Məhkəmə qərarları › İş №e-2-2(102)-830/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-830/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-830/2025 08.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Hüseyn Aida Əli qızının məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindəki i craat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2022-ci il 26 sentyabr tarixli 3682 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2024-cü il 4 iyul tarixinə 24.693,55 manat pulun iddiaçının xeyrinə tutularaq onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ **********0000003944 saylı hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2025-ci il 9 oktyabr tarixli e-2(006)207/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – V.Musayeva).

3. Həmin məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə məhkəmənin icraatına qəbul edildiyi zaman cava bdehin sahibkarlıq subyekti olması araşdırılmış və həmin an etibarilə “Elektron Məhkəmə” informasiya sistemi məlumatlarına əsasən cavabdeh vergi ödəyicisi olmamışdır. Həmçinin bütövlükdə aparılmış məhkəmə araşdırması zamanı da cavabdehin hüquqlarını müdafiə və təmsil edən nümayəndəsi (vəkili) də cavabdehin hazırkı icraat müddətində sahibkarlıq subyektinə çevrilməsi barədə məhkəməni məlumatlandırmamışdır. İddia ərizəsi 2024-cü il 15 aprel tarixində məhkəmənin icraatına daxil olduqdan sonra cavabdehin 2024-cü il 27 sentyabr tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi yalnız məhkəmə baxışı mərhələsində müəyyən edilmişdir.

4. Tərəflər arasında bağlanmış müqavilə iddiaçının dövlət orqanı olmasından asılı olmayaraq onun kommersiya fəaliyyətindən irəli gəldiyindən və habelə cavabdehin sahib karlıq subyekti olmaqla iddiaçıdan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini icarəyə götürməsini nəzərə alan məhkəmə hazırkı mübahisənin kommersiya mübahisəsi olması qənaətinə gəlmişdir. b) Bakı Kommersiya Məhkəməsindəki icraat

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 noyabr tarixli e-2-2(113)-9450/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Əhmədova).

6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, ümumi məhkəmənin istinad etdiyi kimi, iddia ərizəsi icraata götürülərkən cavabdeh sahibkarlıq fəaliyyəti subyekti olmamışdır. Bu isə onu deməyə əsas vermişdir ki, iddia ərizəsi icraata götürülərkən cavabdeh sahibkarlıq fəaliyyəti subyekti olmadığından mübahisə ümumi məhkəməyə aid olmuşdur. Yalnız iddia ərizəsi məhkəmənin icraatında olarkən - 2024-cü il 27 sentyabr tarixində cavabdeh vergi uçotuna alınmışdır. Başqa sözlə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə – kommersiya məhkəməsinə aid olmuşdur ki, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 31.2-ci maddəsinə müvafiq olaraq həmin işə ümumi məhkəmədə baxılmağa davam edilməli idi. Bu isə mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi... 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etd iyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.” Ali Məhkəmənin mövqeyi

8. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

9. İş materiallarından məlum olur ki, “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair hazırkı iddia ilə 2024-cü il 15 aprel tarixində cavabdehə qarşı ümumi məhkəməyə müraciət edilərkən, cavabdehin nə iş materiallarından, nə də İnternet Vergi İdarəsindən vergi ödəyicisi kimi qanuni sahibkarlıqla məşğul olması faktı müəyyən olunmamış, qeyd olunan hal isə işin kommersiya məhkəməsində baxılmasını istisna etməklə, mübahisəyə ümumi məhkəmədə baxılmasını zəruri etmiş və məhkəmə də düzgün olaraq həmin ərizəni icraata qəbul etmişdir.

10. Bundan sonra, yəni 2024-cü il 27 sentyabr tarixində cavabdeh vergi ödəyicisi kimi qeydə alınmışdır. Qeyd olunan fakt İnternet Vergi İdarəsindən əldə edilmiş elektron sorğudan əldə edilmiş məlumatlarla da öz təsdiqini tapır. Göründüyü kimi, hazırkı iş ümumi məhkəmənin icraatında olarkən cavabdeh fərdi sahibkar kimi qeydiyyata alınmış və həmin məhkəmə isə əsassız olaraq işin məhkəmə aidiyyətinin də dəyişməsi qənaətinə gəlmişdir.

11. Belə ki, MPM-in 31.2-ci maddəsində təsbit edilmişdir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

12. Bu baxımdan, qarışıq məhkəmə tərkib i hesab edir ki, aidiyyət qaydalarına riayət etməklə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, qanunvericiliyin tələbinə görə mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi.

13. Yuxarıda göstərilənlər nəzərə alınaraq hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə qiymət verilməsinə artıq hər hansı zərurət qalmır.

14. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.

15. Məhkəmə tərkibi MPM-in 31.2, 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının cavabdehə qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar