Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7399/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş darvazanın cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi və torpaq sahələri arasında hasarın inşasına cavabdehlər tərəfindən yaradılan süni maneənin qadağan olunması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin ünvanda yerləşən və cavabdehlər tərəfindən sökülmüş darvazanın cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi və torpaq sahələri arasında hasarın inşasına cavabdehlər tərəfindən yaradılan süni maneənin qadağan olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş darvazanın cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi və torpaq sahələri arasında hasarın inşasına cavabdehlər tərəfindən yaradılan süni maneənin qadağan olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263-264, maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş darvazanın cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi və torpaq sahələri arasında hasarın inşasına cavabdehlər tərəfindən yaradılan süni maneənin qadağan olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7399/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7399/2023
14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver