Məhkəmə qərarları › İş №e-2-2(102)-650/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-650/2023

04.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-650/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-650/2023 Açar sözlər: aidiyyət, iddia ərizəsinin geri qaytarılması, yol nəqliyyat hadisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X3 Sanayi və Ticarə t Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)-1456/2023 nömrəli qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayətə məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. Beyləqan rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, etibarnamə əsasında X1 idarə etdiyi “X3 Sanayı ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Man” markalı, 77-JB524 dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı MMC-nə məxsus “MercedesBenz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanl ı avtomobil toqquşmuşdur. İİ. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – “cavabdeh”) qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 8034,17 manat məbləğin, 100 manat mediasiya xərci olmaqla, cəmi 8134,17 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)1456/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır (hakim – K.Vəliyev). 3. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrin ə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır.

4. Mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüq uqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır.

5. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı mübahisə də zərərin yaranmasının kökündə yol hərəkəti qaydalarının pozulmasına səbəb olan hərəkət dayanmışdır. Məhkəmənin qənaətinə görə, hər iki tərəfin sahibkar statusunun olması məhkəmə aidiyyətinin müəyyən edilməsinin əsas meyarlarından biridir. Lakin, işin bu halı tərəflər arasında olan mübahisəyə bütün hallarda kommersiya məhkəməsində baxılmalı olmasını müəyyən edə bilməz. Ticarət, tikinti və ya digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar statusu daşıyan şəxslərin də idarə etdikləri avtomobillər yolda hərəkətdə olarkən bir-biri ilə toqquşa bilər. Belə olan halda, zərərə məruz qalan sahibkar şəxs onun əvəzini kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə iddia qaldırmaqla tələb edə bilər. Çünki, baş vermiş hadisənin onların sahibkarlıq fəaliyyəti ilə hər hansı bir bağlılığı yoxdur.

6. Hazırkı mübahisə üzrə də zərərin yaranmasının əsasında hüquqi şəxsə məxsus avtomobili etibarnamə ilə idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması dayanmışdır. Hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edən hallar qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin, işçinin və ya avtomobili idarə etmək səlahiyyəti verilmiş digər şəxsin, hüquqi şəxsə məxsus avtomobil ilə cinayət əməlini və ya inzibati xətanı törətməsindən yaranan mübahisənin xarakteri hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən irəli gələn məsələlərin xüsusiyyətinə xas deyildir.

7. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 26.2, 32.3, 32.5, 152.1.3, 152.2-ci maddələrinə, Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarına (bundan sonra – “Plenum Qərarı”) (bundan sonra – “Plenum Qərarı”) istinad etməklə əsaslandırmışdır.

8. İddiaçı 2023-cü il 4 oktyabr tarixdə həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 oktyabr tarixli, e-2-2(115)-1456/2023 saylı qərardadı ilə şikayətə vəkil orderi əlavə olunmaması və şikayətin vəkil tərəfindən də imzalanmaması əsası ilə şikayət geri qaytarılmışdır (hakim – G.Quliyeva).

10. Daha sonra iddiaçı yol verilmiş nöqsanı aradan qa ldırmaqla 2023-cü il 11 oktyabr tarixində təkrar olaraq şikayətlə və ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması ilə bağlı müraciət etmişdir.

11. İddiaçının şikayəti bununla əsaslandırılmışdır ki, cavabdeh olaraq faktiki qəzanı törətmiş sürücü deyil, onun işlədiyi hüquqi şəxs seçilmişdir. Məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflərin hər ikisinin kommersiya hüquqi şəxsi olduğu işlərdə iddia tələbi deliktdən yaranırsa həmin işlər kommersiya məhkəməsində yox, ümumi rayonşəhər məhkəmələrində baxılmalıdır. Lakin, Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli Plenum qərarının 14-cü bəndi ilə formalaşmış hüquqi mövqeyə görə iş üzrə tərəflərin hər ikisinin kommersiya hüquqi şəxsi olduğu işlərdə iddia tələbi deliktdən (mülki hüquq pozuntusundan) yaranırs a həmin işlərə kommersiya məhkəməsində baxılmalıdır. Çünki, kommersiya hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətləri mövcud deyildir. Məhkəmənin hüququ tətbiq edərkən yanlışlığa yol verdiyi məqam öz qərardadında kommersiya hüquqi şəxslərini fərdi sahibkarlarla müqayisə etməsidir. Lakin, belə müqayisə Ali Məhkəmənin müvafiq Plenum qərarının tələblərinə görə yolverilməzdir.

12. Məhkəmənin yanlışlığa yol verdiyi digər məqam fiziki şəxslərin yol hərəkəti qaydalarını pozması nəticəsində yaranan tələbi mülki hüquq pozuntusundan (deliktdən) yaranan tələb kimi qiymətləndirməli olduğu halda, cinayət əməli və ya inzibati xətanı törətməsindən yaranan tələb kimi qiymətləndirməsidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14-cü maddəsində mülki hüquq və vəzifələrin yaranması əsası kimi cinayət əməli və ya inzibati xətanı törədilməsi yox, başqa şəxsə zərər vurulması qeyd edilmişdir. Bu əsasdan yaranan kommersiya hüquqi şəxslərinin tələblərinə də Ali Məhkəmənin müvafiq plenum qərarının 14-cü bəndinə əsasən kommersiya məhkəmlərində baxılmalı olduğu dəqiq və birmənalı qeyd olunmuşdur. Məhkəmə iddia tələbinin kökündə duran hüquqi əsası düzgün müəyyənləşdirə bilmədiyi üçün Ali Məhkəmənin Plenum qərarının müddəalarını da iş üzrə düzgün tətbiq edə bilməmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli e-2-2(115)1456/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Qərardadın əsaslandırılması §§3-7-də göstərilən mövqeyi ilə eyni qaydada aparılmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.5. Aid iyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...

11. MPM-in 1-ci maddəs inin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşk il edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.... 12. məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.... 14. əşya hüqu qi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

17. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)-1456/2023 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

18. İş materiallarından məlum olur ki, mübahisə hüquqi şəxsə məxsus avtomobili etibarnamə ilə idarə edən işçisinin yol hərəkəti qaydalarını pozması səbəbindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsindən irəli gəlsə də, iddia ərizəsində zərər dəymiş avtomobilin içərisində həmçinin qida məhsullarının da olması göstərilmişdir. Bununla yanaşı işdə olan “İtmiş, əksik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” Aktlarda da iddiaçıya məxsus xarab və ya zay ol muş qida məhsullarının siyahısı və qiymətlərini öz əksini tapmışdır ki, bu malların dəyəri də iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi dəymiş zərər məbləğinə daxil olmuşdur. Yəni, iddiaçı cavabdehdən yalnız yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin tutulmasını deyil, həmçinin məşğul olduğu sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq daşınan qida məhsullarının məhv olmasından irəli gələn zərərin də əvəzini istəmişdir.

19. Belə ki, MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 14) tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

20. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, mübahisə tərəfləri arasındakı hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

21. Beləliklə, iş üzrə tərəflərin subyektiv tərkib baxımından iddiaçı və cavabdehin hüquqi şəxslər olması ilə yanaşı mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı ona zərər dəyməsindən irəli gəlmişdir.

22. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh hüquqi şəxs olduqlarından, mübahisə iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə mübahisənin predmeti də həmçinin hüquqi şəxsə məxsus olmaqla xarab olmuş məhsulları da ə hatələdiyindən hazırkı işə kommersiya məhkəməsində baxıla bilməməsinə dair nəticə qanuni və əsaslı sayıla bilməz.

23. Məhkəmə tərkibi həmçinin əlavə edir ki, işin birinci instansiya məhkəməsindəki araşdırması zamanı iddia tələbinə cavab verməli olan şəxsin əslində cavabdehin avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən fiziki şəxsin olduğu müəyyən edildiyi halda, məhkəmənin müvafiq prosessual səlahiyyətlərindən istifadə edərək iddia ərizəsini geri qaytarmaqla iddiaçıya növbəti prosessual hərəkətləri barədə hüquqlarını izah etmək imkanı da mövcuddur.

24. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-22(115)-1456/2023 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

25. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)-1456/2023 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar