Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6110/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh debitor borc və dəymiş ziyanın ödənilməsi barədə iddiası və iddiaçılar X5 və Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh debitor borc və dəymiş ziyanın ödənilməsi barədə iddiası ilə müraciət edərək Cavabdeh 3 134.60 manat məbləğində borcun, həmçinin 51.35 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar X5 və Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadıqları ünvan 1 ünvanda yerləş evə dair süni və əsassız olaraq tətbiq edilmiş 23760 kubmetr qaz sərfiyyatı borcunun, 3100 manat süni borcun silinməsi haqda və pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)–6505/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X5 və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbi barədə iddiasına dair 2(125)–6505/2023 saylı mülki işlə İddiaçı Cavabdeh qarşı borcun tutulması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə e-2(125)–6110/2023 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)–6110/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X5 və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbi barədə iddiası üzrə iddia ərizəsi iddiaçı X3 münasibətdə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, İddiaçı Gəncə X4 İdarəsi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, XS-20-00120/23 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz təsərrüfatına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə imzadan imtina barədə akta qeyd aparılmaqla ******* saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə edildiyi üçün 23760 m itirilmiş qazın bərpası üçün 2 851.20 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Həmçinin ünvana quraşdırılmış qaz sayğacı vasitəsilə istehlak olunmuş təbii qazın dəyəri tam ödənilməmiş, nəticədə cavabdehin İddiaçınə 280.40 manat debitor borcu yaranmışdır. Borcun ödənilməsi barədə TŞ-01/13-616 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu verilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin İddiaçınə ümumilikdə ödənilməmiş 3134.60 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazır ki, vaxta qədər ödəniş etməməsi İddiaçı maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına maneə yaradır. Odur ki, Cavabdeh 3134.60 manat məbləğində borcun, həmçinin 51.35 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ifadəsində göstərmişdir ki, cavabdeh İddiaçı yaşadıqları ünvan 1 ünvanda yerləşən evə dair onlara 23760 kubmetr qaz sərfiyyatı borcu olaraq 3100 manat süni və əsassız borc məbləği qeyd etmişdir. Süni borc əvvəlcə iddiaçı Zamanov Anarın adına qeyd edilmiş, sayğac dəyişdirildikdən sonra isə iddiaçı onun adına məhkəmədən sms bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Bela ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilmişdir. Onlar iradlarını bildirdikdə isə demişlər ki, sayğacı labarotoriyaya göndərmişlər. Onlara dırnaqarası sübut kimi icazəsiz daxil olduqları mənzilində çəkdikləri anlamsız fotoları göstərmişlər. Halbuki fotolarda elektrik naqilləri əks olunmuşdur. Cavabdeh başdan-başa ziddiyyətlə dolu olan absurd mülahizələrlə öz qanunsuz əməlini əsaslandırmağa çalışır. Onun qazdan istifadəyə görə 280.40 manat debitor borcu vardılr. Lakin qaz idarəsinin işçiləri tərəfindən qanunsuz hərəkətlərə yol verilərək vətəndaşa 3100 manat əsassız və tamamilə süni borc məbləği qeyd etmək böyük haqsızlıqdır və istehlakçı hüquqlarının saymazyana pozulmasıdır. Odur ki, yaşadıqları ünvan 1 ünvanda yerləş evə dair süni və əsassız olaraq tətbiq edilmiş 23760 kubmetr qaz sərfiyyatı borcunun, 3100 manat süni borcun silinməsi haqda və pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, XS-20-00120/23 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Azəriqaz” X1 X4 İdarəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Bayan küçəsi 138 ünvanına dair qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı Cavabdeh 2023-cü ilin qalıq və aktlar üzrə 2851.20 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələrinin iştirakı ilə istehlakçıya məxsus Bayan küçəsi 138 ünvanında yerləşən yaşayış sahəsində sayğacdan kənar xətt aşkar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 23760 m3 qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi tərəindən təqdim edilmiş viseo diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı nümayəndələri Gəncə şəhəri, Bayan küçəsi 138A ünvanında sayğacdan kənar xətt aşkarlamışrlar. Məhkəmə araşdırması zamanı yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən evlər qonşudurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən normaların tələbləri baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz təchizatı qurğularına ziyan vuran və qurğu sahibindən icazəsiz digər qurğulardan istifadə edən istənilən şəxs qaz təchizatı qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunur ki, Azəriqaz” X1 X4 İdarəsinin nümayəndələri Gəncə şəhəri, Bayan küçəsi 138A ünvanında sayğacdan kənar xətt aşkarlamışlar. Buna baxmayaraq eyni zamanda Gəncə şəhəri, Bayan küçəsi 138 ünvanın yerləşən fərdi yaşayış evinə münasibətdə də, sayğacdan kənar qaz xəttinin aşkar edildiyini qeyd edərək cərimə hesablamışlar. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndələri tərəfindən Gəncə şəhəri, Bayan küçəsi 138 ünvanın yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar edilməsinə dair heç bir sübut təqdim edə biməmişlər. Qaz saygacına müdaxilənin məhz iddiaçılar tərəfindən edilməsinin sübut edilməsi vəzifəsi İddiaçı üzərinə düşür. Buna baxmayaraq, İddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyindən İddiaçı vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc silinməlidir. Bu baxımdan məhkəmə gesab edir ki, İddiaçı Gəncə şəhəri, Bayan küçəsi 138 ünvanın yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar edilməsi ilə əlaqədar Cavabdeh hesabladıqları 2851.20 manat borc silinməlidir. Məhkəmə baxışı zamanı həmçinin Cavabdeh qazdan istifadəyə görə 280.40 manat debitor borcunun olması da, iş materialları, o cümlədən Cavabdeh özününü etirafı ilə təsdiqini tapmışdır. Odur ki, 280.40 manat debitor borc Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh debitor borc və dəymiş ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilməli və 280.40 manat debitor borc Cavabdeh alınaraq İddiaçınə ödənilməli, iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli və Azəriqaz” X1 şəhəri, Bayan küçəsi 138 ünvanın yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar edilməsi ilə əlaqədar Cavabdeh hesabladıqları 2851.20 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh debitor borc və dəymiş ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilsin və 280.40 manat debitor borc Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddiaçı Cavabdeh debitor borc və dəymiş ziyanın ödənilməsi barədə iddiası qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin və İddiaçı tərəfindən Gəncə şəhəri, Bayan küçəsi 138 ünvanın yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar edilməsi ilə əlaqədar Cavabdeh hesablanmış 2851.20 manat borc silinsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-6110/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6110/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver