Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-618/2025 21.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Şəfiyev İspəndiyar Əsəd oğlu və İnzibati Kollegiyasının hakimi Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2025ci il 29 iyul tarixli e-2-2(121)-2645/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Ali Məhkəmənin binasında məhkəmə ba xışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il 28 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 15.637 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 29 iyul tarixli e-2-2(121)-2645/2025 nömrəli qərardadı ilə iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmışdır (hakim – N.Misirzadə).
3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan, həmçinin iddia ərizəsinə əlavə edilən ittiham aktda və hökmdə olan ifadələrdən aydın olur ki, cavabdeh iddiaçıya məxs us mağazada satıcı vəzifəsində işləmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, “mağazanı al, işləyib onun borcunu qaytarsın, bundan sonra şərik işləyərlər”. İddiaçının tələb etdiyi mövcud borc isə cavabdehlə aralarında olan hər hansı bir sahibkarlıq fəaliyyətindən irəli gələn borc deyil, məhz cavabdehin əvəzindən iddiaçı tərəfindən müştərilərə ödənilmiş pul vəsaitidir. Göründüyü kimi, cavabdeh satıcı kimi işləyərək iddiaçıya olan borcunu bağladıqdan sonra tərəflər arasında şəriklik münasibətləri yaranmalı idi. Lakin iddiaçı cavabdehin satıcı işlədiyi dövrdə müştərilərə olan borcunu ödədiyindən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, tərəflər arasında mövcud borcla əlaqədar yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir.
4. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözügedən mübahisənin tərəflərinin fərdi sahibkar olmasına baxmayaraq hüquq münasibətlərinin xarakteri baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz.
5. İddiaçı şikayət verərək həmin qərardadının ləğv edilməsini və iddianın icraata götürülməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.
6. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 8 avqust tarixli e-2-2(121)-2645/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Misirzadə). Şikayət a) Şikayətin dəlilləri
7. Şikayətçi qeyd edir ki, iş materiallarına əlavə edilən Beyləqan Rayon Məhkəməsinin 2025-ci il 30 may tarixli 2(020)-1084/2025 nömrəli qərar dadından da göründüyü kimi, iddia ərizəsi ilkin olaraq ümumi rayon məhkəməsinə verilmiş, lakin həmin məhkəmə də tərəflərin subyekt tərkibinə görə işin kommersiya mübahisəsi olması əsası ilə iddia geri qaytarılmışdır. İddiaçı isə həmin qərardada əsaslanaraq iddia ərizəsini Şirvan Kommersiya Məhkəməsinə vermişdir. Bundan başqa, belə olduğu halda, Şirvan Kommersiya Məhkəməsi məhkəmələr arasında fikir ayrılığı olduğu hallara istinad etməklə, onu baxmağa qəbul etməli və daha sonra məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərməli və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilməli idi. b) Şikayətə qarşı etirazın dəlilləri
8. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı q aydasında kommersiya məhkəmələri baxır....”
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibk arlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fə aliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 29 iyul tarixli e-2-2(121)-2645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 9) tələblərindən, eyni zamanda “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarında formalaşdırılmış mövqelərdən (bax § 10) aydın olur k i, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. Bununla belə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
13. İddia ərizəsinin məzmunu və digər iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus mağazada satıcı qismində çalışmışdır. Cavabdeh iddiaçıya müraciət edərək mağazanın alınmasını və həmin mağazanın fəaliyyətindən əldə ediləcək gəlir hesabına əvvəlcə onun mövcud borcunun ödə nilməsini, daha sonra isə tərəflərin şəriklik fəaliyyətinə başlamasını təklif etmişdir.
14. İddiaçı tərəfindən tələb edilən borc isə tərəflər arasında hər hansı bir birgə sahibkarlıq fəaliyyətindən irəli gələn öhdəlik olmayıb, məhz cavabdehin əvəzindən iddiaçı tərəfindən müştərilərə vəsaitlə ödənilməsi nəticəsində yaranmışdır. Göründüyü kimi, cavabdeh satıcı işlədiyi dövrdə iddiaçı tərəfindən ödənilən bu vəsait nəticəsində tərəflər arasında nəzərdə tutulmuş şəriklik münasibətləri formalaşmamışdır.
15. Bu səbəbdən, iddiaçının müraciəti cavabdehin satıcı kimi işlədiyi dövrdə yaranmış borcla bağlıdır və sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən qaynaqlanmır.
16. Beləliklə, tərəflərin fərdi sahibkar statusunun olmasına baxmayaraq, hüquq münasibətlərinin mahiyyəti nəzərə alındıqda, bu mü bahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün əsas mövcud deyil.
17. Eyni zamanda, məhkəmə tərkibi şikayətçinin “Şirvan Kommersiya Məhkəməsi məhkəmələr arasında fikir ayrılığı yarandığı halda iddianı baxılmağa qəbul etməli, daha sonra əsaslandırılmış qərardadla kassasiya instansiyası məhkəməsinə göndərməli və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilməlidir” arqumentini araşdıraraq hesab etmişdir ki, bu dəlil əsassızdır. Çünki, yalnız Beyləqan Rayon Məhkəməsi mövcud iddia tələbi üzrə işi icraata qəbul edərək aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərmiş olsaydı, həmin halda Şirvan Kommersiya Məhkəməsi işi aidiyyətlə bağlı fikir ayrılığı məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin göndərə bilərdi. Lakin indiki halda iddia ərizəsi iddiaçının özü tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılmış elektron kabinetdən birbaşa Şirvan Kommersiya Məhkəməsinə təqdim olunmuşdur.
18. Üstəlik, iddiaçının Beyləqan Rayon Məhkəməsinin 2025-ci il 30 may tarixli 2(020)1084/2025 nömrəli qərardadından şikayət vermək hüququ mövcud olmuş, lakin iddiaçı həmin qərardadı mübahisələndirməmişdir.
19. O da qeyd olunmalıdır ki, şikayətçi kommersiya məhkəməsinin qərardadını hər hansı tutarlı dəlillə təkzib edə bilməmişdir.
20. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 29 iyul tarixli e-2-2(121)-2645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
21. Qarış ıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 29 iyul tarixli e-2-2(121)-2645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.