Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-718/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(115)-1818/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehlərin çıxarılması; 2024-cü il 20 iyun tarixindən hesablanmaqla obyektin tam boşaldılıb mənə təhvil verilənədək hər ay 3.000 manat cavabdehlərdən müştərək qaydasında tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə Komme rsiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(115)1818/2024 qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Məmmədov).
3. Məhkəmə qeyd etmişdir ki, “elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilənlərə əsasən, iddiaçının VÖEN-i mövcud olmamışdır. Beləliklə, iş üzrə cavabdehlərin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusu olsa da, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusu mövcud olmadığından, işin bu halı mübahisənin kommersiya mübahisəsi olmasını istisna etmişdir.
4. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir.
5. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli e-2-2(115)1818/2024 nömrəli qərard adı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərardad qüvvədə saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Məmmədov).
6. Məhkəmə əvvəlki mövqeyini bir daha vurğulamış və şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 26.2 və 32.3-cü maddələri üzrə - İddiaçının qanuni istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyekti Gəncə şəhərində Xan Bağı parkında yerləşməklə sahibkarlıq obyektidir və çayxana kimi fəaliyyət göstərir. Mübahisənin predmeti isə həmin obyektin istifadəsi ilə bağlı bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə görə cavabdehlərin həmin obyektdən çıxarılması və obyektin tam boşaldılıb iddiaçıya təhvil verilənədək hər ay 3.000 manat (icarə haqqı miqdarında) cavabdehlərdən müştərək qaydasında tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Beləliklə, hər iki cavabdeh sahibkar olmaqla, mübahisənin subyektidirlər. Mübahisə predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsindən baxılmalıdır. Məhkəmə sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq işə ümumi məhkəmədə baxılması barədə qərar qəbul etmişdir.
8. Kassator Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 12 və 26-cı bəndlərini vurğulayaraq bildirir ki, həm cavabdehlərin fərdi sahibkar olmaqla, mübahisənin məhz cavabdehlərin icarəyə götürdüyü qeydi-yaşayış obyektinin icarə müqaviləsi ilə bağlı olduğundan, işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu f əaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”
11. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti müvafiq 2 5.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(115)-1818/2024 qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 11) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
14. İş materiallarından məlum olur ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamış, yəni fərdi sahibkar statusuna malik deyildir.
15. Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən (bax § 10) aydın olur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, üm umi məhkəmələrdə baxılmalıdır.
16. Göründüyü kimi, iddiaçı fiziki şəxs fərdi sahibkar olmadığından hazırkı mübahisənin subyekt tərkibi işə istənilən halda kommersiya məhkəməsində baxılmasını istisna edir. Belə olan təqdirdə isə, artıq digər meyarlar, yəni mübahisəli hüquq münasibətinin xarakteri və mübahisənin predmeti baxımından mübahisə sahibkarlıq fəaliyyətindən yaranan mübahisə kimi qiymətləndirilsə belə, ona kommersiya məhkəməsində baxılması mümkünsüzdür. Odur ki, həmin meyarlar üzrə hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum da qalmır.
17. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz.
18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403- 1.6, 403-1.7, 4031.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(115)1818/2024 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.