Məhkəmə qərarları › İş №e-2(125)-74/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-74/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-74/2025 21.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarma» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan ərizəsində LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli ***-*******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.137 manat 19 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 15.354 manat 95 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 188 manat 41 qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 13 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməsi və saxlanca qəbul edilmiş 2 ədəd cəmi cəkisi 93,90 qram təşkil edən boyunbağının, 4 ədəd cəmi çəkisi 108,10 qram təşkil edən qolbağın, 3 ədəd cəmi cəkisi 62,90 qram təşkil edən saatın, 1 ədəd cəmi çəkisi 4,20 qram təşkil edən üzüyə yönəldilməsi, girovun açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın və qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı X2 xx.xx.2024-cü ildə öldüyü müəyyən edilmişdir. xx.xx.2025-cü il tarixdə Gəncə şəhər Qeydiyyat Şöbəsindən məhkəməyə daxil olmuş arayışda Cavabdeh2 vərəslərinin övladları Cavabdeh1, Bayramova (Əliyeva) Nailə Bayram qızından, X3, X6 və X4 ibarət olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirimiş məhkəmə hazırlıq iclasında Cavabdeh2 vərəsləri Cavabdeh1, Bayramova (Əliyeva) Nailə Bayram qızı, X8, X13 və X10 iş üzrə Cavabdeh2 hüquqi varisi qismində cəlb edilmişlər. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizəsində iddiaçının nümayəndəsi X17 xx.xx.2019-cu il tarixli ***-*******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.137 manat 19 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 15.354 manat 95 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 188 manat 41 qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 13 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməsi və saxlanca qəbul edilmiş 2 ədəd cəmi cəkisi 93,90 qram təşkil edən boyunbağının, 4 ədəd cəmi çəkisi 108,10 qram təşkil edən qolbağın, 3 ədəd cəmi cəkisi 62,90 qram təşkil edən saatın, 1 ədəd cəmi çəkisi 4,20 qram təşkil edən üzüyə yönəldilməsi, girovun açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın və qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank arasında Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh1 xx.xx.2019-cu il tarixli girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) imzalayaraq mülkiyyətində olan 2 ədəd cəmi cəkisi 93,90 qram təşkil edən boyunbağı, 4 ədəd cəmi çəkisi 108,10 qram təşkil edən qolbaq, 3 ədəd cəmi cəkisi 62,90 qram təşkil edən saat, 1 ədəd cəmi çəkisi 4,20 qram təşkil edən üzük banka girov qoymuşdur. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2023-cü il tarixli **********565 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.137 manat 19 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 15.354 manat 95 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik təşkil edir. Sonda iddiaçının nümayəndəsi X14 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 hüquqi varislari və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 19.600 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01/ZM/1 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, ***- *******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01/QZ2/1 nömrəli «qızıl-zinət əşyalarına dair» girov müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ***- *******TK010519-01 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 özünə məxsus 12.485 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı Açıq Səhmdar Cəmiyyətində girov qoymuşdur. İş materiallarında olan xx.xx.2019-ci il tarixli qiymətləndirmə və təhvil-təslim aktının surətindən görünür ki, 2 ədəd, 93,90 qram çəkidə, 583 əyarlı 5.165 manat dəyərində qızıl boyunbağı; 4 ədəd, 108,10 qram çəkidə, 583 əyarlı 5.946 manat dəyərində qızıl qolbaq, 3 ədəd, 21 qram çəkidə, 583 əyarlı, 1.155 manat dəyərində qızıl saat, 1 ədəd 4,20 qram çəkidə 583 əyarlı, 231 manat dəyərində qızıl üzük İddiaçı Açıq Səhmdar Cəmiyyətinə saxlanca verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01/İP nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzili xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinin öhdəliyin təminatı qismində İddiaçı Açıq Səhmdar Cəmiyyətində ipotekaya qoymuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********18-05101-093007 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzili xx.xx.2019-cu il tarixli, ***- *******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********148 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli ***-*******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.137 manat 19 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 15.354 manat 95 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********041 nömrəli və xx.xx.2023-cü il tarixli, **********102 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin surətlərindən görünür ki, ipoteka qoyan-zamin X5 və borcalan Cavabdeh1 tələbin ipoteka predmetinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişlər. İşdə olan AZ-İİ seriyalı 440391 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-386/2025 nömrəli məktubdan görünür ki, X1 ailə üzvləri əri X15-xx.xx.2007-ci il tarixdə vəfat edib, qızı Cavabdeh1, qızı Bayramova (Əliyeva) Nailə Bayram qızı,qızı X8, oğlu X13 və qızı X9r. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/3855/2024 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, ***- *******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 17.143 manat 29 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 14.800 manat 37 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik, xx.xx.2024-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 626 manat 21 qəpik təşkil edir. İş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli LP-096/2025 nömrəli rəydən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzilinin bazar qiyməti 85.000 manat, likvid qiyməti isə 77.000 manat təşkil edir. İşdə olan müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli LP-097/2025 nömrəli rəydən görünür ki, 2 ədəd boyunbağı, 2 ədəd qolbaq, 3 ədəd saat və 1 ədəd üzüyün (sənədlərdə təqdim edilmiş məlumatlara əsasən qram və əyarına uyğun) müqayisə yanaşması ilə bazar qiyməti 22.720 manat, likvid qiyməti isə 20.450 manat təşkil edir. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanan xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01/ZM/1 nömrəli zaminlik müqaviləsinə Cavabdeh2 xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüş, xx.xx.2019-cu il tarixli, ***- *******TK010519-01/İP nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzilini xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinin öhdəliyin təminatı qismində İddiaçı Açıq Səhmdar Cəmiyyətində ipotekaya qoymuşdur. Bundan başqa xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01/QZ2/1 nömrəli «qızıl-zinət əşyalarına dair» girov müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 özünə məxsus qızıl-zinət əşyalarını İddiaçı Açıq Səhmdar Cəmiyyətində girov qoymuşdur. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində iddiaçıya ödənilməmiş əsas borc qismində 17.143 manat 29 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 14.800 manat 37 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik borcunun olduğu təsdiq olunur. Buna görə də iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ipoteka qoyan-zamin Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəb¬lərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən «İpoteka haqqında» Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma «İpoteka haqqında» Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Mülki işə məhkəmədə baxıldığı dövrdə iş üzrə müstəqil qiymətləndirici təyin olunmuş, ipoteka predmeti olan əmlakın bazar dəyərinin 85.000 manat, likvid dəyərinin isə 77.000 manat məbləğində, girov predmeti olan qızıl-zinət əşyalarının isə ümumilikdə bazar qiymətinin 22.720 manat, likvid qiymətinin isə 20.450 manat olduğu müəyyən edilmişdir. 14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunundan görünür ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9ci maddəsi (ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir) həmin Qanundan çıxarılmışdır. Həmin Qanunla «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsi əvvəlki «ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir» redaksiyasından fərqli «ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir» redaksiyaya dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə qeyd olunanları, habelə tərəflər arasındakı hüquq münasibətlərinin yarandığı zaman ipoteka predmetinin hərracda satış qiymətinə dair «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin qüvvədə olmuş redaksiyasının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləs üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 17.143 manat 29 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 14.800 manat 37 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, tutma girov predmeti olan, Cavabdeh1 məxsus ümumi likvid qiyməti 20.450 manat olan 2 ədəd, 93,90 qram çəkidə, 583 əyarlı qızıl boyunbağı; 4 ədəd, 108,10 qram çəkidə, 583 əyarlı qızıl qolbaq, 3 ədəd, 21 qram çəkidə, 583 əyarlı qızıl saat, 1 ədəd 4,20 qram çəkidə 583 əyarlı qızıl üzükdən ibarət qızıl-zinət əşyalarına və ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin açıq hərracda ilkin satış qiyməti 77.000 manat məbləğində müəyyən edilməli və satışdan əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən sonra həmin əmlakın boşaldılmasına və təhvil verilməsinə ayrıca qərar tələb olunmadığından iddia «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ödənilməmiş əsas borc qismində 17.143 manat 29 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 14.800 manat 37 qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 manat 78 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi ilə əhatə olunduğuna və həmin tələb üzrə qərar çıxarıldığına görə, ipoteka predmeti olan və girov predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması hissəsində iddia tələbi üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə, qiymətləndirmə ekspertizasının dəyəri qismində 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulmalı, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 186 manat 76 qəpik məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.143 (on yeddi min bir yüz qırx üç) manat 29 (iyirmi doqquz) qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 14.800 (on dörd min səkkiz yüz) manat 37 (otuz yeddi) qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 (üç yüz on bir) manat 78 (yetmiş səkkiz) qəpik, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 186 (bir yüz səksən altı) manat 76 (yetmiş altı) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma girov predmeti olan Cavabdeh1 məxsus 2 ədəd, 93,90 qram çəkidə, 583 əyarlı qızıl boyunbağı; 4 ədəd, 108,10 qram çəkidə, 583 əyarlı qızıl qolbaq, 3 ədəd, 21 qram çəkidə, 583 əyarlı qızıl saat, 1 ədəd 4,20 qram çəkidə 583 əyarlı qızıl üzükdən ibarət qızıl-zinət əşyalarına və ipoteka predmeti olan Cavabdeh2 (hüquqi varisləri Cavabdeh1, Bayramova (Əliyeva) Nailə Bayram qızı, X8, X13 və X10) mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzilinə (**********18-05101-093007 reyestr nömrəli) yönəldilsin, həmin qızıl zinəət əşyaları və həmin mənzil satılsın, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, ***-*******TK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.143 (on yeddi min bir yüz qırx üç) manat 29 (iyirmi doqquz) qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 14.800 (on dörd min səkkiz yüz) manat 37 (otuz yeddi) qəpik, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 311 (üç yüz on bir) manat 78 (yetmiş səkkiz) qəpik, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 186 (bir yüz səksən altı) manat 76 (yetmiş altı) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat məbləğində borcu ödənilsin. Cavabdeh2 (hüquqi varisləri Cavabdeh1, Bayramova (Əliyeva) Nailə Bayram qızı, X8, X13 və X10) mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 13 nömrəli binanın 15 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 77.000 (yetmiş yeddi min) manat müəyyən edilsin. Cavabdeh1 məxsus 2 ədəd, 93,90 qram çəkidə, 583 əyarlı qızıl boyunbağı; 4 ədəd, 108,10 qram çəkidə, 583 əyarlı qızıl qolbaq, 3 ədəd, 21 qram çəkidə, 583 əyarlı qızıl saat, 1 ədəd 4,20 qram çəkidə 583 əyarlı qızıl üzükdən ibarət qızıl-zinət əşyalarının ümumi ilkin satış qiyməti 20.450 manat müəyyən edilsin. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh1 müstəqil qiymətləndiricinin keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 500 (beş yüz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh1 məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə müştərək qaydada tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar