Məhkəmə qərarları › İş №e-2-2(1-8)-365/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-365/2026

11.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-365/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı

1. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə göstərilmiş beynəlxalq yükdaşıma xidmətlərinə görə 2021-ci il ## ###### tarixli ***** nömrəli müqaviləyə əsasən 592.884,87 ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 281.321,81 ABŞ dolları faiz borcu, 2024-cü il ## ###### tarixli **-*/*-***/**** nömrəli müqaviləyə əsasən 4.538.787,19 ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 111.215,25 ABŞ dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54.815,72 ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 2.546,42 ABŞ dolları faiz borcu, mühafizə xidmətlərinə görə 64.972,49 manat məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 10.625,14 manat faiz borcu, teleqram xidmətlərinə görə 1.439,86 manat məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 78,71 manat faiz borcu, stansiyalarda göstərilmiş xidmətlərə görə 37.513,01 manat əsas borc və həmin borcun icrasının gecikdirilməsi səbəbindən 2.472,70 manat faiz borcu, yük daşıma sifarişinin dəyişdirilməsinə görə 6.219,98 manat, vaqonların Rusiya Federasiyasında hərəkətinə görə 2.979,43 isveçrə frankı, həmçinin ödənilmiş 5.600 manat dövlət rüsumu, ekspert rəyinə görə ödənilmiş 13.000 manat xidmət haqqı, cəmi 5.581.571,26 ABŞ dolları, 123.321,89 manat, 2.979,43 isveçrə frankı, 5.600 manat ödənilmiş dövlət rüsumu və 13.000 manat ekspert rəyinə görə ödənilmiş xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2026-ci il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci il ## ###### tarixli müqavilə üzrə 581.120,16 ABŞ dolları əsas, 281.321,81 ABŞ dolları faiz borcu, 2024-cü il ## ###### tarixli müqavilə üzrə 4.538.787,19 ABŞ dolları əsas, 111.215,25 ABŞ dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54.815,72 ABŞ dolları əsas, 2.546,42 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) faiz borcu, mühafizə xidmətlərinə görə 64.972,49 manat əsas, 10.625,14 manat faiz borcu, teleqram xidməti ilə bağlı 1.439,86 manat əsas, 78,71 manat faiz borcu, stansiya xidməti ilə bağlı 37.513,01 manat əsas, 2.472,70 manat faiz borcu, yük daşınma sifarişinin dəyişdirilməsi ilə bağlı 6.219,98 manat, vaqonların Rusiya Federasiyasında hərəkəti ilə bağlı 2.979,43 isveçrə frankı (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş isveçrə frankının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 5.500 manat dövlət rüsumun və 13.000 manat audit rəyinin alınması ilə bağlı çəkilmiş xərcin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddia tələbinin təmin olunan hissədə ləğv edərək iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).

5. Məhkəmə kollegiyası iş üzrə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri mümkün hesab edərək bildirmişdir ki, cavabdeh prosessual qanunvericiliyin tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmiş, işə baxan məhkəmə tərəfindən hansı maddi və prosessual hüquq normasının pozulması, pozuntunun nədən ibarət olmasını qeyd etməməmiş, əlavə 2-də göstərilmiş qrafalar şəklində tərtib olunmamışdır.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 363.1, 363.1.5 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

8.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

10. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:

“Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;” “Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;”

“Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

14. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.

15. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

16. MPM-in “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillər isə dəqiq göstərilməli və onlarla bağlı aydın şəkildə izah verilməlidir.

17. Prosessual qanunvericiliyin qeyd olunan müddəaları tələb edir ki, apellyasiya şikayətində sadəcə pozuntunun gostərilməsi deyil, bunun nədə ifadə olunması ilə bağlı əsaslandırılmış dəlillər və izahlar verilməlidir. Cavabdeh isə sadəcə iki pozuntunu göstərməklə kifayətlənmiş, lakin əsaslandırılmış dəlillər və izahlar qeyd etməmişdir.

18. MPM-in 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 19.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi nəticəsinə gəlmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməsi və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

20. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar