Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-8037/2023 15.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdehlər X1 və X3 qarşı istifadə hüququnun saxlanılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər X1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər X4 və X2 xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən müəyyən müddətə - 6 (altı ay) müddətinə iddiaçının istifadə hüququnun saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-55/2023 saylı qətnaməsinə əsasən iddiaçılar X5 və X4 tərəfindən 8000 manat kompensasiya verilməklə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı əşyaları ilə birlikdə çıxarılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçılar X6 və X1 təhvil verilməsi qət edilmişdir. Cavabdehlərin hər ikisi onun doğma bibilərdir. Şəxsi münasibətləri normal olsa da, mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı aralarında çoxsaylı məhkəmə mübahisələri olmuş və hər bir mübahisədə cavabdehlər ona qarşılıqlı razılaşma əldə etməyi təklif etmişlər. Hazırda o, Türkiyə Respublikasındadır. Xəstəlikləri vardır, müalicə alır. Müalicələri tam başa çatdıqdan sonra, Azərbaycan Respublikasına qayıtmaq və yenə də bibilərinin – cavabdehlərin ona etdikləri təklifləri müzakirə etmək və faydalanmaq istəyir. Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun müəyyən müddət yaşayış sahəsindən istifadə hüququ saxlanılarsa, onun üçün əlverişli olar. Belə ki, müalicələri tam başa çatar və o, özünə yaşayış sahəsi əldə edə bilər və ya cavabdehlərin ona etdikləri təklifləri qarşılıqlı razılaşma əsasında müzakirə edərək hesab edir ki, hər iki tərəf üçün sərfedici nəticə yarana bilər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlərə qarşı mübahisəli evə istifadə hüququnun saxlanılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-55/2023 saylı qətnaməsinə əsasən iddiaçılar X5 və X4 tərəfindən 8000 manat kompensasiya verilməklə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı əşyaları ilə birlikdə çıxarılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçılar X6 və X1 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Beləliklə, eyni tərəflər olan İddiaçı ilə X4 və X5 arasında eyni predmet olan istifadə hüququna dair eyni əsaslarla üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər X1 və X3 qarşı istifadə hüququnun saxlanılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-8037/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-8037/2023
15.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver