Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-612/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılması və pulun bölünməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(113)-5980/2024 nömrəli qəra rdadından iddiaçının verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və X2 hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2.825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası, “X6” kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona veril məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin 2024-cü il 2 iyul tarixli 2(049)-57/2024 nömrəli qətnaməsi ilə həmin iddia rədd edilmişdir (hakim – M.Aslanov).
3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 7 avqust tarixində X3 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən onun və cavabdehin ½ hissə olmaqla, paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2.825,5 kv.m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin – “X6”nın) açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (payla ra mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(113)-5980/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim – Z.Axundova).
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı deyildir, çünki tərəflər arasında olan hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir.
6. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını və sözügedən iddianın icraata qəbul edilməsi və mübahisəyə həmin məhkəmədə baxılması barədə məhkəmə qərardadı qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli e-2-2(113)-5980/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Axundova).
8. Məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçı Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən onun və cavabdehin (qardaşı) ½ hissə olmaqla, paylı mülkiyyətlərində olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Lənkəran rayon Məhkəməsinin 2024-cü il 2 iyul tarixli 2 (049)-51/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırda iddiaçı həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (paylara mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, iddia tələbi ½ hissə olmaqla, paylı mülkiyyətdə olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (paylara mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsindən ibarətdir.
9. Məhkəmənin qənaətinə əsasən, hazırkı mübahisə tərəflərin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisə deyil. İddia ərizəsindən görünür ki, tə rəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn müxtəlif mübahisələr var və ya olmuşdur. Hesab olunur ki, hazırkı mübahisə iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyil. Məhkəmənin qənaətinə əsasən hazırkı mübahisə iddiaçının da istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarında (bundan sonra – “Plenum Qərarı”) qeyd edilən “...zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi” ilə bağlı olan mübahisə də deyil. Belə ki, öz payının ayrılmasını, eyni zamanda paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların payla rına mütənasib surətdə bölüşdürülməsini tələb etmək paylı mülkiyyətin mülkiyyətçisinin (iddiaçının) hüququdur və hazırda həmin hüququndan istifadə edir. Məhkəmənin qənaətinə əsasən tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, əmlakın qeyri-yaşayış sahəsi olması mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisə olması nəticəsinə gəlmək üçün əsas deyil.
10. Qeyd olunanları nəzərə alaraq, məhkəmənin belə qənaətə gəlmişdir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Şikayət a) Şikayətin dəlilləri
11. Şikayətçi qeyd edir ki, iddiaçı (VÖEN № **********) və cavabdeh (VÖEN №**********) vergi ödəyicisi olan şəxslərdir. İddia tələbinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddianın predmeti Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir (“X6”). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışına əsasən Lənkəran rayonu Gərmətürk qəsəbəsində yerləşən əmlak kompleksinin ½ hissəsi iddiaçının, ½ hissəsi cavabdehin paylı mülkiyyətindədir. Bu haldan belə müəyyən edilir ki, hazırkı iddia ərizəsində qeyd edilən tələb tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan münasibətdən yaranan mübahisədən irəli gəlir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə münasibətdə qeyd edilməlidir ki, hər iki tərəf vergi ödəyicisi olan şəxslərdir. Mübahisənin predmeti qismində Lənkəran rayonu Gərmətürk qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi təşkil edir və əmlak kompleksi şadlıq sarayı qismində fəaliyyət göstərir. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, tərəflər arasında yaranmış mübahisə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində yaranmışdır. b) Şikayətə qarşı etirazın dəlilləri
12. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mü bahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətlə ndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq mü nasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi
15. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti təmin edilməli və işə mahiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
16. MPM-in 24.2, 25.2 və 26.1-ci maddələrinin (bax § 13) əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
17. Plenum Qərarının 11 və 12-ci bəndlərində (bax § 14) formalaşdırılmış hüquqi mövqelərə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
18. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisənin hər iki tərəfi vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışlar, yəni fərdi sahibkarlardırlar, mübahisə predmeti olan torpaq sahəsi qeyri-yaşayış sahəsi olmaqla, kompleksin üzərində olan obyekt şadlıq sarayı qismində fəaliyyət göstərir. Mübahisə də məhz sözügedən obyektin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin tərəflərin arasında bərabər şəkildə bölünməsindən yaranmışdır.
19. Qarışıq məhkəmə tərkibinin qənaətinə görə, yuxarıda qeyd olunan hər üç meyar baxımından hazırkı mübahisə kommersiy a mübahisəsidir. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(113)-5980/2024 nömrəli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.