Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-670/2025 22.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 25 avqust tarixli e-2-2(121)-3059/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 25 avqust tarixli e-2-2(121)-3059/2025 nömrəli qərardadı ilə İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbi barəsində iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim: N.Misirzadə)
2. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını, əks halda şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir
3. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 5 sentyabr tarixli e-2-2(121)-3059/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məh kəməsinə göndərilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, Vəkil ilə cavabdeh arasında 2025-ci il 31 yanvar tarixli bağlanmış “qarşılıqlı razılaşma”ya (bundan sonra – “qarşılıqlı razılaşma”) əsasən Vəkil cavabdehə borc vermiş və 2025-ci il 2 aprel tarixli “tələbin güzəşti haqqında müqavilə”yə əsasən Vəkil tələbini mövcud iddia ərizəsi üzrə iddiaçıya güzəşt etmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi mövcud borc cavabdehlə aralarında olan və ya Vəkil ilə cavabdeh arasında olan hər hansı bir sahibkarlıq fəaliyyətindən irəli gələn borc deyil, məhz Vəkil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalı olan borcun Vəkil tərəfindən cavabdehin əvəzindən ödənilmiş pul vəsaitidir. Yəni tərəflər arasında mövcud borcla əlaqədar yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir.
5. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözügedən mübahisənin tərəflərdənin birinin fərdi sahibkar, digərinin hüquqi şəxs olmasına baxmayaraq hüquq münasibətlərinin xarakteri baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz.
6. Digər tərəfdən iddiaçının diqqətinə çatdırılmalıdır ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmiş olsa idi belə, mövcud iddia ərizəsinə Şirvan Kommersiya Məhkəməsində baxıla bilməz. Belə ki, portaldan çıxarışdan görünür ki, cavabdeh Lənkəran rayonu, Liman şəhərində qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Vəkil, iddiaçı və cavabdeh arasında “tələbin güzə şti haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, cavabdeh qəbul edir ki, müqavilənin 2.3-cü bəndinə əsasən dərhal həmin vəsaiti geri qaytarmayacağı təqdirdə zəruri xərclər də nəzərə alınmaqla yaranmış mübahisə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həll ediləcəkdir. Göründüyü kimi göstərilən müqavilə üzrə tərəflər razılığa gələ bilmədikdə, mübahisəli məsələlərə Yasamal Rayon Məhkəməsində baxılmasını müəyyənləşdirmişlər.
7. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Lənkəran rayonu ərazisində qeydiyyatda olsa da, tərəflər öz aralarında qeyd edilən müqavilə(lər)lə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən məhkəmə hesab etmişdir ki, Yasamal rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində yerləşdiyindən mövcud iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur.
8. Məhkəmə, həmçinin şikayətin “iddiaya qanuni qüvvəsini almış Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2025-ci il 1 may tarixli e-2(004)-3189/2025 nömrəli qərardadı əlavə edilməsinə və həmin qərardadla mübahisənin kommersiya məhkəməsinə aid olması ilə bağlı mövqe sərgilədiyindən hazırki iddia kommersiya münasibətlərindən irəli gələn mübahisələrə aid olmasını nəzərə almaması”na dair dəlillərini araşdıraraq hesab etmişdir ki, göstərilən dəlil əsassızdır.
9. Ona görə ki, Yasamal Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi əsasında iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərildiyi təqdirdə işin icraata qəbul edilməsindən imtina edilərək məhkəmə aidiyyəti üzrə baxıl masına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilə bilərdi.
10. Hazırkı iddia ərizəsi isə iddiaçının özü tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Halbuki iddiaçının Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərardadından şikayət vermək hüququ olmuş, lakin, iddiaçı qərardadı mübahisələndirməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 32.7, 35.1, 40.2, 40.3-cü maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyət lərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “10 saylı Qərar”) 10, 11, 12-ci bəndlərinə istinadla əsaslandırmışdır. Şikayət a) Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddiaya qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2025-ci il 1 may tarixli e-2(004)-3189/2025 nömrəli qərardadı əlavə edilməsinə və həmin qərardadla mübahisənin kommersiya məhkəməsinə aid olması ilə bağlı mövqe sərgiləndiyindən hazırkı iddia kommersiya münasibətlərindən irəli gələn mübahisələrə aiddir. Qanuni qüvvəsini almış bu qərardad ilə qərara alınmışdır ki, iddianın məzmunundan və eyni zamanda iddiaçıya məxsus VÖEN olduğundan iş ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Bu mö vqe ilə razılaşaraq hazırkı iddia ilə məhz cavabdehin hüquqi ünvanının olduğu yerin kommersiya məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi isə mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz, iddia ümumi məhkəmədə baxılmalıdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan iddiaçı vurğulamışdır ki, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olması qanuni qüvvəsini almış qərardadla müəyyənləşdirildiyindən Şirvan Kommersiya Məhkəməsinin mübahisələndirilən qərardadı əsassızdır. b) Şikayətə qarşı etirazın dəlilləri
13. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakı lar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
15. Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzə rə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi
16. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçının şikayəti aşağıdakı səbəblərə əsasən qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
17. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
18. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 15) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, müb ahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.
19. Belə ki, Vəkil və cavabdeh arasında imzalanmış qarşılıqlı razılaşmadan görünür ki, Vəkil üzərinə götürdüyü cavabdehin öhdəliyi cavabdehlə başqa bir hüquqi şəxs arasında mövcud olmuş kommersiya mübahisəsindən əmələ gəlmişdir. Hazırkı iş üzrə tərəflər və Vəkil arasında bağlan mış “tələbin güzəşti haqqında” müqaviləyə görə isə Vəkil qarşılıqlı razılaşma ilə cavabdehin öhdəliyinin icrası nəticəsində ona qarşı yaranmış tələb hüququ iddiaçıya keçmişdir.
20. Bundan başqa işin hallarından bəlli olur ki, tərəflər və Vəkil vergi ödəyicisi olan kommersiya subyektləridir.
21. Yuxarıda da qeyd olunduğu kimi işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işdə də qarşılıqlı razılaşmadan görünür ki, cavabdehin məhkəmə qətnaməsi ilə yaranmış borcu sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Həmçinin Vək il və iddiaçı kommersiya subyekti olmaqla yanaşı iddiaçı öz şikayətində tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini bildirmişdir. Digər tərəfdən, V. Kazımzadənin cavabdehin yerinə icra sənədinə əsasən 89.100 ABŞ dolları məbləğində ödəniş etməsi nəticəsində cavabdehə qarşı əldə etdiyi tələbin, sonradan iddiaçı ilə V. Kazımzadə arasında həmin tələbin güzəştə gedilməsi ilə bağlı yaranmış hüquq münasibətlərinin kommersiya xarakteri daşımadığı, yəni bunların istehlak hüquq münasibəti kimi qiymətləndirilməsi üçün iş materiallarında hər hansı əsas mövcud deyil. Əksinə hər üç kommersiya subyekti arasında yaranmış münasibət onların sahibkarlıq fəaliyyətlərini həyata keçirmələrinin nəticəsidir.
22. Göründüyü kimi hazırkı tələbin tərəflərin ayrı-ayrılıqda və ya b irgə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işdə olan materiallarla öz təsdiqini tapır.
23. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hazırkı tələbin kommersiya məhkəməsində baxılmalı olsa belə tərəflərin razılaşmasında Yasamal Rayon Məhkəməsi qeyd olunduğu üçün işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması ilə bağlı qənaətini doğru hesab etməyərək vurğulayır ki, MPM-in 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Lakin hazırkı iş üzrə irəli sürülmüş tələb kommersiya məhkəmələrində baxılmalı olduğuna baxmayaraq tərəflər mübahisənin məhkəmə aidiyyətini dəyişmişlər. Halbuki mövcud prosessual qanunvericilik tərəflərə yalnız ərazi aidiyyətini dəyişmək imkanı verir, məhkəmə aidiyyətinin d əyişdirilməsi hüququnu isə nəzərdə tutmur. Beləliklə, əgər tərəflər imzaladıqları müqavilədə mübahisəyə Şirvan Kommersiya Məhkəməsi əvəzinə Bakı Kommersiya Məhkəməsində baxılması barədə razılığa gəlmiş olsaydılar, bu halda bu dəyişiklik qanunvericiliyə uyğun və yolverilən olardı. Belə ki, tərəflərin razılığı ilə ümumi məhkəmələrin kommersiya mübahisəsinə baxmasının mövcud qanunvericilikdə hüquqi əsası yoxdur.
24. Həmçinin qarışıq məhkəmə tərkibi onu da bildirir ki, iddiaçı öz şikayətinin tələb hissəsində mübahisələndirilən qərardadın ləğv olunması, əks halda isə şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, MPM-in 403-1.6-cı maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti barədə birinci instansiya məhkəmələrinin qərardadlarından v erilmiş şikayətlərə baxmaq Ali Məhkəmənin səlahiyyətinə aid edilmiş, prosessual qanunvericilikdə apellyasiya instansiyalarının bu şikayətlərə baxmaq səlahiyyəti nəzərdə tutulmamışdır.
25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 25 avqust tarixli e-2-2(121)-3059/2025 nömrəli qərardadı ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.