Məhkəmə qərarları › İş №e-2-2(102)-484/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-484/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-484/2023 04.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Elşanə Vəliyevadan ibarət qarışıq tərkibdə İddiaçı cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersi ya Məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2022-ci il 7 iyul tarixli 10/22 saylı müqavilə üzrə 19.529 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə öpdənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-3790/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim – A.Əliyeva).

3. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Hazırkı iş üzrə iddia ərizəsindən məlum olur ki, cavabdeh qismind ə “Boccia İdman Federasiyası” İctimai Birliyi göstərilmişdir. Cavabdeh vergi ödəyicisi olmasına baxmayaraq, vergi orqanında kommersiya qurumu kimi qeydiyyatdan keçməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəsli olan hüquqi şəxslər fəslində ictimai birliklər qeyri-kommersiya təşkilatları kimi nəzərdən keçirilir. Belə olan halda, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

4. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və kommersiya işinin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümum dövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda i ştirak edə bilərlər. Qeyd olunan qanunvericilik normasına əsasən ictimai birliklər kommersiya qurumu qismində vergi orqanında qeydiyyatdan keçməməsinə baxmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 iyul tarixli e-2-2(113)-3790/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – A.Əliyeva). İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. İddiaçının şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-3790/2023 nömrəli qərardadı ləğv edilərək, iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

9. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Həmin Mə cəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin t ərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.

12. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn i stifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir....

13. Qərarın 11-ci bəndində qeyd edildiyi kimi, “o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır”.

14. İş materiallarından da göründüyü kimi tərəflərin hər ikisi hüquqi şəxs olmaqla həmçinin vergi ödəyic iləridirlər, iddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə cavabdehlə 2022-ci il 7 iyul tarixdə Xidmətlərin göstərilməsi barədə 10/22 saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən də sonuncuya müvafiq xidmətlər göstərilmiş, hazırkı mübahisə isə sahibkarlıq fəaliyyəti istiqamətində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi barədədir. Cavabdeh isə kommersiya hüquqi şəxsi ilə bağlanmış müqavilə üzrə xidmətlərdən istifadə etmiş - faydalanmış hüquqi şəxsdir. İşin qeyd edilən halları isə MPM-in 24-cü və 26-cı maddələrində mübahisəyə kommersiya mübahisəsi üçün müəyyən edilmiş tələblərə cavab verir. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri, mübahisənin predmeti (göstərilmiş xi dmətlərin dəyərinin ödənilməsi) və tərəflərin subyektiv tərkibi (hər ikisi vergi ödəyicisi olmaqla hüquqi şəxslərdir) mübahisənin kommersiya məhkəməsində baxılması üçün yetərlidir.

15. Bakı Kommersiya Məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan əsassız olaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir.

16. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(113)-3790/2023 nömrəli qərardadı ləğv edilərək, iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

17. Beləliklə, məhkəmə tərkibi MPM-in 24, 26, 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2023- cü il 5 iyul tarixli e-2-2(113)-3790/2023 nömrəli qərardadı ləğv edilərək, iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar