Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-175/2025 10.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(121)-778/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsassız varlanma nəticəsində əldə olunan vəsaitə görə 3.863,63 manat borc, həmçinin ödənilmiş 58.64 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(121)778/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 58,64 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim – R.Nəbiyev).
3. Məhkəmə qeyd etmişdir ki, id dia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunanlara görə, iddiaçının Nizami filialı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmış Azərbaycan Respublikasının vətəndaşı cavabdeh arasında 2020-ci il 3 dekabr tarixli BPM**********59 nömrəli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən, “ödəniş kartı” (sahibkar) – sahibkarlıq fəaliyyəti ilə əlaqədar nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı; ödəniş kartı bankın mülkiyyətidir və müştərinin istifadəsinə verilir. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilir ki, müqavilənin predmeti bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, sözügedən müqaviləyə əsasən cavabdehə Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Cavabdehin nəzərinə çatdırılmışdır ki, qeyd olunan müqaviləyə əsasən təqdim edilmiş kart vasitəsilə cavabdehin sistemdə baş vermiş xəta səbəbi ilə ona məxsus olmayan vəsaiti onlayn və n ağd əməliyyatlar nəticəsində istifadə etmişdir. Mülki Məcəllənin əsassız varlanma ilə əlaqədar müddəalarına istinad edilərək, cavabdehdən əsassız varlanmaya səbəb olmuş borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş və əks halda bank tərəfindən yaranmış borcun ödənilməsi tələbi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan da görünür ki, cavabdeh istifadəsinə verilmiş kart vasitəsilə sistemdə baş vermiş xəta səbəbindən ona məxsus olmayan vəsaiti sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün xərcləmişdir.
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etmişdir ki, iddiaçı kommersiya təşkilatı olduğundan, cavabdeh isə sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tə rkibi ilə bağlı mübahisə mövcud olmamışdır. Lakin tərəflərdən iddiaçının hüquqi şəxs və cavabdehin isə fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına və müqavilənin predmetinin bank tərəfindən müştərinin adına sahibkarlıq fəaliyyəti ilə əlaqədar nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarət olmasına baxmayaraq, hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Çünki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın faktiki hüquqi əsasını cavabdehin onun istifadəsinə verilmiş kart vasitəsilə sistemdə baş vermiş xəta səbəbindən ona məxsus olmayan vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etməsi, hüquqi əsasını isə mülki qanunvericiliyində nəzərdə tutulan əsassız varlanma ilə əlaqədar müddəalar təşkil edir. Məhkəmə cavabdehin sistemdə baş vermiş xəta səbəbi ilə ona məxsus olmayan vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etməsini onun iddiaçı ilə aralarında mövcud olan müqavilə münasibətlərinin xaricində baş verən hərəkətlər kimi qiymətləndirərək, hazırkı mübahisənin tərəflərin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Belə olan halda hazırkı mübahisəyə kommersiya m əhkəməsində deyil, aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.
5. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.
6. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli e-2-2(121)778/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərardad qüvvədə saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Nəbiyev). Şikayətin dəlilləri 7. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı (bundan sonra – “Plenum Qərarı”) üzrə - X1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 152.1.3-cü maddəsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Plenum Qərarının 11-ci bəndinə əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyy ən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Cavabdeh fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Habelə bank tərəfindən ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün ödəniş kartı verilmişdir.
8. MPM-in 24.2-ci maddəsi üzrə - İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, sözügedən normada sadalanan meyarların hər biri ödənildiyindən, iddia kommersiya məhkəməsində baxılmalıdır.
9. MPM-in 26.1-ci maddəsi üzrə - Fərdi sahibkar kimi qeydiyyata alınmış cavabdeh fərdi sahibkar statusuna malik olduğundan və onunla bank arasındakı münasibətlər kommersiya xarakteri daşıdığından işə aidiyyəti üzrə kommersiya məhkəməsind ə baxılmalıdır. İş materiallarından göründüyü kimi, mübahisənin hər iki tərəfinin sahibkarlıq subyektidir.
10. Bundan başqa, iş materiallarında olan 2020-ci il 3 dekabr tarixli BPM**********59 nömrəli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilədən də göründüyü kimi, iddiaçı ilə fərdi sahibkar kimi qeydiyyata alınmış cavabdeh arasında yaranan ilkin münasibətlər hər iki subyektin sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Bu hal isə onu deməyə əsas verir ki, mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Habelə iddia ərizəsinə əlavə edilən təsdiq edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh sahibkarlıqla bağlı olan kart hesabında kifayət qədər məbləğdə vəsait olmadığına baxmayaraq, “Standing paymen t order CİF#95211” adı altında köçürmələr edərək əsassız varlanmışdır. Bu isə mübahisənin predmetinin də sahibkarlıqla əlaqədar olmasını təsdiq edir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məs ələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....”
12. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” müvafiq “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydası nda ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və işə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
14. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 12) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibka rlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
15. Qarışıq məhkəmə tərkibi həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından hesab edir ki, hazırkı mübahisə kommersiya mübahisəsidir.
16. İş materiallarından görünür ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya baxılması üçün hər hansı hüquqi maneə mövcud deyildir.
17. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə əlaqədar qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndində (bax § 11) formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
18. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilənlərə görə, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirərkən müvafiq əməliyyatlar edə bilmək üçün iddiaçı ilə kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilə bağlamışdır. Müqavilənin əsas hissələrindən cavabdehin həmin kart hesabını məhz sahibkarlıq məqsədlərini həyata keçirmək üçün açılaması və müvafiq kartın verilməsi aydın görünür.
19. Belə ki, müqavilədə cavabdehin sahibkar kimi onu bağladığı göstərilməklə, VÖEN məlumatları da qeyd olunmuşdur. Ən əsası həmin müqavilənin 3.3.3-cü bəndi ilə cavabdeh ödəniş kartından yalnız sahibkarlıq fəaliyyətinin məqsədləri üçün istifadə edəcəyini öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən cavabdehə plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Hazırkı halda da iddiaçı cavabdehin sistemdə baş vermiş xəta səbəbindən ona məxsus olmayan məbləğlə, yəni əsassız varlanma ilə əldə etdiyi vəsaitlə onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etməsini əsas gətirərək, sonuncudan həmin pulun qaytarılmayan hissəsinin tutulması barədə məhkəmə iddia qaldırmışdır. Göründüyü kimi, tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq məqsədləri üçün bağladığı müqavilə münasibətlərindən irəli gəlmişdir.
20. Məhkəmənin cavabdehin mübahisəli vəsaiti qeyri-sahibkarlıq fəaliyyətindən irəli gələn məqsədlər üçün xərcləməsi ilə bağlı möv qeyi ilə razılaşmayan qarışıq məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, iddiaçı ərizəsində həmin xərclərin 2024-cü il 19 aprel tarixindən etibarən sonrakı dövrə aid olmasını bildirmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən (hesab çıxarışdan) isə sözügedən dövrdəki həmin ödənişlərin təyinatının məhz qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olması müəyyən edilmir. Belə olan halda məhkəmənin təyinatına görə “standing payment order CİF#95211” adı altında edilən köçürmələrə istinadla ödənişlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olmaması qənaətinə gəlməsi əsassız olmaqla yanaşı, bu ödənişlərin təyinatının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını da istisna etmir.
21. Əsassız varlanma ilə bağlı məhkəmənin mövqeyinə gəldikdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, mül ki qanunvericilikdə əsassız varlanmanın spesifik hüquq institutu kimi kommersiya mübahisələri üzrə də baş vermə imkanı heç də istisna edilməmişdir. Belə olan halda əsassız varlanma ilə bağlı mübahisələrin mülki hüququn sahəsi olan kommersiya münasibətləri üzrə də mövcud ola bilməsi inkar edilə bilməz. Bu baxımdan, hazırkı iş üzrə də tərəflər arasındakı mübahisə əsassız varlanma kimi qiymətləndirildikdə belə, işin aidiyyət qaydalarına müvafiq olaraq kommersiya məhkəməsində baxılmasına mane olan hər hansı hal mövcud deyil.
22. Hətta nəzərə alınmalıdır ki, sahibkarlar arasında əsassız varlanmadan irəli gələn mübahisə məhz tərəflərin “ayrı-ayrılıqda” həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlıdır (Plenum Qərarının 12-ci bəndi - bax § 11).
23. O da qeyd olunmalıdır ki, tərəflər arasınd a bağlanmış kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin elə özündə də “kart hesabına səhv daxil olmuş pul vəsaitlərinin bankın müvafiq tələbini aldıqdan 1 (bir) iş günündən gec olmayaraq qaytarılması öhdəliyi” cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbində vurğuladığı əsassız varlanma ilə əlaqədar hallara aid ola biləcək məsələlər də kommersiya müqaviləsində tənzimlənmişdir. Bu baxımdan da hazırki mübahisənin cavabdehin sahibkarlıq məqsədləri üçün bağladığı müqavilədən irəli gəlməsini istisna edən hal mövcud deyil.
24. Qarışıq məhkəmə tərkibi hesab edir ki, qeyd edilənlər tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğuna dəlalət edir. Bu da işə kommersiya məhkəməsində b axılmasının davam etdirilməsini zəruri edir.
25. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 4031.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(121)778/2025 nömrəli qərardadı ləğv edilsin, iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.