında heç vaxt evlə bağlı mübahisə olmamış, gənc yaşlarından adət-ənənəyə uyğun olaraq belə müəyyən olunmuşdur ki, 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsi Fazil Hüseynzadə və onun ailəsinə, 2-ci mərtəbəsi isə Cavabdeh2 və onun ailəsinə məxsusdur. Bu fakt ailəni tanıyan bütün şəxslərə, qohum və qonşulara aydın şəkildə məlum olmuşdur. Fazil Hüseynzadə 2021-ci ildə vəfat etmiş və o, vəfat edənədək evlə bağlı ailələr arasında heç vaxt mübahisə olmamışdır. Fazil Hüseynzadənin vəfatından 1 il ötdükdən sonra Cavabdeh2 oğluna toy etməzdən əvvəl 2022-ci ilin ortalarında evin 2-ci mərtəbəsində əsaslı təmir və tikinti işləri aparmış, faktiki olaraq 2-ci mərtəbəni yenidən inşa və təmir etmiş və buna 83000 manatdan artıq vəsait sərf etmişdir. Cavabdeh2 2022-ci ilin oktyabr ayında oğlunun toyundan sonra qaydasına salmaq üçün evin sənədlərini qardaşı oğlu Turaldan istəmiş və bu vaxt məlum ona olmuşdur ki, İddiaçı 2021-ci ilin noyabr ayında gizli olaraq heç kimə məlumat vermədən vərəsəlik qaydasında evi öz adına rəsmiləşdirmiş, daha sonra evi ipoteka ilə yüklü etməklə bankdan borc pul götürmək istəmiş, lakin heç bir gəliri olmadığından banklar ona borc verməkdən imtina etmişdirlər. Göründüyü kimi, Cavabdeh2 2022-ci ildə evdə təmir-tikinti işlərinə başlayarkən İddiaçı artıq evi öz adına keçirmiş, bu barədə heç kimə məlumat verməmiş və Cavabdeh2 evin dəyərinin əsaslı şəkildə artırılmasına səbəb olan təmir-tikinti işlərinin aparılmasına susmuşdur. Bununla da İddiaçı niyyəti evdə təmir-tikinti işləri bitdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmək, evi tam şəkildə ələ keçirərək əsassız varlanmaq olmuşdur. Lakin düşünməmişdir ki, evə istifadə hüququ olan şəxslərin mənzildən kompensasiya ödənilməməklə çıxarılması mümkün deyildir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mübahisəli fərdi yaşayış evinə dair məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli sərəncamının surətindən görünür ki, X9 məxsus ünvan 3 ünvanda yerləşən icazəsiz tikililər qeydiyyata alındıqdan sonra mülk sahibinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi qərara alınmışdır. (bənd 3) -**********93-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə mərhum X6 adına qeydə alınmışdır. -Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx.xx.2017-ci il tarixli, 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X1 şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 106 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evini hədiyyə alan X7 bağışlamışdır. -RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə X3 adına rəsmi reyestrdə qeydə alınmışdır. -Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-1573 nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 vərəsələri X11 və İddiaçı ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdan bərabər hissədə ½ hissədə irs almalıdır. -xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə ¾ hissədə İddiaçı və ¼ hissədə X4 adına rəsmi reyestrdə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, HüseynX25, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçının və X2nun paylı mülkiyyətindədir. İddiaçı iddia etmişdir ki, cavabdehlər onun rəhmətə gedən əri Hüseynzadə Fazilin qohumları olmaqla, yaxın müddətdə evi boşaldacaqlarını vəd etsələr də, bunu etməmiş və bununla da onun mülkiyyət hüququnu pozmuşdurlar. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia tələbinə qarşı etiraz edərək öz etirazlarının əsası kimi mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 valideynləri tərəfindən 1971-ci ildə tikilməsi, evin onun anası Kimya Hüseynovaya məxsus olması, ev tikiləndən hal hazıradək Cavabdeh2 orada yaşadığını, Cavabdeh4 Cavabdeh2 ilə ailə quraraq 1981-ci ildə həmin evə gəlin köçdüyünü, övladları Cavabdeh3 və Cavabdeh1 isə həmin evdə doğulduqlarını göstərmişlər. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Göründüyü kimi, cavabdeh HüseynX25 əvvəlki mülkiyyətçi X6 ailə üzvü olmaqla həmin evdən istifadə hüququ olmuş, digər Cavabdeh4 1981-ci ildə X15 oğlu ilə ailə quraraq həmin evə gəlin köçərək yaşayış sahəsindən əvvəlki mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarına malik olmaqla onların uşaqları Cavabdeh3 və Cavabdeh1 da mənzildən istifadə hüquqları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları hesab edilir. MM-in 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun mülkiyyətinə keçsə də, cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüququ olmuşdur. Ona görə də cavabdehlərin istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilmədən onların evdən çıxarılmasını tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, HüseynX25na, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər HüseynX25na, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-546/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-546/2025
17.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver