Məhkəmə qərarları › İş №e-2(125)-6614/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6614/2023

26.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6614/2023 26.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Məsləhətçi (Məhkəmə iclasının katibi) Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 dəst yataq mebeli dəsti (şifoner, cüt yataq, 2 ədəd tumboçka, güzgülü termo, termonun stulu, sandıqlı oturacaq), 2 ədəd pərdə (yataq otağına), 2 ədəd tək döşək, 1 ədəd cüt döşək, 2 ədəd tək yorğan, 1 ədəd cüt yorğan, 4 ədəd balınc, 6 ədəd döşəkcə, 8 ədəd oturacaq döşəkcəsi, 3 ədəd örtük (çarpayı üçün), 1 ədəd künc divan, 1 ədəd jurnal stolu, 1 ədəd servant, 1 ədəd çılçıraq 12 şamlı, 2 ədəd qonaq otağı pərdəsi, 1 ədəd gecə lampası, 1 ədəd skater, 1 ədəd saç feni, 1 ədəd paltaryuyan maşın, 2 ədəd yerə qoyulan gül qabı, 1 ədəd xalça 2mx3m, 6 ədəd rəngli rumka, 6 ədəd qaşlı bakal, 1 dəst 6 bakallı kompot qabı, 2 ədəd meyvə qabı, 2 ədəd çərəz qabı, 6 ədəd çay dəsti, 6 ədəd armudu çay dəsti, 2 ədəd şüşə salfet qabı, 2 ədəd balaca qənd qabı, 1 ədəd kül qabı, 2 ədəd tort qabı, 1 ədəd böyük meyvə qabı, 6 ədəd balaca bakal, 6 ədəd bozartma boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 1 ədəd soğan doğrayan, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd limon çəngəli, 6 ədəd yağ bıçağı, 2 ədəd böyük qaşıq, 1 ədəd yağ süzən, 2 ədəd qulplu fincan (kapron, dəmir), 1 ədəd şirəli bidon, 2 ədəd balaca, böyük çaynik, 4 ədəd şirəli qazan (balaca, böyük), 1 ədəd alüminium xörək qazanı, 1 ədəd şirəli vedrə, 3 ədəd şirəli ləyən, 3 ədəd şirəli podnos, 1 ədəd kapron vanna, 1 ədəd lampa, 1 ədəd uşaq arabası, 1 ədəd örtük (uşaq çarpayısı üçün) olan cehiz əşyalarının ünvan 1 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hal-hazırda yaşadığı ünvan 1 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14) ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh onun gəlini olmuşdur. Belə ki, oğlu Məkan Abbasov 2022-ci ilin yanvar ayında cavabdehlə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Lakin bundan çox qısa müddət keçdikdən sonra təxminən 2023-cü ilin may ayında ayrılmışlar. Hazırda cavabdeh öz ata evində yaşayır. Lakin ayrılmalarına baxmayaraq, bu günə kimi cavabdehin özü ilə gətirdiyi cehiz əşyaları onun evindədir. O, dəfələrlə cavabdehə müraciət edərək ona məxsus olan evdən cehiz əşyalarını çıxarmasını bildirmişdir. Lakin cavabdeh onun sözlərinə hər hansi bir əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdehin özünə məxsus olan cehiz əşyalarını bu günə kimi onun evində saxlaması tamamilə qanunsuz olmaqla onun hüquqlarını kobud surətdə pozur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının oğlu X6 ilə Cavabdeh 2022-ci ilin yanvar ayında faktiki ailə qurmalarına baxmayaraq onların rəsmi nikahları olmamışdır. Cavabdehlə Məkanın faktiki nikahından 1 uşaq doğulmuş, lakin sonradan ölmüşdür. 2023-cü ilin may ayında X6 ilə Cavabdeh ayrılmışlar. Hazırda cavabdeh öz ata evində yaşayır. Cavabdehin hamilə vəziyyətində olması sonuncunun iddiaçının oğlu ilə faktiki ailə münasibətlərinə xitam verilməməsi demək deyildir. Cavabdehin hamiləliyi ilə bağlı məsələ gələcək araşdırmaların predmetidir. X1 ilə Cavabdeh arasında faktiki ailə münasibətləri bitmişdir. Lakin bu günə kimi cavabdehin özü ilə gətirdiyi cehiz əşyaları iddiaçının evindədir. İddiaçı İ qrup gözdən əlildir. Cavabdeh iddiaçının ailə üzvü sayılmır. Hesab edir ki, iddiaçının mülkiyyət hüququ pozulur. Belə ki, mübahisəli evin icra hakimiyyətinin sərəncamı ilə qeydiyyata alınması DƏDRX-ə tapşırıldığından mübahisəli evə iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının oğlu X6 Cavabdeh ilə 2022-ci ilin yanvar ayında ailə quraraq el adəti ilə toy etmiş, lakin aralarında rəsmi nikah olmamışdır. Cavabdeh ünvan 1 ünvanına gəlin köçmüş, eyni zamanda cehiz əşyalarını da həmin ünvana aparmışdır. Onların xx.xx.2022-ci ildə X4 adlı övladları doğulmuş, lakin uşaq xəstəlik səbəbi ilə xx.xx.2023-cü ildə ölmüşdür. Cavabdeh hazırda 29 həftəlik yeni hamiləliyi mövcuddur və o, müalicə olunduğu üçün anası ilə birlikdə yaşayır. X6 ilə Cavabdeh arasında ailə münasibətləri hələ də davam edir. Həmçinin qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ yoxdur. Ona görə də iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gədəbəy rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş əlillik haqqında vəsiqənin surətindən görünür ki, İddiaçı İ qrup gözdən əlildir. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətin başçısının 06 fevral 2015-ci il tarixli, 26 nömrəli sərəncamın surətindən görünür ki, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahəsi 29,0 kvadratmetr, o cümlədən yaşayış sahəsi 29,0 kvadratmetr, həyət tikilisi 21,1 kvadratmetr olan tikililərin qeydiyyata alınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən tikililərin qeydiyyata alındıqdan sonra mülk sahibinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin etməsinin tapşırılması qərara alınmışdır. Torpaq sahəsinin və tikililərin mərtəbələr üzrə planı sənədindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A- 1, sahə-14 ünvanında yerləşən torpaq sahəsinin və tikililərin planı əks olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30.11 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14) ünvanı ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. AZ-T seriyalı, 260841 nömrəli, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə Gəncə şəhərində doğulmuşdur. X3, anası Cavabdehdır. 08 dekabr 2023-cü il tarixli, 3-16-5/8-70-M-4922/2023 nömrəli Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 26 yanvar 2023-cü ildə Bakı şəhərində disseminə olunmuş damardaxili laxtalanma (defibrinasiya sindromu) səbəbindən ölmüşdür. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi Kəpəz Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 28 həftəlik hamiləliyi mövcuddur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı oğlu X6 ilə Cavabdeh 2022-ci ilin yanvar ayında faktiki olaraq ailə qurmuş, aralarında rəsmi nikah bağlamamışlar. Ailə qurduqdan sonra Cavabdeh ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. İddiaçının oğlu Məkan Abbasovla cavabdeh arasında olan faktiki nikahdan xx.xx.2022-ci ildə Hüseyn adlı uşaq doğulsa da xx.xx.2023-cü ildə ölmüşdür. X7 Alıyeva arasında olan faktiki ailə münasibətləri 2023-cü ilin may ayında bitmişdir. Hazırda İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını istəyir. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, ünvan 1 (köhnə Dəmiryolaltı ərazisi, məhəllə A -1, sahə-14) ünvanı daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətin başçısının 06 fevral 2015-ci il tarixli, 26 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahəsi 29,0 kvadratmetr, o cümlədən yaşayış sahəsi 29,0 kvadratmetr, həyət tikilisi 21,1 kvadratmetr olan tikililərin qeydiyyata alınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən tikililərin qeydiyyata alındıqdan sonra mülk sahibinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin etməsinin tapşırılması qərara alınmışdır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının 06 fevral 2015-ci il tarixli, 26 nömrəli Sərəncamının surətindən göründüyü kimi, Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahəsi 29,0 kvadratmetr, o cümlədən yaşayış sahəsi 29,0 kvadratmetr, həyət tikilisi 21,1 kvadratmetr olan tikililərin qeydiyyata alınması qərara alınmışdır. Həmin sərəncam hazırda qüvvədə olmaqla hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Bu hal isə iddiaçının sahiblik və istifadəsində olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsasdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri, Natəvan qəsəbəsi, Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ gözləniləndir və bunun üçün iddiaçının müvafiq dövlət orqanına ərizə ilə müraciət etməsi yetərlidir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X10 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X10 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələb olunan evə İddiaçı mülkiyyətində olan əmlak kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün cavabdehin mübahisəli evə hər hansı hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bu cür razılaşma olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh iddiaçının ailə üzvü olub-olmaması məsələsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Həmçinin Cavabdeh ilə X6 arasında bağlanmış nikah rəsmiləşdirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin qanuni sahibi olan İddiaçı ilə birlikdə mübahisəli mənzildən onun ailə üzvü kimi istifadə etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarida qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə, həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh mübahisəli ev üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin qanuni sahibi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin Cavabdeh İddiaçı ailə üzvü hesab olunmadığından cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh məxsus əşyalar iddiaçının mənzilində qalmaqla sonuncunun mülkiyyət hüququndan daha rahat qaydada həyata keçirməyə maneələr yaradır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan cehiz əşyaları İddiaçı məxsus olan ünvan 1 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A-1, sahə-14) ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 dəst yataq mebeli dəsti (şifoner, cüt yataq, 2 ədəd tumboçka, güzgülü termo, termonun stulu, sandıqlı oturacaq), 2 ədəd pərdə (yataq otağına), 2 ədəd tək döşək, 1 ədəd cüt döşək, 2 ədəd tək yorğan, 1 ədəd cüt yorğan, 4 ədəd balınc, 6 ədəd döşəkcə, 8 ədəd oturacaq döşəkcəsi, 3 ədəd örtük (çarpayı üçün), 1 ədəd künc divan, 1 ədəd jurnal stolu, 1 ədəd servant, 1 ədəd çılçıraq 12 şamlı, 2 ədəd qonaq otağı pərdəsi, 1 ədəd gecə lampası, 1 ədəd skater, 1 ədəd saç feni, 1 ədəd paltaryuyan maşın, 2 ədəd yerə qoyulan gül qabı, 1 ədəd xalça 2mx3m, 6 ədəd rəngli rumka, 6 ədəd qaşlı bakal, 1 dəst 6 bakallı kompot qabı, 2 ədəd meyvə qabı, 2 ədəd çərəz qabı, 6 ədəd çay dəsti, 6 ədəd armudu çay dəsti, 2 ədəd şüşə salfet qabı, 2 ədəd balaca qənd qabı, 1 ədəd kül qabı, 2 ədəd tort qabı, 1 ədəd böyük meyvə qabı, 6 ədəd balaca bakal, 6 ədəd bozartma boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 1 ədəd soğan doğrayan, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd çəngəl, 6 ədəd limon çəngəli, 6 ədəd yağ bıçağı, 2 ədəd böyük qaşıq, 1 ədəd yağ süzən, 2 ədəd qulplu fincan (kapron, dəmir), 1 ədəd şirəli bidon, 2 ədəd balaca, böyük çaynik, 4 ədəd şirəli qazan (balaca, böyük), 1 ədəd alüminium xörək qazanı, 1 ədəd şirəli vedrə, 3 ədəd şirəli ləyən, 3 ədəd şirəli podnos, 1 ədəd kapron vanna, 1 ədəd lampa, 1 ədəd uşaq arabası, 1 ədəd örtükdən (uşaq çarpayısı üçün) ibarət olan əşyalar ünvan 1 (köhnə Dəmiryolualtı ərazisi, məhəllə A- 1, sahə-14) ünvanından çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar