Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-983/2022 04.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçı “X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8000 manat maddi zərərin və 100 manat dövlət rüsumunun, cəmi 8100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli 113999/01 saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə həmçinin Cavabdeh1 ilə bank arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2013-cü il tarixli 113999/01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixdə bank ilə ipoteka qoyan X4 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus Gəncə Şəhəri, Nizami Rayonu, Firdovsi küçəsi 50 yerləşən fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz öhdəliklərini lazımınca yerinə etirmədikləri üçün "xxxx" QSC Gəncə Şəhəri Nizami Rayon məhkəməsinə iddia ərizəsiylə müraciət etmişdir. Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-363/2015 saylı, 17 mart 2015-ci il tarilxli qətnaməsinə əsasən ümumilikdə 42090,16 ABŞ dolları məbləğində borc pul və 72,75 manat digər xərclər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızndan tutularaq "xxxx" QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Gəncə şəhəri üzrə İcra idarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak X7 nəticələri barədə xx.xx.2016ci il tarixli 80/01 saylı yekun Protokola və xx.xx.2016-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adı gedən daşınmaz əmlaklar bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Lakin buna baxmayaraq adları qeyd olunmuş vətəndaşlar, əssasız olaraq iddiaçı "xxxx" QSC-yə məxsus olan daşınmaz əmlaklardan istifadə edərək daşınmaz əmlaklarda yaşıyırdılar və daşınmaz əmlakı boşaldılmasından imtina etmişlər. İddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakların boşaldılmasını müqavilə şərtlərinə görə "xxxx" MMC-yə təhvil/sfariş verilmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Qeyd edilən xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2-ci maddəsinin şərtlərinə görə boşaldılmış daşınmaz əmlaka görə 8000 manat məbləğində xidmət haqqı ödəmişdir. “X8” QSC və cavabdehlə arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqaviləsnin 12-ci maddəsinə, eyni tarixli zaminlik müqaviləəsinin 2.1-ci maddəsinə əsasən, çəkilən və çəkilməli olan məsrəfləri/xərcləri borcalandan və zamindən tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edilməsinə və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (büro) ilə “X9 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 04 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2018-ci il tarixli "xxxx" MMC (büro) ilə “X9 Azərbaycan” QSC (bank) arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əlavə Razılaşmanın surətindən görünür ki, büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra təminat (ipoteka predmeti) kimi çıxış edən sahələrin boşaldılması üzrə qanunverciliklə nəzərdə tutulmuş işləri apararaq müvafiq qaydada Banka təhvil verilməsi hallarında borc məbləği 50000 manatdan 100000 manatadək olan dosyelər üzrə - kredit borcunun 15% nisbətində (lakin hər bir halda təhvil verilən bir iş dosyesi üzrə ödənilən ümumi xidmət haqqının 8000 manat məbləğini keçməmək şərti ilə) xidmət haqqı ödəniləcəkdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 mart 2015ci il tarixli, 2(044)-363/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş cavabdehlər Cavabdeh2, X1 müştərək qaydada əsas borc üzrə 36866,63 ABŞ dolları, faiz borcu üzrə 4439,78 ABŞ dolları, cərimə 783,75 ABŞ dolları, cəmi 42090,16 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, 12,75 manat poçt xərcinin, 30 manat dövlət rüsumunun “X9” QSC-nin xeyrinə ödənilməsi, tutmanın öhdəliyin təminatı kimi X3 məxsus olan 0,05 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 0,0769 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82kv.m, yaşayış sahəsi 51,4 kv.m, yardımçı sahəsi 30,6 kv.m, otaqların sayı 2 olan, 1 mərtəbəli, ilkin satış qiyməti 52700 manat olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması ilkin satış qiymətinin 52700 manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 42090,16 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, 12,75 manat poşt xərcinin, 30 manat dövlət rüsumunun “X9” QSC-nin xeryinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan pulun qalan hissəsinin cavabdeh X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Firdsovsi küçəsi, 50 saylı fərdi yaşayış evinə dair “X9 Azərbaycan” QSC-nin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil aktından görünür ki, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2-ci maddəsinə əsasən "xxxx" MMC 2021-ci ilin oktyabr ayı üzrə göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X9 Azərbaycan” QSC-yə təhvil verir. Cədvəldən görünür ki, MMC tərəfindən X2 mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, Firdsovsi küçəsi, 50 saylı fərdi yaşayış evinin boşaldılması icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmiş, buna görə MMC tərəfindən 8000 manat məbləğində xidmət haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 29 nömrəli ödəniş tapşırığından görünür ki, “X9 Azərbaycan” QSC "xxxx" MMC-nin həmin Bankda olan hesabına 8000 manat pulun ödənilməsi ilə bağlı tapşırıq vermişdir. Ödənilməsi tapşırılmış pul vəsaitinin təyinatı kimi “hüquqi xidmətlər” qeyd olunmuşdur. Məhkəmə, iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə, borclular tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktlarına əsasən cavabdehlərdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə aktları qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş və icra mərhələsində tələb üzrə tutma ipoteka predmetinə yönəldilmiş, sonda ipoteka predmeti olan əmlak “X9 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və həmin əmlaka dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə və onun əsasında xx.xx.2018-ci il tarixli razılaşma bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 8000 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən mənzilin vaxtında boşaldılmamasını, bununla bağlı "xxxx" MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdehlər ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə çərçivəsində məhz icra mərhələsində mənzilin boşaldılması ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 8000 manat pul ödənilməsinin cavabdehlərə, habelə onlarla bağlanmış kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: “X9 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-983/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-983/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver