Məhkəmə qərarları › İş №e-2-2(102)-551/2021

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-551/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-551/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Publik hüquqi şəxsin Cavabdehə qarşı iş üzrə 20.10.2021 Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, İddiaçı Publik hüquqi şəxsin Cavabdehə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli e-2-2(119)-950/2021 nömrəli iş üzrə qərardadından cav abdehin nümayəndəsi və vəkilinin verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. Publik hüquqi şəxs (bundan sonra – “Agentlik”) 2021-ci il 14 iyul tarixində Cavabdehə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “A” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 553.000 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın MMC-dən alınaraq B Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun Agentliyin xeyrinə tutulmasını xahiş etmişdir.

2. MMC 2021-ci il 9 sentyabr tarixində işin məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Agentlik “Yer in təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 3.1.25-ci bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yat aqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək səlahiyyətinə malikdir. Ona görə də iddia tələbi aidiyyət qaydalarının pozulması ilə təqdim edilmişdir.

4. Həmin ərizədə MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 1.1, 2.2.7, 8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24-cü maddələrinə istinad edilməklə işin aidiyyat qaydalarına uyğun olaraq inzibati məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli e-2-2(119)950/2021 saylı qərardadı ilə MMC-nin həmin vəsatəti rədd edilmişdir (hakim – Z.Məmmədov).

6. Məhkəmə hesab etmişdir ki, Agentlik publik hüquqi şəxs, MMC kommersiya təşkilatıdır. Mübahisənin predmetini isə MMC-nin sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə dəymiş zərərin ödənilməsi təşkil edir. Tərəflər arasında hazırkı mübahisə delikt münasibətlərindən yaranmışdır. Tərəflər arasında hazırkı delikt münasibətləri ümumi (publik) hüququn deyil, xüsusi hüququn nizamasalma predmetinə aid olduğundan işin aidiyyəti üzrə baxılması üçün inzibati məhkəməyə göndərilməsi barədə ərizə təmin edilə bilməz və işə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır.

7. Məhkəmə bu qənaətini MPM-in 24.2, 26.1, 32.1, 32.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. MMC-nin nümayəndəsi və vəkili 2021-ci il 22 sentyabr tarixində qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli e-2-2(119)-950/2021 saylı qərardadının ləğv edilərək işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 27 sentyabr tarixli e-2-2(119)950/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Məmmədov).

10. Məhkəmə öz qərardadında əvvəlki mövqeyində qalmış, eyni hüquq normalarına, habelə əlavə olaraq MPM-in 269-cu maddəsinə istinad etmişdir (bax yuxarıda §§ 6-7). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

11. MPM-in müvafiq müddəalarında (2020-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzə rdə tutulur: “Maddə

153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina... 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə”...” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;... 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.”

12. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir....” 13. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 6.İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır:... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;...” 14. “İnzibati icraat haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun “Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara ma likdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;...” “Maddə

82. Pul tələblərinin icra edilməsi... 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur....” müvafiq 15. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 46.Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: Yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydada pozularsa yerin təkindən özbaşına istifadə edilərsə;...” “Maddə 47.Mübahisələrin hə ll edilməsi Yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Maddə 48.Vurulmuş ziyanın ödənilməsi Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır.”

16. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.1 Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə nö vləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. … 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata ke çirilməsini təmin etmək; 2.2.2. yerin təkindən istifadə sahəsində tənzimləməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;... 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:... 3.1.25. yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək;... 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:... 3.2.10. yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;...”

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – “AMP”) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli qərarında qeyd olunmuşdur ki: “15.4....inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153. 2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

18. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş iddianın mümkünlüyü barədə məsələnin müzakirəsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməli dir.

19. MMC-nin məhkəməyə ünvanlandığı 2021-ci il 9 sentyabr tarixli ərizədə işin aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsi xahiş edilir (bax yuxarıda §§ 2-4).

20. Hazırkı iddia ərizəsindən görünür ki, inzibati orqan olan iddiaçı normativ hüquqi aktlara əsasən ona verilmiş səlahiyyətlərə istinad edərək və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nə, “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 22 se ntyabr tarixli 119 nömrəli Qərarına istinad etmişdir.

21. Göründüyü kimi, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməməsi (yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi) nəticəsində təbiətə dəymiş 553.000 manat məbləğində ziyanın ödənilməsi ilə bağlıdır. 22. “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə (bax yuxarıda § 15) əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar.

23. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tərəfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. 24. “Yerin təki haqqında” Qanunun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir.

25. Bununla yanaşı, Agentliyinin Nizamnaməsinin 1.1, 2.2.1, 2.2.2, 3.1.25 və 3.2.10-cu bəndlərinin (bax yuxarıda § 16) tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir.

26. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə (bax yuxarıda § 14), həmçinin Nizamnamənin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir.

27. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə (bax yuxarıda § 14) və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə (bax yuxarıda § 13) görə, inzibati orqanlar pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə (bax yuxarıda § 14) əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

28. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisə lərə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. 29. “Yerin təki haqqında” Qanunun 47 və 48-ci maddələrinin (bax yuxarıda § 15) yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümükünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müə yyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həm həmin aktı, həm də həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur.

30. Beləliklə, “Yerin təki haqqında” Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin i nzibati akt isə “Yerin təki haqqında” Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. İnzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliklərinə qiymət verilməsi isə mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İPM-in 2.1-ci maddəsində (bax yuxarıda § 12) isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

31. MPM-in 153.2.1, 261.0.1 və 262.3-cü maddələrinə (bax yuxarıda § 11) əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, icraata qəbul olunmuş iş isə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir və ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərir.

32. AMP-nin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli Qərarında (bax yuxarıda § 17) ifadə olunmuş hüquqi mövqeyinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

33. Bu baxımdan, əgər iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü barədə məsələ mövcuddursa işə baxan məhkəmə ilk növbədə həmin məsələyə hüquqi qiymət verməli və əgər iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yalnız mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işin həmin icraat çərçivəsində baxılması üçün ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edə bilər.

34. Lakin baxılan işdən göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılm alı olub-olmaması barədə məsələyə hüquqi qiymət vermədən işi aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərmişdir.

35. Ona görə də şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınaraq, prosessual qanunun tələblərinə uyğun şəkildə həll olunması üçün iş birinci instansiyası məhkəməsinə göndərilməlidir.

36. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6, 403-1.7 və 403-1.8.3-cü maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-950/2021 nömrəli iş üzrə 2021-ci il 16 sentyabr tarixli qərardadı ləğv edilsin. Hazırkı iş iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılması mümkünlüyünün müzakirə edilməsi üçün Sumqayıt Kommersiya məhkəməsinə göndər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar