Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-210/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı (Maraqlı şəxs (MMC) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı (Maraqlı şəxs (MMC) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 07 yanvar tarixli, e-2-2(113)-265/2022 saylı qərardadından üçüncü şəxs (maraqlı şəxs) MMC-nin şikayətinə əsasən işə baxaraq Müəyyən etdi:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2017-ci tarixli, **********19817/İM-1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri Səbai l rayonu, "xxx" ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binasına (kotec), 20 aprel 2017-ci il tarixli, **********19817/İM-2 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri Səbail rayonu, "xx" ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasına (kotec), 20 aprel 2017-ci il tarixli, **********19817/İM-3 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri Səbail rayonu, "x" ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasına (kotec), 20 aprel 2017-ci il tarixli, **********19817/İM-5 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri Səbail rayonu, "x1" ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binasına (kotec), 20 aprel 2017-ci il tarixli, **********19817/İM-6 №li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, "x2" ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasına (kotec), 11 oktyabr 2017-ci il tarixli **********19817/İM-7 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Bakı şəhəri Səbail rayonu, "x3" ünvanında istifadədə olan 0,0139 2 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binasına (kotec), 07 may 2018-ci il tarixli, **********19817/İM-8 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Bakı şəhəri Səbail rayonu, "x4" ünvanında istifadədə olan 0,05609 ha torpaq sahəsində yerləşən 1438,9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (kotec) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan - Maraqlı şəxs MMC-nin 19.04.2017-ci il tarixli **********19817 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 2476190,48 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 109003,97 manat məbləğində adi faiz lər üzrə borc məbləği, 24.09.2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 146817,46 manat məbləğində cərimə faizləri, cəmi 2732011,91 manat, 24.09.2021-ci il tarixindən başlayaraq 1-ci Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 910 manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci İpoteka predmetlərinin dəyərindən, 23.04.2019-cu tarixli **** ******35518/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (8-ci İpoteka predmeti), 23.04.2019-cu tarixli **********35518/İM-2 №- li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (9cu İpoteka predmeti), 23.04.2019-cu tarixli **********35518/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 m əxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), 23.04.2019-cu tarixli **********35518/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), 23.04.2019-cu tarixli **********35518/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs MMC-nin 23.04.2019-cu il tarixli **********35518 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 383483,04 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 10835,74 manat məbləğində adi faizlər üzrə borc məbləği, 24.09.2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 30% dərəcəsi ilə hesablanmış 22739,14 manat məbləğində cərimə faizləri, cəmi 417057,92 manat; 24.09.2021-ci il tarixindən başlayaraq 2-ci Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka p redmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində çəkilmiş xərclər 8ci, 9-cu, 10-cu, 11-ci və 12-ci İpoteka predmetlərinin dəyərindən, 23.08.2019-cu il tarixli **********50019/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16.17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196.8 kv.m. ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət, 4 ot aqlı 58 nömrəli mənzilə (13-cü İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m. yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə (14-cü İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********19817/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 8 ünvanında yerləşən 54.15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzilə (15-ci İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/İM-4 №-li İpoteka mü qaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, m.3 (Yeni qaydalarla: AZ 1000, ünvan 9 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzilə (16-cı İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İs mayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (9-cu İpoteka predmeti), 23.08.2019-cu il tarixli **********50019/SİM-1 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına (8-ci İpoteka predmeti) tutma yönəldilməsi, İpoteka predmetləri açıq hərrac satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin 23.08.2019-cu il tarixli **********50019 №-li Kredit müqaviləsi (3-cü Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı ******* manat məbləğində əsas borcu, kreditdən istifa dəyə görə hesablanmış 99161,02 manat məbləğində adi faizlər üzrə borc məbləği, 24.09.2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30% dərəcəsi ilə hesablanmış 207083,33 manat məbləğində cərimə faizləri, cəmi 3806 244,35 manat, 24.09.2021-ci il tarixindən başlayaraq 3-cü Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində çəkilmiş xərclər 13-cü, 14-cü, 15-ci, 16-cı, 12-ci, 11-ci, 10-cu, 9-cu və 8-ci İpoteka predme tlərinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, 15-ci İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh7, Cavabdeh1, Cavabdeh12, X1, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6 və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılması, 13-cü və 14-cü İpoteka predmetləri satıldıqdan sonra həmin yaşayış sahələrində yaşayan mülkiyyətçi Cavabdeh4 və digər şəxslər, həmçinin 16-cı İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan mülkiyyətçi Cavabdeh3 və digər şəxslər yaşayış sahələrini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları, və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi nə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Üçüncü şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılması üçün aidiyyəti üzrə müvafiq rayon məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olduğunu və cavabdehlərin sahibkar statusunun olmamasını nəzərə alaraq hazırkı mübahisəyə aidiyyəti üzrə ümumi məhkəmədə baxılması zərurətini yaradır.
4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 dekabr tarixli, e-2-2(113)-48 50/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Maraqlı şəxs MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və vəsatətin təmin olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 07 yanvar tarixli, e-2-2(113)-265/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 dekabr tarixli, e-22(113)-4850/2021 saylı qərardadından üçüncü şəxs (Maraqlı şəxs) MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – F.Qasımov).
7. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, həm iddiaçı "xxxx" ASC, həm də cavabdeh "xxxx" MMC hüquqi şəxslərdir. Bundan başqa kredit müqavilələrinə görə, kreditlər biznes məqsədi ilə verilmişdir.
8. İş materi allarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 07 yanvar tarixli, e-2-2(113)-265/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxs MMC-nin şikayəti təmin olunmamalıdır.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilm əsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
11. Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
12. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. Üçüncü şəxsin nümayəndəsi şikayətində iddia tələbi ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olduğundan və cavabdehlərin sahibkar statusu olmadığından hazır kı mübahisəyə məhz rayon məhkəməsində baxılmalı olduğu qeyd edilmişdir.
14. Həmin dəlillərlə razılaşmayan qarışıq məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı "xxxx" ASC və cavabdeh "xxxx" MMC hüquqi şəxslərdir, digər cavabdehlərin fərdi sahibkar statusları olmasa da, verilmiş kreditlər isə bilavasitə iş üzrə iddiaçı "xxxx" ASC və cavabdeh "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlı olduğundan, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, hazırkı işə məhkəmə aidiyyəti üzrə məhz Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
15. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə ko mmersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyy əti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.
17. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 07 yanvar tarixli, e-2-2(113)-265/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxs MMC-nin şikayəti təmin olunmamalıdır.
18. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 24 - 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Qərara aldı:
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 07 yanvar tarixli, e-2-2(113)-265/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs MMC-nin şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.