Məhkəmə qərarları › İş №e-2-2(102)-166/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-166/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-166/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər X5 və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər X5 və X1 qarşı "pul" tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərar dadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər X3 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 2.310 manatın, iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunun, mediasiya təşkilatına ödədiyi 60 manat, xidmət haqqı olaraq vəkilə ödədiyi 700 manatın, cəmi 3.117 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərardadı ilə iddiaçının c avabdehlər X3 və X1 qarşı pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – G.Namazova).

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsində cavabdehlər X2 və X3 aid VÖEN müəyyən edilməmişdir. Bununla da, iddia ərizəsinin məzmununa və əlavə olunmuş sənədlərə görə, cavabdehlər X5 və X2 VÖENləri olmayan fiziki şəxslərdir.

4. Bundan əlavə, iddianın məzmununa əsasən, mübahisənin predmetini fiziki şəxslər arasında bağlanılan mənzil alqı-satqısına görə dəymiş zərərin ödənilməsi təşkil etmişdir.

5. Məhkəmə istinad etdiyi normaların müqayisəli təhlilindən belə nəticəyə gəlmişdir ki, mübahisəyə komme rsiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

6. İddia ərizəsi üzrə cavabdehlərdən pul vəsaitinin tutulması xahiş olunsa da, iş materiallarına görə, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir (fiziki şəxslər X5 ilə X2 arasında bağlanmış mənzilin alqı-satqısı üzrə dəymiş ziyanın ödənilməsi tələb olunur).

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının VÖEN-in olsa da, onun tələbi hər hansı bir hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsə yönəlməmişdir, həmçinin mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid deyil. Yəni, hazırkı işdə iştirak e dən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işə kommersiya məhkəməsində baxılması istisna olunur.

8. Məhkəmə mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 152.1, 152.1.3-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarına istinad etmişdir.

9. İddiaçı şikayət ərizəsi verərək, məhkəmənin qərardadını ləğv edərək növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı 2023-cü il 29 dekabr tarixində X5 ilə X1 qarşı “Müqavilə üzrə ödənilməli olan pul vəsaitinin tələb edilməsinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi həmin məhkəmənin hakimi Günay Namazovanın icraatına verilmiş, hakim MPM-in 152.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. İddiaçı sözügedən iddia ilə ilk dəfə, ərazi aidiyyətinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt iddiaçı fərdi sahibkar kimi qeydiyyatda olmuşdur. İddia ərizəsi həmin məhkəmənin hakimi İlahə Abbasovanın icraatında olan zaman fərdi sahibkar statusuna xitam verilmiş və “VÖEN” bağlan mışdır. Lakin buna baxmayaraq hakim tərəflər arasında müqavilə bağlanarkən iddiaçının “VÖEN”-nə malik olmasını əsas gətirərək e-2(011)-3533/2023 nömrəli 2023-cü il 8 iyun tarixli qərardadı ilə mülki işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərmiş, Bakı Kommersiya Məhkəməsində iş hakim Zaur Pirverdiyevin icraatına daxil olmuş və iki dəfə müxtəlif səbəblərdən, birinci dəfə tərəflərin mediasiya baxışında iştirak etməməsi səbəbindən baxılmamış saxlanılmış, ikinci dəfə isə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehlərə poçt vasitəsi ilə (poçt qəbzləri iddia ərizəsinə əlavə edilmişdir) göndərilməsi səbəbi ilə qərardadla geri qaytarılmışdır.

11. Dördüncü dəfə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər yenidən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş və hakim Günay Namazova tərə findən 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərardad qəbul edilərək, məhkəmə aidiyyətinə əməl olunmaması səbəbi ilə icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmçinin, iddiaçıya izah edilmişdir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı Xətai Rayon Məhkəməsi və Bakı Kommersiya Məhkəməsinə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbi ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev iddia ilə bağlı iki dəfə qərardad qəbul etmişdir, lakin onun qəbul etdiyi heç bir qərardad məhkəmə aidiyyəti ilə bağlı olmamışdır. Bu işlə bağlı hakim Günay Namazovanın qəbul etdiyi sonuncu qərardadda isə məhz aidiyyət qaydalarının pozulması səbəbindən id dianın geri qaytarılması nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmə hüququ da iddiaçıya izah olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün (məhkəmə aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Namazova). TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata ke çirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır...” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata ke çirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür....” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə a idiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər...” 14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrini n tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak kredit i üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkar lıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçiril məsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)910/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəz ərə alınmaqla müəyyən edilir. Mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

17. İş materiallarına əsasən, cavabdehlər X1 və X3 aid VÖEN müəyyən edilməmiş, beləliklə, cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərdir, iddiaçı ilə cavabdehlər arasında olan yaranmış hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, cavabdehlər arasında yaşayış sahəsi - mənzil əldə etmək məqsədi ilə alqı-satqı müqaviləsinin bağlanmasından, başqa sözlə şəxsi istehlak münasibətlərindən irəli gəldiyi üçün iddia ərizəsinə Kommersiya Məhkəməsində baxıla bilməz.

18. Qarışıq mə hkəmə tərkibi bu zaman onu da nəzərə alır ki, iddia ərizəsinə görə, mübahisənin predmetini fiziki şəxslər arasında bağlanılan mənzil alqı-satqısına görə dəymiş zərərin ödənilməsi təşkil etmişdir.

19. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının VÖEN-i olsa da, onun tələbi hər hansı bir hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsə yönəlməmiş, həmçinin mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid deyil. İddiaçının şikayətində göstərilən dəlillər isə (iddia ərizəsinin rayon və kommersiya məhkəmələri tərəfindən dəfələrlə müxtəlif səbəblərlə qaytarılması və s.) heç bir halda hazırkı mübahisəyə məhz kommersiya məhkəmələri tərəfindən baxılmalı olduğuna əsas verə bilməz.

20. Beləliklə, iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini nəzərə almaqla qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-910/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçının şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar