Məhkəmə qərarları › İş №e-2(125)-6171/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6171/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6171/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mülkə (bundan sonra – mübahisəli mənzil) cavabdehlərin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçmişdir. Bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirində RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdehlər xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh3 onun gəlinidir. xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1989cu il təvəllüdlü Cavabdeh1 onun nəvələridir. İddiaçının oğlu vəfat etmişdir. Onlar bir neçə ildir ki, cavabdehlər analarının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, ev 95a, mənzil 893 (yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti, 155, M6 m2) ünvanına köçüb yaşayır. Qeyd olunan mənzil mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. Digər cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 ailə qurub ərinə məxsus evə gəlin köçmüşdür. Cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 anası ilə birgə Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti ev 95a, mənzil 893 (yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti, 155, M6 m2) ünvanına köçüb daimi yaşayır. xx.xx.1964cü il təvəllüdlü Cavabdeh3 iddiaçının gəlinidir. xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 hazırda mülkiyyətlərində əmlak olması və orada yaşamalarına baxmayaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsalar da orada yaşamırlar, onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaları onun üçün əlavə xərc yaradır. Odur ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən əmlakda yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 54 mülkiyyət hüquqları ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.1961-ci il təvəllüdlü X1 şəhəri, Eminbəyli küçəsi, ev 54 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 atası X7, anası Cavabdeh3dır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1989-cü il təvəllüdlü Cavabdeh1 atası X7, anası Cavabdeh3dır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, X7 və X3 nikah haqqında xx.xx.1986-cı ildə 802 №li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Gəncə şəhər qeydiyyat şöbəsidir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X4 və X2 nikah haqqında xx.xx.2008-ci ildə 237 №li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Gəncə şəhər qeydiyyat şöbəsidir. Hazırkı iş üzrə mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi xahiş olunan Cavabdeh3 iddiaçının mərhum oğlunun arvadı, Cavabdeh1 və Cavabdeh2 isə idiaçının nəvələridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh3 xx.xx.1986-cı il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, xx.xx.1987-ci il təvəllüdlü X5 və xx.xx.1989-cü il təvəllüdlü Cavabdeh1 həmin mənzildə doğulmuşdur. Beləliklə, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İddiaçı bildirir ki, cavabdehlər uzun müddətdir başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzili tərk etmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdehlər tərəfindən bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdehlərin mənzili tərk etməsinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onların başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, onlar ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdehlər mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Həmin müddət ərzində mübahisəli mənzildə yaşamamış olması cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin mübahsiəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar