Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(102)-802/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, şikayətin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Hüseynov İlqar Kamil və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə iddiaçı "xxxx" BOKT QSCnin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və X2 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli, e-2- 2(119)-58/2022 nömrəli qərardadından cavabdeh X1 nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş şikayətə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" BOKT QSC cavabdehlər Cavabdeh1 MMC, X4 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 141.649,73 manat məbləğində əsas borc, 52.870,31 manat məbləğində faiz borcu, 250.523,39 manat məbləğində cərimə borcu, ƏMDX yanında DƏDRX-də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat pulun əvəzi, mediasiya prosesinə görə ödənilmiş 460 manat məbləğində xidmət haqqının əvəzi və iddiа ərizəsinə görə ödənilmiş 735,43 mаnаt məbləğində döv lət rüsumunun əvəzi olmaqla, ümumilikdə 446.268,86 manat məbləğində borcun iddiaçı "xxxx" BOKT QSCnin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 550.000 manat məbləğində müəyyən edilməklə, mülkiyyət hüququ üzrə cavabdeh X2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda, X1, Cavabdeh2 və digərləri tərəfindən ipoteka predmeti olan həmin əmlakın ən geci bir ay ərzində boşaldılması və borcun ipoteka predmetinin açıq hərracdan satılması hesаbınа ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh3 nümayəndəsi Nümayəndə4 2022-ci il 21 noyabr tarixdə həmin cavabdehin adından - Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, iddiaçı "xxxx" BOKT QSC-yə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı ipotekanın əlavə qeydiyyatının aparılmasına dair 2022-ci il 21 iyul tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi" barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, e-2-2(119)-58/2022 nömrəli iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 nömrəli X3 2019-cu il 15 fevral tarixli 1 nömrəli Əlavəsi əsas ında Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə prosesləri gedişində Cavabdeh3 tərəfindən ipotekanın əlavə qeydiyyatının aparılmaması əsası ilə iddia tələbinə etiraz təqdim edildikdən sonra, yəni 2022-ci il 21 iyul tarixdə "xxxx" BOKT QSC-nin müraciəti üzrə 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 nömrəli X3 2019-cu il 15 fevral tarixli 1 nömrəli Əlavəsi əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ipotekanın əlavə qeydiyyatı aparılmış və bu barədə cavabdehə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Halbuki, iş materiallarından göründüyü kimi 005-KTİ-000117 saylı 2017-ci il 7 iyul tarixli Kredit Xətti Müqaviləsinin 2019-cu il 15 fevral tarixdə bağlanmış 1 nömrəli Əlavəsinə əsasən həmin müqavilənin müddəti 36 ay u zadılmışdır. İpotekanın əlavə qeydiyyatı isə Kredit Xətti Müqaviləsinin 2019-cu il 15 fevral tarixli 1 nömrəli Əlavəsi qüvvədən düşdükdən və onun təminatı olan X3 2019-cu il 15 fevral tarixli 1 nömrəli Əlavəsində müəyyən olunmuş 36 aylıq müddət başa çatdıqdan (2022-ci il 15 fevral ) 5 ay sonra, yəni 2022-ci il 21 iyul tarixdə aparılmışdır.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli, e-2-2(119)58/2022 saylı qərardadı ilə Cavabdeh3 adından verilmiş “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmuş və eyni zamanda, ona “çıxarışın ləğv edilməsi” barədə müraciətindən inzibati orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etm ək hüququ izah edilmişdir (hakim – Z.Sadiqov).
5. Cavabdeh3 nümayəndəsi Nümayəndə4 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət belə əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsininhəlli qaldırı lmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu akt ın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə ki, iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qay dasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qarşılıqlı iddianın məzmunundan göründüyü kimi, Plenumunun qərarında göstərilənlərə uyğun olaraq qarşılıqlı iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın müddəti keçmiş ipoteka müqaviləsinin əlavəsi əsasında aparılmasını mübahisələndirərək yüklülük çıxarışının ləğvini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 25 noyabr tarixli, e-2-2(119)58/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli e-2-2(119)-58/2022 nömrəli qərardadı qüvvəsində saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Sadiqov).
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) deyil, inzibati hüquq münasibətlərindən yaranan inzibati xarakterli mübahisələrə aiddir. Qarşılıqlı iddia ərizəsində ləğv edilməsi tələb olunan məlum Çıxarışın verilməsi əsası kimi çıxış edən tərəflər arasında bağlanmış “X3 2019- cu il 15 fevral tarixli 1 nömrəli Əlavəsi” mübahisələndirilmədiyi üçün qarşılıqlı iddia tələbi ilə əlaqədar mübahisənin predmeti – mahiyyət etibarilə həmin müqavilə əsasında müvafiq dövlət qeydiyyatını aparmış inzibati orqanın hərəkəti və bu qeydiyyat əsasında verilmiş rəsmi qeydiyyat sənədidir. Eyni zamanda, qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallara görə, o cümləd ən də məlum qeydiyyatın əsası kimi çıxış edən müqavilənin müddəti bitdiyi halda "xxxx" BOKT QSC-nin müraciəti üzrə ipotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması və bu qeydiyyatın qanuniliyinin yoxlanılması inzibati xarakterli olmaqla, inzibati orqana və yaxud inzibati məhkəmənin səlahiyyətlərinə aiddir.
9. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 26.1, 153.2.1, 155.3-cü, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.0, 2.0.1, 2.1, 2.2-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarının 5.1, 16.3-cü bəndlərinə, “İşlərin ümumi və yaxud kommersiya m əhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
10. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” “Maddə
153. İddianın yolverilməzliyinə görə iddia ərizəsi ni qəbul etməkdən imtina... 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.” “Maddə
402. Kassasiya şikayəti vermə hüququ... 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayət in qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
11. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıla bilməz.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM ”) 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.
13. Bundan başqa, MPM-in “kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması”nı tənzimləyən 403-1-ci maddəsində işdə iştirak edən şəxslərin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur.
14. Həmin Məcəllənin 269-cu maddəsinə görə, qərardaddan verilmiş şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərarda dı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (MPM-in 269.1-269.3-cü maddələri).
15. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinin aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılma sının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər.
16. İşdən göründüyü kimi hazırda mübahisələndirilən qərardad işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi ilə bağlı deyil, qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina olunması, “çıxarışın ləğv edilməsi” barədə mübahisənin inzibati məhkəmə mübahisəsi olması qənaəti ilə bağlı olmuşdur. Bu isə o deməkdir ki, belə olduqda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinin aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının tələblərinə uyğun olaraq işi aidiyyətin müəyyən edilməsi üçün Ali Məhkəməyə göndərməli olmadığı halda, müvafiq qərardadı qəbul etdikdən sonra ondan verilmiş şikayəti mülki və ya kommersiya məhkəmə aidiyyəti mübahisələrində olduğu kimi Ali Məhkəməyə göndərmişdir. Bu isə, Ali Məhkəmənin istinad olunan Qərarının göstərişinə və MPM-in tələblərinə uyğun olmamışdır.
17. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayət üzrə prosessual hərətəklər MPM-in 42-ci fəsli ilə müəyyən olunmuş qaydada həyata keçirilməli idi.
18. Belə ki, MPM-in göstərilən fəsli birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi məsələlərini tənzimləyir.
19. Hazırda mübahisələndirilən qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilməsi isə MPM-in 43-cü fəslində öz əksini tapmış 402-ci maddəsi ilə nəzərdə tutulmamışdır.
20. Hazırkı şikayətin birinci instansiya məhkəməsinin “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi haqqında” qərardadından deyil, “qar şılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması haqqında” qərardadından verildiyini nəzərə alan qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmasından imtina edilməli, MPM-in 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi məqsədilə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
21. Habelə qeyd olunmalıdır ki, MPM-in 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
22. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirs ə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə şikayət geri qaytarılır.
23. Göstərilənlərə əsasən və MPM-in 269.3, 403-1 və 408.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh3 nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilərək geri qaytarılsın. İş Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın.