Məhkəmə qərarları › İş №e-2(125)-895/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-895/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-895/2022 22.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X5, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8000 məbləğində maddi zərərin və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və “X9 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli 37042/01 saylı kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmçinin Cavabdeh1 ilə bank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımaqlarına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2014-cü il tarixli 37042/01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə bank ilə ipoteka qoyan X4 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak “X9 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirmədikləri üçün “X9 Azərbaycan” QSC Gəncə şəhəri, Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh2 öz öhdəliyini yetərincə yerinə yetirmədiyi üçün “X9 Azərbaycan” QSC məhkəməyə müraciət etmişdir və hal-hazırda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-122/2017 saylı qətnaməsi qüvvədədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-122/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 77365,88 manat pulun alınaraq “X9 Azərbaycan” QSC-yə ödənilməsi və tələbin X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr., ev 120, mənzil 27 yerləşən daşınmaz əmlaka yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 77365,88 manat pulun kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra bir ay müddətində cavabdeh X2 həmin evdən çıxarılaraq mənzilin boşaldılması qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 45/08 saylı Hərracın yekun Protokoluna əsasən “X9 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adı gedən daşınmaz əmlaklar bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Lakin buna baxmayaraq adları yuxarıda qeyd olunmuş vətəndaşlar əsassız olaraq iddiaçı “X9 Azərbaycan” QSC-nə məxsus olan daşınmaz əmlakdan istifadə edərək daşınmaz əmlakda yaşıyırdılar və daşınmaz əmlakın boşaldılmasından imtina edirdilər. İddiaçı “X9 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakların boşaldılmasını müqavilə şərtlərinə görə "xxxx" MMC-yə təhvil/sifariş verilmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərini təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2 maddəsinin şərtlərinə görə boşaldılmış daşınmaz əmlaka görə 8000 (səkkiz min manat 00 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 37042/01 saylı kredit müqaviləsinin 12.2-ci qeyd edilmişdir ki: “...Bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericilklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə(güzəşt edilə) bilər. Həmin müqavilənin 12.2-ci bəndinə əsasən: bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qautarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və/və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi ”Borcverən” tərəfindən müvafiq müqavilələr əsasında üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və/və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaq. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən çəkilən və çəkilməli olan məsrəfləri/xərcləri “Borcalandan” yanaşı “zamindən”də tələb etmək (tutmaq/almaq) hüququna malikdir. İddia tələblərini bir iddia ərizəsində birləşdirməklə bağlı isə qeyd etmişlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il qərarında isə qeyd olunur ki, iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC (büro) ilə “X9 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 37042/01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcluya illik 17 faiz olmaq şərti ilə 24 ay müddətinə 80000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 37042/01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr., ev 120, mənzil 27 “X9 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr., ev 120, mənzil 27 tam mülkiyyət hüququ üzrə “X9 Azərbaycan” QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli 45/08 saylı Hərrac təşkilatının açıq hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-122/2017 saylı icra vərəqəsinin və Gəncə şəhəri üzrə İcra İdarəsinin 86344/18 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubunun, “X9 Azərbaycan” QSC-nin müvafiq məktubunun icrasına əsasən X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr., ev 120, 27 saylı mənzil 76500 manata hərraca çıxarılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil aktından görünür ki, xx.xx.2021ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən "xxxx" MMC 2019-cu ilin fevral ayı üzrə göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X9 Azərbaycan” QSC-yə təhvil verir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 102 nömrəli ödəniş tapşırığından görünür ki, “X9 Azərbaycan” QSC "xxxx" MMC-nin həmin Bankda olan hesabına 8000 manat pulun ödənilməsi ilə bağlı tapşırıq vermişdir. Ödənilməsi tapşırılmış pul vəsaitinin təyinatı kimi “hüquqi xidmətlər” qeyd olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-122/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 77365,88 manat pulun alınaraq “X9 Azərbaycan” QSC-yə ödənilməsi və tələbin X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 77365,88 manat pulun kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra bir ay müddətində cavabdeh X2 həmin evdən çıxarılaraq mənzilin boşaldılması qət etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə akına əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 77365,88 manat pulun alınaraq “X9 Azərbaycan” QSC-yə ödənilməsi və tələbin X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 77365,88 manat pulun kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra bir ay müddətində cavabdeh X2 həmin evdən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş və icra mərhələsində tələb üzrə qətnamədə müəyyən edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 77365,88 manat pulun alınaraq “X9 Azərbaycan” QSC-yə ödənilməsi və tələbin X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi 77365,88 manat pulun kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra bir ay müddətində cavabdeh X2 həmin evdən çıxarılaraq mənzilin boşaldılması təmin edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 8000 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən onların borcları üzrə yığılmış vəsaitlərin 15 faizi məbləğində "xxxx" MMC-yə hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, həmin pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, əvvəla iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdeh ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilənin şərtlərinə görə MMC-yə həm məhkəmədə hüquqi yardım göstərməsinə görə, həm də icra tədbirləri görülməsində iştirakına görə haqq ödənilməsi nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi, MMC-nin məhkəmədə baxışı mərhələsində iddiaçıya hüquqi yardım göstərmədiyi aşkardır. İddiaçı həmin müqavilə çərçivəsində məhz icra mərhələsində qeyd edilən borc mübahisəsi ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Hazırda iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır və iddiaçı tərəf hüquqi yardıma görə "xxxx" MMC-yə cavabdehlərdən alınmış məbləğin 15 faizi həcmində ödəniş edildiyini qeyd etsə də, həmin məbləğlərin ödənilməsi üçün əsasları göstərməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə pul vəsaitləri ödənilməsi tapşırılmış, həmin ödənişlərin təyinatı kimi isə hüquqi xidmət göstərilmişdir. Lakin, qeyd edilməlidir ki, yalnız ödəniş tapşırığının verilməsi hələ ödəyicinin göstərdiyi şəxsin hesabına pul vəsaitinin ödənilməsini təsdiq etmir. Belə ki, Mülki Məcəllənin 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür. Həmin Məcəllənin 975.1-ci maddəsinə əsasən ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. Qanunun mənasına görə, ödəniş tapşırığı verildikdən sonra, bank ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla müəyyən edilmiş müddətdə ödəməni həyata keçirməlidir. Lakin, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına vəsaitin ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, ödəniş tapşırığında ödənişlərin təyinatı kimi hüquqi xidmət göstərilsə də, həmin hüquqi xidmətlərin məhz cavabdehlə bağlı olması ödəniş tapşırığında öz əksini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cavabdehdən tutulmalı olan məbləğ ipoteka predmetinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan sonra cavabdeh X1 şəhəri, Kəpəz rayonu, Atatürk pr. ev 120, 27 saylı evdən çıxarılaraq mənzil boşaldılmışdır. Mənzilin boşaldılmasında "xxxx" MMC-nin heç bir xidməti olmamış, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 8000 manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsinə heç bir aidiyyəti yoxdur. İddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilmədiyindən və buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. qət etdi: “X9 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 8000 manat maddi zərərin ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. “X9 Azərbaycan” QSC tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar