Məhkəmə qərarları › İş №e-2-2(102)-733/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-733/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-733/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e-2-2(113)-5500/2022 saylı qərardadından İddiaçı verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 16 sentyabr tarixində cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı kitab mağazasının istifadəsində olmuş ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsində onun və cavabdehlərin paylarının yenidən müəyyən edilməsi, onun payının 36,354 kv.m, Cavabdeh2 payının 6.723 kv.m və Cavabdeh1 payının 6.723 kv.m olaraq müəyyən olunması və həmin məlumatların eyni qaydada daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e-2-2(113)-5500/2022 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim – Ü.Həsənova).

3. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsa da, iddia ərizəsinə cavabdehlərin vergi ödəyiciləri olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışda və Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumatda, habelə cavabdehlərin proses iştirakçılarının vergi ödəyiciləri bölməsinə dair məlumatlarda onların vergi ödəy icisi kimi qeydə alınmadığı müəyyən olunmuşdur. Cavabdehlərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olmaları halı mövcud olmadığına görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz.

4. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 31.1, 32.7, 152.1.3-cü; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddələrinə istina d etməklə əsaslandırmışdır.

5. Həmin qərardaddan iddiaçı 2022-ci il 22 sentyabr tarixində şikayət verərək onun ləğv olunmasını və sözügedən mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılması barədə məhkəmə qərardadı qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli e-2-2(113)-5500/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ü.Həsənova).

7. Sonuncu qərardad da 2022-ci il 19 sentyabr tarixli qərardadda istinad olunan hüquq normalarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkə mələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 4-cü bəndinə istinad olunmaqla əsaslandırılmışdır. İİ. ŞİKAYƏT a) ) Şikayətin dəlilləri

8. Sözügedən iddianın predmeti iddiaçı və cavabdehlərin istifadəsindən gəlir əldə etdikləri ünvan 2 ünvanında yerləşən, 3 saylı kitab mağazasının sahəsi üzrə paylarının yenidən müəyyən edilməsi ilə bağlıdır. Bu isə onların paylarına mütənasib olaraq sahibkarlıq subyektinin fəaliyyətindən əldə etdikləri gəlirlərin məbləğinə də şamil olunduğundan korporativ xarakter daşıyır. b) Şikayətə qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdak ılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...”

12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

33. Vergi ödəyicilərinin uçotu... 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsi qə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. ” 13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanunun müvafiq “Maddə

10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.”

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmə lər arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

4. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instan siya məhkəməsinə göndərilməlidir....

19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan f iziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e-2-2(113)-5500/2022 saylı qərardadından verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır.

16. MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 11) tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehlər qanunvericiliyə görə, fərdi sahibkar statusuna malik deyillər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 26-cı bəndində (bax yuxarıda § 14 ) formalaşdırdığı hüquqi mövqelərə görə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

19. Hazırkı mübahisədə həmin halların heç biri mövcud deyildir.

20. Belə ki, elə sözügedən Plenum qərarının 19 və 26-cı bəndlərindən aydın olur ki, korporativ mübahisələr kommersiya hüquqi şəxslərin fəaliyyəti ilə əlaqədar yarana bilər.

21. Hazırkı halda isə, iddia predmetini kitab mağazasının istifadəsində olmuş qeyriyaşayış sahəsində iddiaçı və cavabdehlərin paylarının yenidən müəyyən edilməsi təşkil edir.

22. Yəni mübahisə hər hansı hüquqi şəxsin fəaliyyəti ilə deyil, qeyri-yaşayış sahəsi üzərindəki payların yenidən bölgüsü ilə əlaqədar yaranmışdır. Ona görə də hazırkı mübahisə korporativ mübahisə hesab edilə bilməz.

23. Eyni zamanda, MPM-in 30-cu maddəsinin tələbləri baxımından fiziki şəxslərin iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxılması halı da mövcud deyildir.

24. Bu baxımdan, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iddiaya kommersiya məhkəməsində baxıla bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün qərar qəbul etmişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün ümumi məhkəməyə göndərilməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e-2-2(113)-5500/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar