Məhkəmə qərarları › İş №e-2-2(1-8)-488/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-488/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-488/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Işin halları

1. İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında 2024-cü il # ###### tarixli №** nömrəli Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə müqavilə imzalanmışdır.

2. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən «Sifarişçi» Əlavə və X6 göstərilən texnikalar ilə xidmətlərinin göstərilməsini sifariş verib və «Icıaçı»yarazılaşdırılmış xidmət haqqı ödəməyi, «Icraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmətlərin göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Əlavə və X4 qeyd edilir. 3.1.1-ci bəndinə əsasən, xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib «Icraçı»nın sərəncamına vermək sifarişçinin vəzifəsidir. 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan Əlavə və X6 qeyd edilir. 5.1-ci bəndinə əsasən bu Müqavilə 2024-cü il # ###### tarixindən 2025-ci il ## ###### tarixinədək bağlanır.

3. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Tərəflər arasında imzalanmış 2024-cü il ## ######## tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 35.672,34 manat, 2024-cü il ## ######## tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 13.239,6 manat, 2024-cü il ## ####### tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 5.711,20 manat, 2024-cü il ## #### tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 6.652,84 manat xidmət görülmüşdür.

5. 2024-cü il ## ######## tarixli MT2409 ******** nömrəli 35.672,34 manat məbləğində elektron qaimələr göndərilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ######## tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 35.672,34 manat borcun, iş üzrə ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2024-cü il # ###### tarixli ** nömrəli xidməti müqaviləyə əsasən sifarişçi texnikalar ilə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2 bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət aktı(və ya aktları) ilə müəyyənləşdiriməsi, bu müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair əlavə və razılaşdırma protokolunda qeyd edilməsi nəzərdə tutulmudur. 2024-cü il # ###### tarixli qiymətlərin razılaşdırılması barədə əlavə protokola əsasən “DEVELON DX300LCA7- M” markal ** BA *** dövlət nömrə nişanlı, “HYUNDAI R***LC-9S” markalı 90 C 445 dövlət nömrə nişanlı ekskavatorlarla, “CAT 336 DL” markalı *** FB *** dövlət nömrə nişanlı tırtıllı ekskavatorla, eləcə də “CAT 950 H” markalı *** FB *** dövlət nömrə nişanlı frontal yükləyici ilə xidmətlərin qiyməti müəyyən edilmişdir. Bundan sonra, icraçı tərəfindən müvafiq işlər görülmüş, sifarişçi ilə icraçı arasında: 1. “CAT 336 DL” markalı *** FB *** dövlət nömrə nişanlı tırtıllı ekskavatorla 11.953,89 manat; 2. “CAT 950 H” markalı *** FB *** dövlət nömrə nişanlı frontal yükləyici ilə 3.250 manat; 3. “DEVELON DX300LCA-7M” markal, ** BA *** dövlət nömrə nişanlı ekskavatorla 13.499,20 manat; 4. “HYUNDAI R***LC-9S” markalı 90 C 445 dövlət nömrə nişanlı ekskavatorla 6.969,25 manat dəyərində görülmüş işlərin qəbulu haqqında 2024-cü il ## ######## tarixli akt imzalanmışdır. Həmin müqavilənin 3.1.3-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətinin dəyərini icraçıya ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablaşmalar bank hesabına köçürmə yolu il hayata keçirilir. Icraçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2025-ci il # #### tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və borcunun qaytarılmasını təmin etməmişdir. Iddiaçı bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdenin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi nəticəsində bu günə xidməti müqaviləsinə əsasən görülmüş işlərin qəbulu haqqında aktlara əsasən 35.672,34 manat borc məbləği yaranıb.

8. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur (hakim – G.Həşimova).

9. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı (“icraçı”) ilə cavabdeh (“sifarişçi”) arasında 2024-cü il # ###### tarixli ** nömrəli xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq reklam xidmətlərini cavabdehə göstərmiş, bununla da öz öhdəlikərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

10. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutlara və işin hallarını araşdıraraq hesab etmişdir ki, cavabdehin iddiaçıya 35.672,34 manat məbləğində əsas borcun olması iş materiallarında olan sübutlar (xidmət müqaviləsi, təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 442, 443.1, 443.2, 443.3, 448.1, 752.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.1, 14.2, 77.1, 107, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Sadıqov və L.Əliyeva).

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qiymətlərin razılaşması haqqında protokol X1 adlı şəxslə imzalanması dəlillinə münasibətdə qeyd etmişdir ki, 2024-cü il # ###### tarixli qiymətlərin razılaşdırılması protokolu icraçı (fərdi sahibkar) qismində iddiaçı, sifarişçi cavabdehin direktoru X3 tərəfindən imzalanmış, cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

15. Kollegiya apellyatorun şikayətində istinad etdiyi 2024-cü il ## #### tarixli qiymətlərin razılaşdırılması protokoluna münasibətdə bildirmişdir ki, həmin sənəd 2024-cü il ## #### tarixli YTS-**/**** nömrəli xidmət müqaviləsi əsasında, bir tərəfdən “icraçı” kimi X1 (VÖEN: **********), digər tərəfdən isə direktoru Muxtarzadə Zülfüqar şəxsində təmsil olunan cavabdeh MMC arasında bağlanmışdır.

16. Beləliklə, apellyatorun istinad etdiyi qiymətlərin razılaşdırılması protokolu fərqli müqavilə münasibətləri çərçivəsində və başqa icraçı ilə bağlanmış sənəddir.

17. Məhkəmə kollegiyası məbləğlərin cavabdehlə razılaşdırılmaması, məbləğlərə dair mötəbər sənədlərin təqdim olunmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış görülmüş işlərin təhvil qəbul aktından görünür ki, iddiaçı tərəfindən xidmətlər görülmüş, cavabdeh isə qəbul etdiyini imzası ilə təsdiq etmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh sistem tərəfindən təsdiqlənsə də, iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra e-qaimələri təkzib etməsi, malların qiymətlərinin mübahisələndirilməsi vicdanlılıq prinsipinə ziddir.

19. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 752.1-ci maddələrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023cü il ## ##### tarixli Qərarına; Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

22. Mülki Məcəllənin 385.1-ci maddəsi üzrə - Iş materiallarında olan və tərəflər arasında bağlanmış 2024-cü il # ###### tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya aktları) ilə müəyyən edilir. Həmin bəndə əsasən, müqavilə üzrə xidmət haqqının məbləği müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Əlavə və X4 göstərilməlidir. Eyni zamanda, müqavilənin 2.4-cü bəndinə əsasən, «Icraçı» tərəfindən yerinə yetirilmiş işlər yalnız işlərin icra olunma aktı imzalandıqdan sonra «Sifarişçi» tərəfindən təhvil alınmış hesab edilir. Belə olan halda, iddiaçı görülmüş işlərə görə ödəniş tələb edirsə, müqavilənin şərtlərinə uyğun olaraq işlərin yerinə yetirildiyini və cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edən təhviltəslim sənədlərini, o cümlədən müvafiq Xidmət Aktlarını məhkəməyə təqdim etməli idi. Həmçinin, iddiaçı müqavilə üzrə cavabdehə mal-materialın təhvil verildiyini iddia edirsə, bu halı təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməli idi. Halbuki, iş materiallarında belə sənədlər mövcud deyildir və müqavilə şərtlərinə zidd olaraq iddiaçı tərəfindən cavabdehə hər hansı mal-materialın faktiki təhvil verilməsi sübuta yetirilməmişdir. Bu baxımdan, müqavilədə nəzərdə tutulmuş icra və təhvil-təslim qaydasına əməl edilmədiyi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təsdiq olunmadığı halda, iddiaçının xidmət haqqı və ya digər ödəniş tələbinin hüquqi əsası mövcud deyildir.

23. Mülki Prosessual Məcəllənin 80 və 81-ci maddələri üzrə - Məhkəmə qətnamədə sübut kimi 2024-cü il ## #### tarixli Qiymətlərin Razılaşdırılması haqqında Protokola istinad etsə də, həmin sənəd hazırkı iş üzrə tərəflər arasında bağlanmış sənəd deyildir. Belə ki, protokol cavabdehlə X1 arasında bağlanmışdır və onun iddiaçıya hər hansı aidiyyəti müəyyən edilmir. Bundan başqa, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə yalnız 2024-cü il # ###### tarixində bağlanmışdır. Bu halda, iddiaçı ilə cavabdeh arasında sonradan bağlanmış müqavilənin tərkib hissəsi hesab edilə biləcək protokolun həmin müqavilədən əvvəl, yəni 2024-cü il ## #### tarixində tərtib edilməsi mümkün deyildir. Həmçinin, 2024-cü il ## #### tarixli Protokolun özündə də göstərilmişdir ki, həmin sənəd Babək Mehdiyev ilə bağlanmış 2024-cü il ## #### tarixli xidmət müqaviləsinin tərkib hissəsidir. Bu hal bir daha təsdiq edir ki, sözügedən Protokol hazırkı mübahisə üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2024-cü il # ###### tarixli müqaviləyə aid deyildir. Belə olan halda, məhkəmənin hazırkı mübahisəyə aidiyyəti olmayan bu sənədi sübut kimi qəbul etməsi və qətnaməsini həmin sənədə əsaslandırması prosessual hüquq normalarının tələblərinə zidd olmuşdur. Məhkəmə həmin sənədi sübutlar sırasından çıxarmalı və mübahisəyə aidiyyəti olmayan sübuta hüquqi qiymət verməməli idi.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarı üzrə - Məhkəmə işdə mötəbər sənəd kimi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələri və cavabdehə aid olmayan təhvil-təslim sənədlərini sübut kimi qəbul etmişdir. Halbuki iddiaçı bununla bağlı hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Işdəki elektron qaimə isə sistem tərəfindən təsdiq olunmuşdur. O xidmətlə bağlı yaranmış borc hesab edilmir. Həmçinin həmin məbləğlər cavabdehlə razılaşdırılmamış və məbləğlərə dair mötəbər sənədlər məhkəməyə təqdim olunmamışdır.

25. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi üzrə - Məhkəmə iş materiallarında olan sənədləri və cavabdehin etirazlarını lazımi qaydada araşdırmadan iddianı təmin etmişdir. Halbuki, iş materiallarında olan elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş sənədlərdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

27. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Kassasiya şikayətinin, müqavilənin 1.2 və 2.4-cü bəndlərinə istinad etməklə xidmətlərin göstərilməsini və qəbul edilməsini təsdiq edən sənədlərin, habelə mal-materialın təhvil verilməsini təsdiq edən sübutların təqdim edilmədiyi barədə dəlilləri işin müəyyən edilmiş hallarına uyğun deyildir. Belə ki, iddiaçı tərəfindən, müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam görüldüyü və cavabdehə təhvil verildiyi iş materiallarına əlavə edilmiş sənədlərlə mübahisəsiz şəkildə təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi də bu sübutları araşdıraraq düzgün olaraq tərəflər arasında imzalanmış görülmüş işlərin təhvil-qəbul aktını, 2024-cü il # ###### tarixli qiymətlərin razılaşdırılması protokolunu və elektron qaimələri qiymətləndirərək xidmətlərin göstərilməsi, qəbul edilməsi və ödənilməli məbləğin müəyyən edildiyi nəticəsinə gəlmişdir.

34. 2024-cü il ## #### tarixli Qiymətlərin Razılaşdırılması haqqında Protokolun hazırkı mübahisəyə aid olmaması barədə kassatorun dəlilinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin sənədin X1 ilə cavabdeh arasında bağlanmış başqa müqaviləyə aid olduğunu müəyyən etmişdir və müvafiq qiymətini vermişdir. Tərəflər arasındakı münasibət üzrə isə, hər iki tərəfdin təsdiq etdiyi, 2024-cü il # ###### tarixli qiymətlərin razılaşdırılması protokolu, görülmüş işlərin təhvil qəbul aktı iş materiallarında mövcuddur və bunun əksini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda kassatorun sübutların düzgün qiymətləndirilmədiyi barədə dəlillərinə münasibətdə də qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasitya şikayətində göstərdiyi halları, o cümlədən elektron qaimələri, təhvilqəbul35.aktını və qiymətlərin razılaşdırılması protokolunu araşdırmış və onlara düzgün hüquqi qiymət vermişdir.

36. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar