Məhkəmə qərarları › İş №e-2-2(102)-761/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-761/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-761/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDAD 2-2(102)-761/2023 30.12.2023 Açar sözlər: məhkəmə aidiyyəti, məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. l. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Yasamal Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı “öhdəliyin qoyulması, əmlak və digər” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə ərizə verərək 2019-cu il 28 mart tarixli Y/90 saylı müqaviləyə əsasən ünvan 1 ünvanındakı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən iddiaçıya verilməli olan 280 kv.m sahəsi olan mənzilin təhvil verilməyən 35 kv.m ölçüdə sahəsinin cavabdehdən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, tərəflər arasında bağlanmış 2020-ci 4 avqust tarixli Y/3 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilərək, qeyri-yaşayış sahəsinin giriş qapıları (dəmirseyf), PVC tipli metoplastik pəncərələr quraşdırılması və arakəsmə işlərinin görülməsi, eləcə də binanın fasadının üzlüyünün eskiz layihəyə uyğun olaraq təmir edilməsi, tərəflər arasında bağlanmış 2020-ci il 4 avqust tarixli 71 s aylı müqaviləyə əsasən cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindəki 21 nömrəli qaraja dair ölçüsü 15.3 kv.m göstərilməklə yeni müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ünvan 2 ünvanında yerləşən cavabdehin inşa etdiyi binanın həyətində yerləşən iddiaçıya məxsus WJ 100/100 markalı 0597 zavod nömrəli, 2007-ci il buraxılışlı yük liftinin cavabdehin hesabına sökülərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli, e-2(004)-119/2023 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı öhdəliyin qoyulması, əmlak və digər tələbinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-119/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhk əməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Əkbərli).

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2012-ci il 12 iyul tarixdə cavabdehin təsisçisi olmaqla 30% paya malik olmuşdur. Mübahisə predmetinə daxil olan mənzil və qeyriyaşayış sahəsinin iddiaçıya təqdim edilməsi tərəflər arasında alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilməsinə baxmayaraq iddiaçı tərəfin izahatında etiraf etdiyi kimi həmin əmlaklar müqabilində pul vəsaiti ödənilməmiş, əmlaklar iddiaçıya onun cəmiyyətdəki pay və mənfəəti müqabilində verilmişdir. Mübahisə predmeti olan yük liftinə gəldikdə iddiaçının nümayəndəsi lifti hər hansı mənfəət müqabilində deyil, təsisçisi olduğu müddətdə əvəzsiz olaraq müvəqqəti istifadə üçün cəmiyyətin sahibliyinə verməsini iddia etməsinə baxmayaraq, cavabdeh yazılı etirazında liftin iddiaçının cəmiyyətdəki payı olaraq yatırdığı əmlak olduğunu iddia edir. Odur ki, tərəflər arasında mübahisə kommersiya hüquq münasibətlərindən irəli gəldiyindən aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli qərarının 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 32.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Bakı Kommersiya məhkəməsindəki icraat

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 dekabr tarixli, e-2-2(113)-6436/2023 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı öhdəliyin qoyulması, əmlak tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva).

6. Məhkəmə qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərərkən iddiaçının əvvəllər cavabdehin təsisçisi olmasına və mübahisənin predmeti olan daşınmaz əmlakların məhz təsis payının və mənfəətin müqabilində verilməsinə, yəni faktiki olaraq tərəflər arasında mübahisənin kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisə olmasına istinad etmişdir.

7. Halbuki iddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) korporativ münasibətləri tənziml əyən normalarına deyil, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini təmzimləyən 385.1, 442.1, 443.1, 445.2-ci maddələrinə və liftin onun sahibliyinə qaytarılması hissəsində isə MM-in əşya hüquq münasibətlərini tənzimləyən 157.2-ci maddəsinə istinad etmiş, eləcə də tələbinin faktiki əsası kimi də tərəflər arasında 2019-cu il 28 mart və 2000-ci il 4 avqust tarixli müqavilələrə və mübahisəli predmeti olan liftin onun mülkiyyətində olması faktına istinad etmişdir. Göründüyü kimi iddiaçı əvvəllər cavabdehin təsisçisi olsa da, hazırda irəli sürdüyü tələb təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət korporativ tələb deyildir. Digər tərəfdən müqavilə və əşya hüququndan irəli gələn hazırkı iddia tələbinin kommersiya hüquqi şəxsi olan cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması açıq-aşkar olsa da, tələbin iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsindən irəli gəlməsi iş materiallarına əsasən müəyyən edilməmişdir.

8. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Yasamal Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, hazırkı mübahisəyə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəməsində baxılmalı deyil.

9. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarına, MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə a nlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahi bkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdə n ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturiz asiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına m ünasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 2 5.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı o lduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəy ə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Qarışıq məhkəmə tərkibi vurğulayır ki, tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu Şərifzadə 215 ünvanında cavabdehə ayrılmış torpaq sahəsində “payçıların” vəsaiti və öz imkanları hesabına inşa ediləcək yüksək mərtəbəli yaşayış binasından mənzilin, qeyri-yaşayış sahəsinin və qarajın payçı adlandırılan iddiaçıya verilməsinə dair müvafiq olaraq 2019-cu il 28 mart tarixli Y/90 nömrəli, 2020-ci il 4 avqust tarixli Y/3 nömrəli və 2020-ci il 4 avqust tarixli 71 nömrəli müqavilələr bağlanmış, hazırkı mübahisə həmin müqavilələr və cavabdeh tərəfindən iddiaçıya məxsus yük liftinin sökülərək ona təhvil verilməsi ilə bağlı olmuşd ur. Məhkəmə kollegiyası iddia tələbinin və yuxarıda göstərilən müqavilələrin məzmunundan irəli gəlməklə tərəflər arasındakı münasibətin hüquqi təbiətinin sahibkarlıq yaxud şəxsi istehlak xarakterinə malik olmasının aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, 2019-cu il 28 mart tarixli Y/90 nömrəli müqavilə müqavilənin predmeti - MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 215 ünvanında ona ayrılmış torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasını “Payçılar”ın vəsaiti və öz imkanları hesabına inşa edərək binanın tikintisi başa çatdıqdan sonra “payçılar”a müqavilə əsasında ödədikləri məbləğə uyğun ölçüdə mənzillər verməlidir. Müqavilənin 1.2-ci bəndinə görə onun 1.1-ci bəndində göstərilənlərə əsaslanaraq yuxarıda qeyd olunan ünvanda binanın tikintisi başa çatdıqdan sonra həmi n binada 1-ci girişin 17-ci mərtəbəsinin 113 nömrəli 4 otaqlı ümumi sahəsi 280 kv.m olan mənzili MMC payçı iddiaçıya (mənzilin son kalkulyasiya dəyərini müqavilədə müəyyən edilmiş qaydada tam ödəndikdən sonra) verməyi, payçı iddiaçı isə həmin mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. İddia ərizəsində də məhz bu müqavilədən çıxış etməklə iddiaçıya verilməli olan 280 kv.m sahəsi olan mənzilin təhvil verilməyən 35 kv.m ölçüdə sahəsinin cavabdehdən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi irəli sürülmüş tələblərdən biri olmuşdur.

15. Digər tərəfdən iddia ərizəsində həmçinin, binanın zirzəmisindəki 21 nömrəli qaraja dair ölçüsü 15.3 kv.m göstərilməklə yeni müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb kimi öz əksini tapmışdır. Bu iki tələblə bağlı qarışıq məhk əmə tərkibi belə qənaətə gəlir ki, onların sırf sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış münasibətlərin predmeti kimi qəbul olunması qanunvericiliyin tələbi baxımından doğru olmazdı. Belə ki, həmin daşınmaz obyektlərin iddiaçının məhz şəxsi tələbatını ödəmək üçün əldə edilməsi təəssüratı yaranır. Digər tərəfdən adıçəkilən müqavilənin məzmununa diqqət etdikdə tərəflər payçı və MMC kimi göstərilmiş, müqavilənin 3.2 və 5-ci bəndlərində isə payçı tərəfindən “Kooperartiv”ə qrafikə əsasən vaxtlı-vaxtında maliyyə vəsaitinin ödənilməsi şərti nəzərdə tutulmuş, iş materiallarında olan 2019-cu il 28 mart tarixli maliyyə arayışında payçı iddiaçının binanın 17-ci mərtəbəsində 113 saylı ümumi sahəsi 280 kv.m olan 4 otaqlı mənzilə görə cəmiyyətə borcunun olmadığı öz əksini tapmış dır.

16. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçı 2005-ci il 31 mart tarixdə qeydiyyata alınmaqla ona ********** VÖEN verilmişdir. Yuxarıda qeyd olunan müqavilələrdən isə görünür ki, iddiaçı həmin müqavilələri fərdi sahibkar kimi deyil, fiziki şəxs kimi imzalamışdır.

17. İddiaçı iddia tələbində binanın zirzəmisində yerləşən 21 nömrəli qarajın sahəsinin dəqiq göstərilməməsi əsası ilə onun sahəsi dəqiq göstərilməklə yeni müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iş materiallarında göstərilən qarajla bağlı müqavilə aşkar olunmamışdır.

18. İddia ərizəsində göstərilən digər iki tələblərlə bağlı vurğulanmalıdır ki, qeyriyaşayış sahəsinin alqı-satqısına dair 2020-ci il 4 avqust tarixli Y/3 müqavilə bağlanmışdır. İddia tələbində iddiaçı bu müq avilədən çıxış etməklə öhdəliklərin yerinə yetirilərək, qeyriyaşayış sahəsinin giriş qapıları (dəmir-seyf), PVC tipli metoplastik pəncərələr quraşdırılması və arakəsmə işlərinin görülməsi, eləcə də binanın fasadının üzvlüyünün eskiz layihəyə uyğun olaraq təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia tələbinin digər hissəsi isə iddiaçının mülkiyyətində olan yük liftinin cavabdeh tərəfindən ona qaytarılması tələbi təşkil etmişdir. Bu iki tələblə bağlı qarışıq məhkəmə tərkibinin mövqeyi ondan ibarətdir ki, faktiki olaraq tərəflər arasında onların sahibkarlıq fəaliyyətindən (korporativ) irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi iddiaçı VÖEN-ə, eyni zamanda 2012-ci il 12 iyul tarixdə Cavabdeh MMC-də təsisçi olmaqla 30% pay hü ququna sahib olmuş, 2021-ci il 4 avqust tarixdə isə təsisçi siyahısından çıxmışdır.

19. Digər tərəfdən iş materiallarından göründüyü kimi iddiaçının nümayəndəsi-vəkili iddiaçının qeyd olunan lifti hər hansı mənfəət müqabilində deyil, təsisçisi olduğu müddətdə əvəzsiz olaraq müvəqqəti istifadə üçün cəmiyyətin sahibliyinə verməsini bildirməsinə baxmayaraq, cavabdeh həmin liftin iddiaçının cəmiyyətdəki payı olaraq yatırdığı əmlak olduğunu bildirmişdir (bax iş.v 171, xx.xx.2023 tarixli iclas prokolu).

20. Belə olan təqdirdə, bu iki tələbdən yaranan mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərindən (korporativ) irəli gəlməsi göstərilən mübahisəyə MPM-in 24.2, 25.1 və 26.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud komme rsiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında formalaşdırılmış hüquqi mövqeyi baxımından kommersiya məhkəməsində baxılmasını şərtləndirir.

21. Doğrudur, MPM-in 30-cu maddəsində bir-biri ilə əlaqədar olan bir neçə tələbin məhkəmə aidiyyəti ilə bağlı qayda nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Lakin, yuxarıda da qeyd olunduğu kimi iddia tələbinin iddiaçının şəxsi istehlak məqsədləri ilə mənzil və qarajın alqı-sat qısı müqaviləsindən irəli gələn hissəsinin tərəflərin sahibkarlıq fəaliyyətindən (korporativ) irəli gələn qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi və yük liftinin qaytarılması tələbləri üzrə hissəsi ilə prosessual nöqteyi nəzərdən hüquqi bağlılığının olmaması səbəbindən iddia ərizəsində göstərilən tələblərin hamısına MPM-in 30-cu maddəsində müəyyənləşdirilən qayda baxımından kommersiya məhkəməsində baxılması məqbul sayıla bilməz.

22. Beləliklə yuxarıda göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddia tələblərinin bir hissəsi tərəflərin sahibkarlıq fəaliyyətindən (korporativ) irəli gəldiyindən iş həmin tələblərə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməli, məhkəmə iddia tələblərinin digər hissələri ilə bağlı prosessual qanunvericiliklə verilmiş müvafiq səlahiyyətlərindən istifadə etməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyek ti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

24. Qərarın 13-cü bəndinə görə, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətin in həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

25. MPM-in 403-1.9 və 403-1.9.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən işi məhkəmə aidiyyəti üzrə göndərə bilər.

26. Yuxarıda göstərilənləri, əsas tutaraq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

27. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması, əmlak və digər” tələblərinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar