Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-741/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı «LEON HOTEL SPA” MMC-nin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «LEON HOTEL SPA” MMC Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən 0.0579 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hasarın və fərdi yaşayış evinin sökülməsini müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «LEON HOTEL SPA”MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlə qarşılıqlı razılaşma əsasında həll edildiyi üçün işin baxılmamış saxlanmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş «LEON HOTEL SPA” MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizənin qaytarılması barədə iddiaçının xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, iddiaçı «LEON HOTEL SPA” MMC-nin nümayəndəsi iddia ərizəsinin qaytarılmasını(baxılmamış saxlanmasını) xahiş etdiyindən və cavabdeh isə məhkəməyə gəlmədiyindən və mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün iddiaçı 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «LEON HOTEL SPA” MMC-nin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-741/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-741/2025
22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver