Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7036/2025 16.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X5, İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 763,72 manat əsas məbləğ, 412,40 manat peniya olmaqla, cəmi 1176,12 manat pulun alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair X6"nin Tədbirlər Planı bölməsinin 2.2.1-ci yarımbəndinə uyğun olaraq dövlət sifarişi əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələrinin mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubla Azərbaycan Respublikasının Mənzil X2 müraciət etmiş və X3 3 dekabr 2021-ci il tarixli 16 nömrəli Qərarı ilə X4ki Rəfiqə Əliyeva və Azərbaycan bayrağı küçəsində yerləşən ünvanlar üzrə Nazirliyə təklif ediləcək 80 mənzilin siyahısı təsdiq edilmişdir. Elə həmin qərara əsasən X4 yerləşən Gəncə şəhəri, Kəpəz rayonu, Rəfiqə Əliyeva küçəsi, bina 13, giriş 113, mərtəbə 8, 2 saylı mənzil üzrə "xxxx" MMC ilə AR ƏƏSMN arasında 04 iyul 2022-ci il tarixdə ******* No-li "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" bağlanmışdır. AR ƏƏSMN tərəfindən qeyd edilən mənzil Cavabdeh sahibliyi və istifadəsinə verilmişdir. 04 iyul 2022-ci il tarixində mənzilin təhvil-təslim edilməsi və binaların idarə edilməsi barədə imzalanmış aktın 4-cü hissəsinin qeydində Cavabdeh ilə "Çoxmənzilli binaların idarə edilməsi" haqqında müqavilənin və "Yaşayış qaydalarına dair" Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. "xxxx" MMC ilə Cavabdeh arasında 04 iyul 2022-ci il tarixdə "Çoxmənzilli binaların idarə edilməsi haqqında müqavilə"si bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən İdarə edici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun olaraq müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil X1 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi" Qaydasının 9.2-ci yarımbəndinə və AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq göstərilən (binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə) xidmətlərə görə ödənilməli olan haqqın məbləği yaşayış sahəsinin hər kvadratmetr sahəsi üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin sahibliyi və istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, Rəfiqə Əliyeva küçəsi, bina 13, giriş 113, mərtəbə 8, 2 saylı mənzilin ümumi sahəsi 72,74 kvadratmetr təşkil etdiyindən onun tərəfindən hər ay 21,82 manat ödəniş olunmalıdır. Buna baxmayaraq, müqavilə bağlandığı vaxtdan bu günədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən hər ay ödənilməli olan ödənişlər həyata keçirilməmiş və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə "xxxx" MMC-yə 763,72 manat xidmət haqqı borcu, 1050 gün üçün 412,40 manat penya üzrə borcu, ümumilikdə isə 1176,12 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan:-xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, ünvan 2 "xxxx" MMC tərəfindən AR ƏƏSMN-yə satılmışdır. Tərəflər arasında, çoxmənzilli binaların idarə edilməsi haqqında xx.xx.2022-ci il tarixdə bağlanmış 13/113/8/2 nömrəli müqavilədən görünür ki, cavabdeh ona məxsus mənzilin hər m2-i üçün 0,30 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə dair müqavilə üzrə 763,72 manat gecikdirilmiş xidmət haqqı borcu qalmış, 412,40 manat penya hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda da elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini onun maddi vəziyətinin ağırlaşmasına təsir edə biləcəyini habelə iddiaçının əmlak mənafeyini nəzərə alaraq hesab edir ki, tələb olunan 412,40 manat penya məbləği azaldılaraq 42 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 763,72 manat ödənilməmiş məbləğ, 4 manat penya olmaqla, cəmi 767,72 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 763,72 manat əsas borc, 4 manat penya olmaqla, cəm 767,72 (yeddi yüz altmış yeddi manat 72 qəpik) manat alınaraq İddiaçınə ödənilsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7036/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7036/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver