Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-569/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Şamaxı Rayon Məhkəməsindəki icraat
1. İ ddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2025-ci il 20 may tarixində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, 700 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı olan cavabdehə 700 manat borc pul vermiş, bu hal cavabdehin öz xətti və imzası ilə yazdığı əlyazma (iltizam) ilə təsdiq edilmişdir. Sonuncu ona verilən borcu 2024-cü il 21 mart tarixinədək ödəyəcəyini vəd etmiş, lakin borc məbləğini ödəməmişdir. İddiaçı ona dəfələrlə borc məbləğini hissə-hissə ödəməyi təklif etsə də, cavabdeh bu təkliflə də razılaşmamış, borcu ödəməkdən yayınmışdır.
3. Şamaxı Rayon Məhkəməsinin 2025-ci il 23 iyun tarixli e-2(074)-1079/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.İsmayılov).
4. Məhkəmə tərəflərin hər ikisinin VÖEN-ə malik olduğunu qeyd edərək, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması qənaətinə gəlmişdir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
5. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 11 iyul tarixli e-2-2(119)1268/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Həmidli).
6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, “Elektron Məhkəmə” informasiya sisteminin hər bir prose s iştirakçısına aid “vergi məlumatları” bölməsindən müəyyən olunanlara görə, iddiaçı **********, cavabdeh isə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əldə etməklə “fəaliyyət istiqamətləri” olaraq “taksi fəaliyyəti” kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyatdan keçmişdirlər. 7. 2024-cü il 18 yanvar tarixli iltizamın məzmununda iş üzrə cavabdeh iddiaçıdan 700 manat borc aldığını, həmin borcu 2024-cü il 1 mart tarixinə qədər qaytaracağına söz verdiyini qeyd etmişdir.
8. İddia ərizəsinin məzmununda, eləcə də tərəflər arasında bağlanmış və hazırkı iddianın faktiki əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya verilmiş iltizamın məzmununda borcun təyinatının məhz sahibkarlıq xarakterli olması, yəni həmin borc məb ləğinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsini təsdiq edən hər hansı hal nəzərdə tutulmamışdır. Məhz borcun təyinatı barədə konkret məlumatın olmaması və iddia ərizəsinin məzmununda iddiaçının cavabdehi “tanışı” olaraq təqdim etməsi, hər ikisinin eyni sahə (taksi fəaliyyəti) üzrə qeydiyyatdan keçməsi borcun sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, məhz şəxsi münasibətlər zəminində verildiyi qənaətinə gəlmək üçün kifayət qədər güclü əsaslar yaratmışdır.
9. İşin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə 2024-cü il 18 yanvar tarixli iltizama əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş borc məbləğinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilməsi həmin iltizamın məzmunu və digər iş materialları ilə təsdiq edilmədiyindən mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində komme rsiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərd ən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır”.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ü mumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini v ə işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 11) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
14. Eyni zamanda, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax § 10) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici m eyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
15. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdehin hər ikisi eyni sahədə (taksi fəaliyyəti) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bununla belə, iddia ərizəsinin məzmununda, həmçinin tərəflər arasında bağlanmış və hazırkı iddianın faktiki əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya verilmiş iltizamın məzmununda, eləcə də digər iş materiallarında borcun təyinatının məhz sahibkarlıq xarakterli olması, yəni həmin borcun məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verildiyini təsdiq edən hər hansı hal mövcud deyildir. Borcun təyinatı barədə konkret məlumatın olmaması, tərəflərin VÖEN-lərinin göstərilməməsi, eləcə də iddia ərizəsində iddiaçının cavabdehi “tanışı” olaraq qeyd etməsi və hər ikisinin eyni sahə (taksi fəaliyyəti) üzrə qeydiyyatdan keçməsi borcun sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, şəxsi məqsədlərlə verildiyinə dəlalət edir.
16. Qarışıq məhkəmə tərkibinin mövqeyinə görə, tərəflərin fərdi sahibkar olmasına baxmayaraq, qeyd olunan xüsusatlar hazırkı mübahisənin şəxsi münasibətlər zəminində verilmiş borc ilə əlaqədar yarandığına dair kommersiya məhkəməsinin gəldiyi nəticənin doğru olduğunu güman etməyə kifayət qədər əsas verir.
17. Odur ki, iddiaçının və cavabdehin fərdi sahibkar statusuna malik olması (vergi uçotuna alınması) hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından heç bir əhəmiyyət kəsb etmir.
18. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
19. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.