Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-716/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Elektron Məhkəmə» İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının ölməsinə görə mülki iş üzrə icraata xitam verilməsinı olduğunü bildirdi. Məhkəmə iclasında Cavabdeh mülki iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək hesab edir ki, iddiaçının ölməsinə görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 194.3-cü maddəsinə görə kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Mülki və mülki prosessual hüquq normalarının tələbindən göründüyü kimi «mənzildən istifadə hüququnun itirilməsi» haqqında tələblər şəxsiyyətlə qırılmaz bağlı olan hüquqdur və qeyd edilən səbəbdən onun güzəşt edilməsi mümkün olmadığı kimi bu və ya digər qaydada başqa şəxslərə verilməsi, yaxud ötürülməsi, habelə vərəsəlik qaydasında keçməsi də mümkün deyildir. Hazırki halda isə Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, «mənzildən istifadə hüququnun itirilməsi» haqqında tələblərin vərəsəlik qaydasında başqa şəxsə keçməsi, yəni həmin tələbin hüquq varisliyi mümkün olmadığına görə mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-716/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-716/2024
14.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver