Məhkəmə qərarları › İş №e-2(125)-82/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-82/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-82/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin naturada bölünərək payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci dalan, 2 saylı fərdi yaşayış evindən onun payının ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh məxsusdur. Belə ki, İddiaçı mülkiyyətində olan evin sahəsi 33.5 kv.m iki yaşayış otağı və 18.1 kv.m köməkçi sahədən ibarətdir. Cavabdeh mülkiyyətində olan evin sahəsi isə 23.5 kv.m iki yaşayış otağı və 9.2 kv.m köməkçi sahədən ibarətdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək evin naturada bölünərək payının ayrılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı və cavabdehin evləri faktiki olaraq ayrıdır və evin 1/2 hissəsinin evin digər hissəsindən ayrılması mümkündür. Evin bölünməsi isə yalnız məhkəmənin qərarı əsasında mümkündür. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- RX ******* seriya nömrəli, xx.xx.2012-c il qeydiyyat tarixli, **********80-05101-093001 reyestr nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə 23,5 kv.m iki yaşayış otağı və 9,2 kv.m köməkçi sahə Cavabdeh, 33,5 kv.m iki yaşayış otağı və 18,1 kv.m köməkçi sahə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/4505 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin faktiki vəziyyətini, planlı yerləşməsini, mənzilə ayrı-ayrılıqda iki ədəd giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 38, xətt-9 ünvanında inşa edilmiş 18 saylı evin 1 saylı mənzilinin faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi mənzil onun paylı mülkiyyətində olmaqla digər payçı ilə paylarının naturada bölünməsi barədə razılığa gələ bilməmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırki işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsaslı olduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, ünvan 2, 1 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə 33,5 kv.m iki yaşayış otağı və 18,1 kv.m köməkçi sahədən ibərət İddiaçı payı faktiki bölünməyə uyğun şəkildə naturada bölünməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. ünvan 2, 1 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə 33,5 kv.m iki yaşayış otağı və 18,1 kv.m köməkçi sahədən ibərət İddiaçı payı faktiki bölünməyə uyğun şəkildə naturada bölünsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar