Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-772/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhəri Yasamal Rayon Məhkəməsindəki icraat 1.İddiaçı MMC (b undan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər “Elektroavto Lizinq" MMC (bundan sonra – “cavabdeh MMC”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) müştərək qaydada 11781,83 manat maddi ziyan, 126 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il 25 iyun tarixli e-2(004)3536/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Babazadə).
3. İş materiallarına əsasən iş üzrə iddiaçı (VÖEN **********) və cavabdeh MMC (VÖEN **********) kommersiya hüquqi şəxsidir. 4. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il t arixli qərardan görünür ki, Cavabdeh2 etibarnamə ilə idarə etdiyi “Mercedes-benz” markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir.
5. Cavabdeh2 (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 26.1, 32.3, 32.4, 32.5, 32.6, 32.7, 34, 45.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
8. İddiaçı 2025-ci il 8 oktyabr tarixdə iddia tələbinin həcmini dəqiqləşdirərək cavabdehl ərdən müştərək qaydada 6600 manat maddi ziyan, 126 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 8 oktyabr tarixli 2-2(113)-5725/2025 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranan fikir ayrılığına baxılması üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – P.Zamanlı).
10. Məhkəmə bildirmişdir ki, hazırkı mübahisədə həm iddiaçı (VÖEN: **********), həm də cavabdehlər MMC (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Subyekt tərkibinə dair ilkin şərt ödənilmişdir.
11. Məhkəmə göstərmişdir ki, vergi ödəyicisi olan cavabdeh MMC mülkiyyətində olan əmlakı l izinqə verməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş olsa da, hazırkı mübahisənin predmetini fiziki şəxsin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi təşkil etdiyindən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı ikinci şərtə (mübahisənin predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması) qiymət verərkən iddiaçıya maddi ziyan vurulmasına səbəb olan digər Cavabdeh2 vurması ehtimal edilən maddi zərərin onun həyata keçirdiyi fəaliyyətlə nə dərəcədə əlaqəli olub-olmamasına nəzər yetirilməlidir. 12. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən, Cavabdeh2 müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir, əsas fəaliyyət istiqaməti musiqi hazırlıq kurslarının fəaliyyəti ilə bağlıdır. İddiaçıya dəymiş maddi ziyan isə onun mülkiyyətində olan nəqliyyat vasitəsi ilə Cavabdeh2 məhz şəxsi istifadə məqsədi ilə əldə etdiyi nəqliyyat vasitəsinin toqquşması zamanı yaranmışdır.
13. Beləliklə, məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi ziyan fiziki şəxsin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi nəticəsində - deliktdən əmələ gəlmiş ziyandır və Cavabdeh2 sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar deyildir. Odur ki, mübahisə predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına dair qanunvericiliyin tələbi ödənilmədiyindən hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxıla bilmə z.
14. Məhkəmə gəldiyi nəticəni İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 18 sentyabr 2020-ci il tarixli Ali Məhkəmənin Plenumunun Qərarın 11, 12, 13, 14-cü bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün h üquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14.Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərind ən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır....”
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq m üəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
17. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
18. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə əlaqədar olan (o cümlədən onlar arasında deliktlə bağlı yaranan) mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 16) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
19. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh MMC kommersiya hüquqi şəxsdir, digər Cavabdeh2 isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi çıxış edir.
20. Qarışıq məhkəmə tərkibi Bakı Kommersiya Məhkəməsinin mübahisəni sahibkarlıq fəaliyyəti ilə əlaqələndirməməsinə dair gə ldiyi nəticə ilə razılaşmır.
21. Belə ki, lizinq verən cavabdeh MMC ilə lizinq alan X2 arasında bağlanmış daxili lizinq müqaviləsindən müəyyən olunur ki, lizinq alan hüquqi şəxs yaratmadan sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxsdir, müqavilədə lizinq verən ilə yanaşı onun da VÖEN-i göstərilmişdir. Müqavilədə birbaşa lizinq predmetinin hansı məqsədlə verilməsi əks etdirilməsə də, hər iki tərəfin müqavilə imzalanarkən öz VÖEN-lərini göstərmiş olması, əksi sübut olunana qədər lizinq predmetinin sahibkarlıq fəaliyyəti məqsədi ilə əldə edilməsi prezumpsiyasının təsiri dairəsinə düşür.
22. Bundan başqa iş materiallarından o da görünür ki, deliktlə bağlı münasibətlərin yaranmasında əsas amil lizinq obyekti ilə törədilmiş hüquq pozuntusudur. Bu hüquq pozuntusunu isə hazırki işdə digər c avabdeh olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən subyekt kimi dövlət qeydiyyatına alınmış Cavabdeh2 törətmişdir.
23. Bundan başqa hazırki iş üzrə cavabdeh qismində həm lizinq verən kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxs, həm də yol nəqliyyat hadisəsini bilavasitə törədən fərdi sahibkar statusuna malik olan Cavabdeh2 cəlb edilmişdir.
24. Belə olan təqdirdə Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırki vəziyyətdə tərəflər arasında deliktdən törənən münasibətlər mövcuddur.
25. Belə münasibətlər ilə bağlı yuxarıda göstərilən Plenum Qərarının 14-cü bəndində (bax § 15) formalaşmış hüquqi mövqedən aydın olur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin h əyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmur.
26. X1 25-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.
27. Beləliklə, Qarışıq məhkəmə tərkibi bu qənaətə gəlir ki, bilavasitə yuxarıda göstərilən hüquqi şəxslərin sahibkarl ıq fəaliyyəti ilə bağlı birbaşa hər hansı müqavilə bağlantısı olmamasına baxmayaraq, deliktlə bağlı münasibətlərin iştirakçılarına çevrilmişlər.
28. Belə hüquqi vəziyyət isə ona dəlalət edir ki, hazırkı mübahisəyə subyektiv tərkibi baxımından kommersiya məhkəməsində baxılmalıdır.
29. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 4031.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.