Məhkəmə qərarları › İş №e-2(125)-827/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-827/2023

27.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-827/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ünvan 3 mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzili 01 aprel 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X6, sonuncu isə həmin mənzili X3 almışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(043)-2664/2020 saylı qiyabi qətnaməsi ilə cavabdehlərin həmin mənzilə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Bundan sonra cavabdehlər məhkəmənin qətnaməsini mübahisələndirmişlər və Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(104)-4045/2021 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(043)-2884/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X8 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tədqiqi dövründə nə iddiaçı, nə də ki cavabdehlər mübahisəli mənzilin mülkiyyətçisinin dəyişdiyini məhkəməyə bildirməmişlər. Həmin qətnamədən iddiaçı X1 şikayəti verməmişdir. Bu səbəbdən də İddiaçı Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyən, cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə kassasiya şikayətini də əlavə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(102)-4550/2022 saylı qərardadı ilə iddiaçının verdiyi ərizə təmin ediməmişdir. Qərardad onunla əsaslandırmşdır ki, iddia tələbini X11 vermiş, İddiaçı bu iş üzrə cavabdeh olmamışdır, onun maraq və mənafeyinə toxunan qətnamə qəbul edilməmişdir. Hər hansı şəxsin iddiasının təmin edilməməsi eyni hüquqa iddialı olan şəxsin maraq və mənafeyinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası izah edir ki, İddiaçı hər hansı şəxs tərəfindən onun mülkiyyət və başqa hüquqlarının pozulmasını iddia etdiyi halda, ümumi qaydada iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdehlər ünvan 2 ünvanda yerləşən mənzildə 2008-ci ildən yaşamırlar. Mənzildə cavabdehlərin 2008-ci ildən yaşamaması səbəbi isə həmin evdə çox adamın yaşaması olmuşdur. Bundan başqa, sözü gedən mənzil əvvəllər X4 adına olmuş, o, 27 fevral 2019-cu il tarixdə vəfat etmişdir və Cavabdeh2 mirası qəbul etməkdən imtina etmişdir. Bundan başqa, qanuni qüvvəsini almış X5 17 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, miras əmlakla vərəsələrin miras payın əvəzinə müəyyən pulun ödənilməsi barədə şifahi razılaşmaları vardır. Göründüyü kimi, cavabdehlər ünvan 1 ünvanda yerləşən mənzildə 2008-ci ildən yaşamırlar, 14 il ərzində cavabdehlər davamlı şəkildə başqa yerdə yaşamaqla mənzilə dair fadə hüquqularını itirmişlər. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddianı tam həcmdə etiraf etdiyini və ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh F.H.Dadaşov məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddianı etiraf etdiyini və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona hakim tərəfindən izah edildiyini bildirdi. O, ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini, və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X9 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzilinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzili xx.xx.2021-ci ildə X6 almışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(104)- 4045/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(044)-2884/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqları hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(104)-4045/2021 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(044)-2884/2021 nömrəli qətnaməsi ləğv edilmiş, X7 Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus ünvan 3 ünvanda yerləşən evə istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(102)-4550/2022 nömrəli qərardadından görünür ki, X10 Mülki Kollegiyasının 2(104)-4045/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qıtnaməsindən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Allahverdiyeva (Əsgərova) Sevil Hafis qızının verdiyi ərizə təmin edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzili əvvəllər X7 mülkiyyətində olmuşdur. Həmin mənzilin V.Cavabdeh1 mülkiyyətində olduğu dövrdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüququ olmuş və həmin hal Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(104)-4045/2021 saylı qətnaməsi ilə təsbit edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzil özgəninkiləşdirmə yolu ilə İddiaçı mülkiyyətinə keçmişdir. Lakin mülkiyyətçinin dəyişməsi zamanı, eləcə də buna qədər və bundan sonra Cavabdeh1 və Cavabdeh2 qeyd olunan mənzilə istifadə hüququ itirilməmiş, yaxud həmin hüquqa xitam verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürə bilərlər (Mülki Məcəllənin 158.4cü maddəsi). Beləlliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Buna görə məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(104)-4045/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzilə istifadə hüquqlarının olduğu müəyyən edildiyinə, həmçinin istifadə hüququ əmlak hüququ olmaqla, mülkiyyətçinin dəyişməsindən asılı olmadığına, habelə iddiaçı özü də cavabdehlərin mənzildən istifadə hüququnun olduğunu qəbul etməklə həmin hüquqa xitam verilməsini xahiş etdiyinə görə həmin şəxslərin qeyd olunan mənzilə istifadə hüquqlarının olubolmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Lakin cavabdehlər məhkəməyə təqdim etdikləri ərizələrdə və öz izahatlarında iddianı etiraf etmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı etiraf etmələri qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Qeyd olunan səbəbdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı etirafı qəbul olunmalı, həmin şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar